Vağzalı çalınır
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 20:09 18 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Vağzalı çalınır, vağzalı yenə,
Sevən ürəklərin günüdür bu gün.
Kaş bütün evlərin qapısın döysün,
Xalqımın adəti bu toy, bu düyün. 

Bir "Segah" çalınır sevgi dəmində,
Yanan ürəklərin soyutmaq üçün.
Kimlərsə düşərək sözün sehrinə,
Can atır gəncliyə qayıtmaq üçün. 

Seyiddən, Vahiddən qəzəllər gəlir,
Ruhumuz dincəlir öz aləmində.
Əyləşib məclisdə söz sərrafları,
Gəzir xəyalları söz aləmində.


... dəfə oxunub
Qiymət: 9/10(1000 səs)
[qiymət ver ]
Şərh yaz
8+22=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye