Tehran-İran,16 yanvar 1979
Zeynəb xanım çox nigaran idi.Heydər Səfi Amerikaya gedəni beş gün olmuşdu.Cəmi bir dəfə zəng etmişdi,evə.Tehranda vəziyyət gübə-gün dəyişirdi. Heydər Səfi yola düşməzdən bir gün əvvəl,Zeynəbin xahişini yerə salmayıb qayınanası Həbibə xanımı Ərdəbildən Tehrana gətizdirmişdi. Qızları balaca Gülzar bir an olsun ana nənəsindən ayrılmırdı.Son iki gündə isə,ümumiyyətlə, heç yerə çıxa bilmirdilər.Evin bayır alış-verışlərini qapı qonşuları Hətəmağa edirdi.O da,İran Xarici İşlər Nazirliyinin himayəsində çalışan adamlardan biri idi. Zeynəb xanımgilin ətraf qonşularının əksəriyyəti hazırkı hökümətdə çalışan kiçik çinli məmurlardan ibarət idi.Bunlardan çoxu isə,ələlxüsus,İran XİN-nın əməkdaşları idi.
Gecədən xeyli keçsə də,Zeynəb xanım hələ oyaq idi.Son günlər,paytaxt Tehran da,sabahları ayıq gözlə açırdı.Ötən gün,Hətəmağanın zövcəsi Ətayə xanımdan eşitdikləri onu daha da əndişələndirmişdi. Son xəbərlərə görə,İranın bəzi asayış keşikçiləri və ordunun bir qismi inqilabçılar tərəfə keçmışdi.Vəziyyət belə davam edəcəyi təqdirdə heç şübhəsiz ki,çox qısa zamanda iqtidar dəyişikliyi baş verəcək və şah gözlənildiyindən daha tez taxtından salınacaqdı. Belə olan halda, o və onun kimi yüzlərlə məmur ailələrinin taleyi necə olacaqdı? İndi hər kəsi narahat edən bu idi.
Zeynəb xanım pəncərənin önündə uzun-uzadı düşüncələrə dalır,bəzən səmaya göz gözdərir,bəzən də ara-sıra uzaqdan gələn qışqırtı və sos siqnalı verən maşın səslərinə qulaq verirdi. Bədəninə soyuq bir üşütmə gəldi.Əvvəlcə mətbəxə keçib su içdi.Sonra Gülzarın yataq otağına yaxınlaşıb ehtiyatla qapını araladı.Balaca Gülzar nənəsinə sarılıb mışıl-mışıl uyuyurdu.Qapını ehmalca örtüb öz yataq otağına keçdi.Yerinə uzanmaq istədiyi an sancı hiss etdi.Cəld dik atıldı.Əlləri ilə yavaşca qarnına sığal çəkdi.Sanki,gələcək körpəsini bu usulla sakit etməyə çalışırdı.
Moskva. SSRİ Xarici İşlər Nazirliyi. 17 yanvar,1979.
Kremldə son günlərin ən çox müzakirə olunan və diqqətdə saxlanılan məsələsi İran dövlətinidə sürətlə baş verən hadisələr idi. Sözsüz ki,bu heç də təsadüfi deyildi.Son iki il ərzində İrandakı Şah rejimi ilə Amerika Birləşmiş Ştatları arasında üstü örtülü sərin münasibətlər SSRİ kəşfiyyatçılarının da diqqətindən yan keçməmişdi. Sovetlər Birliyi və Amerika arasında uzun illərdən bəri davam edən “soyuq müharibə” sindromu özünü daha çox strteji bölgələrə nəzarət sahəsində göstərirdi.İran kimi zəngin bir neft ölkəsi hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edirdi. Ceyms Karter hökümətinin Şahla bir sıra məsələlərdə dil tapa bilməməsi,ortaq məxrəcə varılmaması ictimai müstəvidə ört-basdır edilsə də,Kremlin siyasi müstəvisindən kənarda qalmamışdı.İran məsələsinə Kreml 1977-ci ildən start vermişdi.SSRİ Xarici İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi bu hadisələrin tam mərkəzində idi. Son səkkiz ay ərzində DTK-nın 33 emissarı İrana,27 əməkdaşı isə Türkiyəyə ezam olunmuşdu.DTK nın “Qırmızı Zəfər” adı altında hazırladığı plana əsasən əvvəlcə İran,sonra Türkiyə Cümhuriyyəti Amerikanın təsiri altından çıxmalı,yenı müttəfiq və tərəfdaş kimi SSRİ-nin yanında olmalı idi.Uzun zamandan bəri DTK tərəfindən hazırlanan plana əsasən İrana dostluq və strateji əməkdaşlıq,Türkiyəyə isə “çiçəkli sosializm”vəd olunurdu.
