Moskva,SSRİ Dövlət Təhlükəsizlik Komitəsi(DTK) 9-cu şöbə,yanvar 1979.
Şöbə Rəisi Polkovnik Sokolovun köməkçisi Kapitan İvan Rodionov içəri daxil olub farağat qaydasını aldıqdan sonra-Yoldaş Polkovnik,Kapitan Rodionov əmrinizlə gəlmişdir-dedi:
-Gəl İvan,gəl,əyləş-deyib Polkovnik ona əli ilə ona yaxın olan stulu işarə etdi.
Rodionov sakit tərzdə əyləşdikdən sonra sol əlindəki qovluğu Polkovnikə uzatdı.
-Yoldaş Polkovnik,verilən tapşırıqların icrası barədə olan yekun sənədlərin hamısı burdadır.
Polkovnik Sokolov qovluğu açıb diqqətlə nəzərdən keçirdi.Sonra eynəyini çıxarıb masaya qoydu,barmaqları ilə bir az gözlərini ovuşdurdu.Gözlərini masasının üzərindəki bağlı qara qovluğa zilləyib qayğılı bir tərzdə;
-İran üzrə tapşırıqlarda da bir yenilik varmı?-deyə Rodionova sual etdi.
-Yaxın zamanlarda Pəhləvi rejiminə qarşı etiraz hərakatlarının geniş vüsət alacağı gözlənilir. Son iki ay ərzində daha yeddi nəfər həbs edilib,iki dini rəhbər isə siyasi sığınacaq alıb. Bu ayın 10-15 tarixləri arasında İran tərəfindən ABŞ-a yeni Səfir göndəriləcək.Onun barəsində hazırlanacaq ətraflı məlumat yaxın günlərdə sizə təqdim olunacaq.
-Heydər Səfinin,Yaponiyadakı fəaliyyəti barədə az-çox bilgim var.Ancaq onu daha yaxından tanımaq pis olmaz.Kapitan Rodionov İranla bağlı məsələləri sürətləndirin.
-Oldu,yoldaş Polkovnik-deyə Kapitan Radionov ayağa qalxdı.
-Azadsız.
Kapitan rəsmi qaydada sağoııaşıb otağı tərk etdi.
Polkovnik Sokolov sakit halda,yenidən gözlərini masanın üzərindəki məxfi qovluqlara zilləyib dərin düşüncələrə daldı...
Vaşinqton,”Ağ Ev” 11-yanvar 1979.
Heydər Səfi “Ağ Ev”in mətbuat katibi Robert Harrissonun kabinetində əyləşib qəbul zamanını gözləyirdi.Əlindəki nazik qovluqda onun Səfir təqdimatı vardı.Bir az sonra bu, rəsmi sənəd ABŞ Prezidentinə təqdim olunacaqdı.
-Cənab Səfir, hazırmısınız?-deyə, otağa daxil olan mətbuat katibi Heydər Səfiyə sual etdi.
-Bəli-deyib, Heydər Səfi ayağa qalxdı.Pencəyini düymələdi, qovluğu sol qoltuğuna qoyub rəsmi qaydada mətbuat katibi ilə birlikdə otaqdan çıxdı.”Ağ Ev”in daxilindəki səliqə-səhman göz oxşayırdı.Birlikdə dəhliz boyu addımladılar.Dəhlizin sonunda ağ böyük bir qapı vardı.Qarşısında iki nəfər iri cüssəli adam dayanmışdı.Bunlar Prezidentin şəxsi mühafizə xidmətinin adamları idi.Qapı açıldı.Səfir və mətbuat katibi içəri daxil oldular.
dayanmışdı.Bunlar Prezidentin şəxsi mühafizə xidmətinin adamları idi.Qapı açıldı.Səfir və mətbuat katibi içəri daxil oldu.
Tiflis-Gürcüstan, yanvar 1979.
Nodar Maharadze Moskvadan yenicə dönmüşdü.Xəbəri Tiflisə çatar-çatmaz aldı.Oğlu olmuşdu.Həyat yoldaşı Nataşa o,Moskvaya getdikdən bir gün sonra xəstəxanaya aparılmış,elə həmin gün də,Şota adlı bir oğlan dünyaya gətirmişdi. Uşağa elə həmin gün ad verdilər.Çünki,Nodar getməmişdən əvvəl tapşırmışdır ki,əgər qız olsa adını Nona,oğlu olsa körpəyə Şota ismini versinlər. Maharadzelər ailəsi səkkiz il idi ki, bu günü gözləyirdilər.
Nodar Moskvadakı gərgin işlərdən sonra nəhayət ki,doğma şəhəri Tiflisə qayıtdı. Hava Limanından birbaşa Doğum Evinə yola düşdü.Üzündəki sevinci sezməmək mümkün deyildi.Onu ilk təbrik edən də,bu müjdəli xəbər üçün muştuluqlayan da, sürücüsü Tengiz idi.
-Yoldaş mayor, bu gün yoldaşınızı və balaca Şotanı evə buraxacaqlar-deyə Tengiz öz rəisinə məlumat verdi.
-Çox yaxşı, elə onları da götürüb birlikdə evə gedərik.
Maşın üzü şəhər mərkəzinə hərəkət edirdi.Yarım saat sonra onlar xəstəxananın qarşısında idilər.Birinci qatda növbətçiyə məlumat verildi.Çox keçmədən Nataşa qucağındakı körpəsi ilə birlikdə, tibb bacısının müşayəti altında asta-asta pilləkənlərlə aşağı endilər.Sürücü Tengiz yoldan aldıqları bir buket gül dəstəsini Nodara verdi.Mayor gülü həyat yoldaşı Nataşaya uzatdıqdan sonra hər iki yanağından öpüb-Təbrik edirəm əzizim,hər zaman ayaq üstə-dedi.
Sonra,tibb bacısınin əlindən körpə Şotanı ehmalca götürdü.Sürücü Tengiz tələsik maşının arxa qapısını açdı.Öncə Nataşa əyləşdi,sonra isə Nodar körpəni anasının qucağına verdi.Özü isə sürücüsü ilə birlikdə Tibb bacısılarına və həkimə təşəkkür etdikdən sonra maşına əyləşdilər.
Həmin gecə, Maharadzelər ailəsinin bəlkə də,ən xoşbəxt günü idi.Nodar öz mənzilində övladının dünyaya gəlişi münasibəti ilə kiçik ziyafət təşkil etmişdi. Gürcüstan Dövlət Təhlükəsizlik Komitəsində onunla çiyin-çiyinə çalışan ailəvi dostları və GDTK-nın Kutaisi şəhər şöbəsində işləyən köhnə iş yoldaşlarından bir-neçəsi onlara gözaydınlığına gəlmişdilər. Süfrə ləziz yeməklərlə və gürcülərin ənənəvi içkisi,müxtəlif növ çaxırlarla bəzədilmişdir.Yaxın qohumlar,dostlar,qonşular Nodar və Nataşanın bu əziz günündə onların sevincinə şərik olmaq üçün toplaşmışdılar. Saglıqların ardı-arası kəsilmirdi.Maharadzelərin evindəki ziyafət səhərədək bu minvalla davam etdi...