Tehran, yanvar- 1979.
Heydər Səfinin Amerikaya səfir təyin ediləcəyi heç ağlına belə gəlməzdi. On beş illik diplomatik fəaliyyəti dövründə o, əsasən, İranı şərq ölkələrində təmsil etmişdi.Çin də hərbi atteşə, Hindistanda səfir yardımçısı, Yaponiyada isə səfir kimi çalışan Heydər bəyin vaxtı tamam olduğundan bir ay idi ki,vətəndə idi. İrandakı son durumlar onu ciddi narahat edirdi.Şaha qarşı baş qaldıran etiraz dalğaları nə qədər ört basdır edilsə də,güc strukturları vəziyyətə nəzarət etməkdə çətinlik çəkirdi.Bu durum 1961-ci ilin iyununda baş verən hadisələr öncəsindəki gedişatı xatırladırdı Heydər Səfiyə. Ancaq bütün bunlara rəğmən şah rejiminin öz soyuqanlılığını itirməməsi, hadısələrə əminliklə yanaşması da,narahatlıq doğurmaya bilməzdi.Heydər Səfi üçün hər şeydən önəmlisi isə ölkəsində hadisələrin qansız ötüşməsi və ortaq bir yolun tapılaraq çözümün müsbət yöndə həll olunması idi.Əlbəttə ki, bu özlüyündə bir diplomat arzusu idi.Bu gün isə,İran bir şah rejimi olaraq üzünü qərbə tutmuşdu. Heydər Səfi çox qayğılı idi.İndi onu ölkəsinin gələcək taleyindən qeyri heç nə əndişələndirmirdi.Güman edirdi ki,bu dəfə də,onu hansısa uzaq bir şərq ölkəsinə göndərəcəklər. Amma bu, belə olmadı.Dünən axşam,Heydər bəyə Amerikaya səfir göndəriləcəyi barədə məlumat verən Xarici İşlər Nazirinin (XİN) müavini Mahmud Əzizi durumu ona belə izah etdi.
“Yəqin düşünürsən ki, belə bir qərarın kökü haradan qaynaqlanır? Bu qərar,nə mənim, nə də ki,Cənab Nazirin seçimidir. Sizin fəaliyyətiniz uzun zamandır ki,Şahın diqqət mərkəzində idi.Yaponiyadakı xidmətləriniz isə xüsusi qeyd olunmalıdır. Bu ayın 11-i təyinat yerinizdə olmalı, Səfir təqdimatınızı “Ağ evə” təqdim etməlisiz.Ehtimal edirik ki,sizin təqdimatı şəxsən prezident Ceyms Karter qəbul etsin.Cümə günü isə,Şahın qəbulunda olacaqsız.Cənab Heydər Səfi qarşıda sizi çox çətin və məsuliyyətli bir vəzifə gözləyir. On beş ildir ki,Şərq siyasətini yetərincə mənimsədiniz,bir az da Qərblə tanış olun.”
Yeni ölkə,yeni qütb,fərqli din,fərqli adət-ənənələr...Heydər Səfi öz şəxsi mənzilindəki kiçik otağında xeyli o baş,bu başa var-gəl edir,gələcək fəaliyyəti barədə düşünürdü.Bir tərəfdən fərəhlənir,digər yandan narahatlıq hissi keçirirdi.Əlbəttə ki,bu,vəzifə hər Səfirə etibar edilə bilməzdi.İranın dünyanın dörd yanında kifayət qədər diplomatları var idi.Onların arasında iş təcrübəsi onunkundan artıq,bacarığı ondan daha yüksək olanlar da,yetərincəydi.Dünyanın iki nəhəng dövlətindən biri olan Amerika Birləşmiş Ştatlarına(ABŞ) Səfir kimi göndərilməsi təbii ki,onu çox qürulandırırdı. Ancaq birdən-birə ona bu,görəvin verilməsi isə,gözlənilməz idi.Nazir müavini Mahmud Əzizinin ona Yaponiyadakı xidmətlərini xatırlatması da,bu məsələni tamamlamırdı.Bu üzdən Heydər Səfi bu işdə digər məsələnin olmasını ehtimal edirdi.Bütün bunlara isə,çox güman ki, iki gün sonra Şahla şəxsi görüşündə aydınlıq gətiriləcəkdi.İndi ona yalnız səbr edib gözləmək qalırdı. Qapının açılması onu fikirlərindən ayırdı.Həyat yoldaşı Zeynəb xanım iş otağına daxil oldu. “Heydər,nə düşünürsən? Çox gecdir,bir az istirahət et daha”.İşıqları söndürüb otaqdan çıxdılar.Heydər Səfi 5-yaşlı qızı Gülzarın otağına yaxınlaşıb astaca qapını açdı.O,hər axşam belə edərdi.Bir xeyli çarpayıda mışıl-mışıl yatan fidan balasını süzdü.Sonra,elə əvvəlki qaydada da,qapını ehtiyatla örtüb yataq otağına keçdi.Zeynəb xanım hamilə olduğu üçün onu qırmır,qəlbinə dəymir,yeri düşdükcə nazını da,çəkirdi.Doğuma çox az qalmışdı.Həkimlərin deməsinə görə ən geci iki həftəyə kimi doğum gerçəkləşməli idi.Heydər Səfi ehmalca yerinə uzandı.Əllərini qoşalayıb başının arxasına qoydu.Uşaqlıqdan bu cür uzanmağı vərdiş etmişdi.Gözlərini tavana zilləyib yenə də,düşünməyə başladı.Bu düşüncələrlə yuxuya qərq oldu.
Davamı var...