VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 09:42 29 dekabr 2014 tarixində əlavə olunmuşdur

 

Vaşinqton,İran Səfirliyi,yanvar 1979.

 Firuz Sadiqi aram-aram,tələsmədən kabinetdəki şəxsi əşyalarını səliqə ilə qutuların içərisinə toplayırdı. Dünən o,sonuncu dəfə “Ağ ev”in qonağı olmuşdu. Vidalaşmaq üçün onu,Dövlət katibi qəbul etmişdi.İki saata yaxın Səfirlə Dövlət katibi arasında ətraflı fikir mübadiləsi aparılmış,İran-ABŞ münasibətlərinin gələcək perespektivləri,İranda baş verən son hadisələr geniş müzakirə edilmişdir.                 

Hərbi atteşənin içəri daxil olmasını görən Sadiqi işlərini yarımçıq saxladı.

-Nə xəbər var,Səid?-deyə Sadiqi soruşdu.

-Tehrandan şəxsən sizə göndərilib-deyib, Hərbi atteşe ağzı bağlı və üzərində “tam məxvi”yazılmış məktubu Səfirə təqdim etdi.

Sadiqi məktubu ötəri nəzərdən keçirib, Səidə -Gedə bilərsən-dedi.

Atteşə otağı tərk etdikdən sonra Sadiqi zərfi aram-aram açib stolda əyləşdi.Masanın üzərindən gözlüyünü alıb sakit halda gözlərinə taxdı. Firuz Sadiqi İran diplomatları arasında bəlkə də,ən səbrlisi idi.Əsl diplomata yaraşanı da bu idi.

Məktub İran Xarici İşlər Nazirliyindən (İXİN) göndərilmişdi.Məktubda onun ötən beş illik fəaliyyəti ilə əlaqədar Firuz Sadiqiyə İran XİN-nin təşəkkürü,gələcək yeni Səfirlə bağlı məlumatlar və bir də,son tapşırıqlardan bəhs olunurdu.

Sadiqiyə yeni Səfir Heydər Səfi adı yad deyildi. XİN-nin bu şəxsı ABŞ-a təyin etməsi, Sadiqinin fikrincə də,ağıllı və uzaq düşünülən bir qərar idi.

Sadiqi məktubu masanın üzərinə qoydu.Bir az qayğılı tərzdə öz-özünə dedi:

“Yeni təyinatın xeyirli olsun,qardaşım,Heydər”.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+9=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0299 saniye