Paris-Fransa, yanvar 1979.İran Səfirliyi.
İranın Parisdəki səfirliyində artıq neçə gün idi ki, gərgin hərəkətlilik vardı.Səfir Nevzat Gilaninin əldə etdiyi son məlumatlar yaxın günlər üçün İranda şah rejiminə qarşı yaxşı heç nə vəd etmirdi.Son üç ay ərzində ölkəsində baş verən gərginliklərdən tam xəbərdar idi.Ötən ilin sonlarından isə, Nevzat Gilaninin işi lap ağırlaşmışdı. Dini liderin İraqdan birbaşa Parisə yerləşməsi şah rejimi üçün gələcək təhlükələrdən xəbər vermirdimi?..İran Xarici İşlər Nazirliyindən ötən beş ay ərzində ardı-arası kəsilməyən göstəriş və tapşırıqlar gəlirdi İranın bu, ölkədəki səfirliyinə.Şah müntəzəm olaraq Fransada yerləşmiş dini liderin fəaliyyəti barədə bilgiləndirilməsini tələb edirdi.Bu üzdən səfirliyə əlavə olaraq Tehrandan iki atteşə göndərilmışdi. Buna rəğmən,dini liderin Fransadakı təmaslarına birbaşa müdaxilə etmək müşkülə çevrilmiş, yetərli,mühüm informasiyaların əldə olunmasında xeyli problemlər yaranmışdı.Fransa hökümətinin üstü örtülü, anlaşılmaz mövqeyi də ortada idi.Belə şərtlər altında işləmək və əhəmiyyətli bilgilər toplamaq çox çətin idi.Səfir Nevzat Gilaninin İran Xarici İşlər Nazirliyinə göndərdiyi həftəlik hesabatları onu göstərirdi ki,Qərb və ABŞ-ın İran dövlətinə qarşı ziddiyyətli mövqeyi deməyə əsas verir ki,İranda baş verə biləcək və ya ehtimal edilən inqilabın qarşısına almaqda o qədər də maraqlı deyillər. Səfir hazırladığı son hesabatında məlumat verirdi ki,təkcə son 15-gün ərzində dini liderin 50-dən artıq ziyarətçisi onu, Parisdə yerləşən mənzilində ziyarət edib."Lakin əməkdaşlarımız gedən şöhbətlərdən çox cüzi məlumatlar əldə edə bilib.Yalnız o dəqiq məlum olub ki,dini lider öz təəbələrinə yaxın zamanlarda baş verməsi ehtimal olunan dini inqilabın qardaş qanı axmadan,qansız baş tutacağını söyləyib. İranın hazırkı inqilab fədailərinin 1961-ci ilin iyununda baş verən qanlı olaylara qayıtmadan bu missiyanın öhdəsindən gələcəyinə tam inandığını da, gələn ziyarətçilərin nəzərinə çatdırıb".
Səfirin son hesabatına İran (XİN) dən gələn cavab özünü çox gecikdirməmişdi. Cavab məktubunda,Səfir Nevzat Gilaniyə tövsiyə olunurdu ki, əgər ölkə daxilində hər hansı bir çevriliş baş verərsə vətənə dönüşünü əngəlləsin və sıyasi sığınacaq üçün qonşu Türkiyə Cümhuriyyətinə yola düşün, siyasi sığınacaq almaq üçün bu, ölkəyə müraciət etsin.
Vaşinqton,İran Səfirliyi -11yanvar 1979
Heydər Səfi 3-saatlıq “ Ağ ev” görüşməsindən sonra səfirliyin maşını ilə səfirlik binasına gəldi. Qapıda onu,hərbi atteşə Səid Dürüskari, mətbuat işləri üzrə atteşə Gülzar Zəncanpur və səfirliyin digər üç əməkdaşları qarşıladı.Firuz Sadiqi isə, dünən səhər Tehrana qayıtmışdı.Son məlumatlara görə,Sadiqi diplomatik fəaliyyətini Almaniyada davam etdirəcəkdi.
-Xoş gəlmisiniz, Cənab Səfir-deyə,hərbi atteşə Düruskari rəsmi qaydada Heydər Səfini qarşıladı.
Daha sonra, yeni Səfir səfirliyin digər əməkdşları ilə görüşdü.Mətbuat atteşəsi Zəncanpur, yeni Səfiri səfirliyin korpusu ilə tanış etdi.Səfirin ailəsi ilə qalacağı mənzil də, səfirliyin arxasında inşa edilən iki mərtəbəli binada idi.Ümumiyyətlə,səfirliyin bütün əməkdaşları elə bu,binada qalırdı.Lakin,səfir Heydər Səfinin ailəsi onunla birlikdə gəlməmişdi.Buna səbəb isə,Zeynəb xanımın hamiləliyi və çox qısa zamanda dünyaya yeni körpə gətirəcəyi ilə əlaqədar idi.Tehrandakı həkimlərdə, Zeynəb xanımın Heydər Səfi ilə birlikdə Amerikaya getməsinin münasib olmadığını bildirmişdilər.Hamilə bir qadının saatlarla təyyarədə yol getməsi həm gələcək ana üçün,həm də bətnindəki körpə üçün təhlükəli ola bilərdi.
Heydər Səfinin şəxsi əşyalarını səfirliyin texniki işçiləri qalacağı otağa yerləşdirdi.Səfir, yeni təyinat yeri ilə qısa tanışlıqdan sonra iş otağına keçdi.Onu müşayət edən Gülzar Zəncanpura isə,sabah 10-00 üçün səfirlik əməkdaşları ilə toplantı keçirəcəyini bildirdi.
-Bizimlə çalışacaq bütün əməkdaşlarımızla yaxından tanış olmaq istəyirəm.Gülzar xanım,indi isə,mənə son altı ay ərzində səfirliyin iş fəaliyyətini təqdim etməyinizi xahiş edirəm.
-Baş üstə,cənab Səfir.Başqa bir arzunuz varmı,çay,qəhvə?
-Bir stəkan çay pis olmazdı.
Mətbuat atteşəsi otağı tərk etdi.Səfir Səfi gələcək iş otağını diqqətlə nəzərdən keçirdi.Bəlli etdirməsə də,çox yorğun görünürdü.Saatlarla yol yorğunluğu,hava limanından birbaşa “Ağ ev” görüşməsi,üç saat Prezidentlə və Dövlət katibi ilə siyasi fikir mübadiləsi onu yorsa da,Səfir bu, yorğunluğunun fərqinə varmaq istəmirdi.Qapı döyüldü.
-Buyurun-deyə Səfir dilləndi.
Mətbuat atteşəsi sol əlində qalın bir qovluq,sağ əlində isə bir fincan çay otağa daxil oldu.Əllərindəkini Səfirin stoluna qoydu.
-Buyurun cənab Səfir,bu,son yarım illik fəalyyətimizlə bağlı olan sənədlərdir.
-Təşəkkür edirəm.
-Başqa bir istəyiniz varmı?
-Xeyir,gedə bilərsiz.
Heydər Səfi kreslosuna əyləşib qarşısındakı qovluğun ağzını açdı.Ənənəsinə sadiq qalaraq, qovluqdakı sənədləri bir-bir,aram-aram, səbirlə gözdən keçirməyə başladı.Onun üçün ən əhəmiyyətli olan sənədlər isə,sabiq səfirin Tehrana göndərdiyi son hesabatlar idi.