SSRİ-nin İrandakı Səfirliyinin Hərbi atteşəsi Yuri Litovçenkonun təcili Moskvaya çağırılması da bilavasitə,XİN və DTK əməkdaşlarının İrandakı son fəaliyyətləri ilə bağlı ətraflı bilgi almaq və son tapşırıqları onlara vermək məqsədi daşıyırdı.
Xarici İşlər Nazirinin birinci müavini Oleq Malenkov Yuri Litovçenkonu şəxsən özü qəbul etdi.
-Yuri Maksimoviç İrandakı dostlarımız necədir?
-Hələlik hər şey bizim istədiyimiz kimi qaydasında davam edir yoldaş Oleq Nikolayeviç.Əgər belə getsə bu ayın sonuna kimi Tehranda gözlədiyimiz qansız inqilab baş verəcək.Artıq güc strukturlarının bir qismi İslam İnqilab dəstələrinin tərəfində mövqe tutub.Şah və ailəsinin ölkədən qaçma xəbərləri də var əlimizdə,fəqət bu,hələlik tam təsdiqini tapmayıb.Amerika Birləşmış Ştatları və Böyük Britaniya Səfirliklərinin bəzi əməkdaşları artıq Tehranı tərk etmək barədə göstəriş alıblar.
-Bizimkilərin durumu nə yerdədir?
-Dövlət Təhlükəsizlik xidməti tərəfindən Tehrana ezam olunan altı nəfərdən ibarət qrupu tapşırılan qaydada təyinat yerlərinə göndərdik.Qrupun rəhbəri 9-cu şöbənin əməkdaşı kapitan İvan Rodionovdur.Onun barəsində yəqin ki,sizdə eşitmisiniz?
-Hə,bir az məlumatım var.Vyetnamda 22-ci sovet desant dəstəsinin başında bir neçə uğurlu əməliyyatlar aparıb.
-Bəli,kifayət qədər təcrübəli bir insandır.Rodionovun rəhbərlik etdiyi qrup Təbrizdə fəaliyyət göstərəcək.
-Bəs köhnələr?
-Onlardan bir qismi Şiraz və İsfahan istiqamətində işlərini davam etdirir.Yerdə qalan 16 əməkdaşlarımız isə, dayanmadan Tehranda əzmkarlıqla çalışırlar.
-Səfirliyin rəsmi işlərindəki son vəziyyət nə yerdədir?
-İran Xarici İşlər Nazirliyinin başı çox qarışıq olduğundan yerli səfirliklərlə mütamadi təmasda ola bilmir.Bu arada deyim ki,məndən istədiyiniz İranın Amerikaya təyin olunan yeni Səfiri Heydər Səfinin dosyesi tam hazırdır.
-Çox gözəl.
-Səfir bir həftə öncə Amerikaya getsə də,ailəsi hələ ki,Tehrandan çıxa bilməyib.
-Səbəb?
-Səfirin həyat yoldaşı hamilə olduğu üçün, yerli həkimlər icazə verməyib.
-Yuri Maksimoviç,sizə bundan sonra hansı işlərin görüləcəyi barədə ətraflı məlumatlar veriləcək.Ən qısa zamanda Tehrana işinizin başına qayıdın.Səfirimizə göndəriləcək xüsusi tapşırığı şəxsən onun özünə təqdim edin.Səfir Heydər Səfinin ailəsinə gəlincə…İndi məni diqqətlə dinləyin…