Uzun-uzun yol gəlmişəm,
Yollar incik salıb məni.
Dərdlərimlə baş-başayam,
Narahatlıq alıb məni.
****
Yol dediyim yoldu,nədi?
Gül bəslədim,soldu,nədi?
Ürəyimə doldu,nədi?
Edib yenə talib məni. 1.
***
Cevmək dərddir,nə bilmişəm?
Barışmışam.küsüşmüşəm.
Bu nə gündü,mən düşmüşəm
İlan kimi çalıb məni.
****
Kim nə dedi,gülüm,sənə?
Mövlud dəyməz xatirinə.
Öldürdü bu sevgi yenə
Ürəyimdə qalıb məni.
1.Talib--meylində,arzusunda olan
10.06.2014.Zərdabi.Mövlud Ağamməd.