VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 20:05 01 yanvar 2015 tarixində əlavə olunmuşdur

Tiflis,Gürcüstan Dövlət Təhlükəsizlik Komitəsi, 18 yanvar 1979.

 

Moskvadan Gürcüstan Dövlət Təhlükəsizlik Komitəsinə göndərilən son məxfi məktubla bağlı iki gün idi ki, məsləhətləşmələr başlamışdı. SSRİ DTK-nın 9-cu şöbəsinin rəisi Maksim Sokolovun imzası ilə göndərilən məktubda, rəsmi Moskvanın son iki mühüm əhəmiyyətli planı barədə qısa məlumat yer almışdır. İran və Türkiyədə SSRİ XİN və DTK nın birgə həyata keçirdiyi plan və Sovetlər məkanının peşəkar çekistlərinin bu, planın tərkibində olmasının zəruriliyi də,məktubda qeyd olunurdu.Bununla bağlı, Gürcüstan da öz yardımlarını rəsmi Moskvaya qısa zamanda təqdim etməli idi.Gürcüstan DTK-sının 1973-cü ildə Qaqrada, 1976 –cı ildə Suxumidə keçirdiyi uğurlu əməliyyatlar, rəsmi Moskvanın diqqətindən kənarda qalmamışdı.Bu baxımdan, Moskva, gürcü əməkdaşlarının təcrübəsindən də,faydalanmaq arzusunda idi.Peşəkarların seçim məsələsi isə, GDTK-nın ixtiyarına buraxılmışdı.

   Vəziyyətlə əlaqədar təcili olaraq Komitə sədrinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini, general Zurab Basiaşvili 4-cü şöbənin əməkdaşları ilə geniş tərkibli müzakirələrə başladı.İki saatdan artıq davam edən məsləhətləşmələrdən sonra qərara alındı ki,GDTK-nın üç əməkdaşı mərkəzin hazırladığı “qırmızı zəfər” planınının tərkibinə qoşulmaq üçün Moskvaya ezam edilsinlər. Qrupa rəhbərlik mayor Nodar Maharadzeyə həvalə edildi.

 Tehran. İran Xarici İşlər Nazirliyi. 19 yanvar,1979.

 Son iki gün ərzində İran Xarici İşlər Nazirliyi də,ölkədəki digər dövlət və hökumət qurumları kimi gücləndirilmiş iş rejiminə keçmişdi.Ordu və digər güc strukturlarının get-gedə vəziyyətə nəzarəti itirməsi, İslam İnqilab Komitəsi fəallarının əl-qol açması üçün geniş zəmin yaratmışdı.İnqilabı dəstəkləyən komitə və təşkilatların sıraları günbə-gün genışlənirdi.İran Xarici İşlər Nazirinin üç gün öncə Fransaya gözlənilməz səfəri də,ölkədə bir mənalı qarşılanmırdı.Şah rejimi, ölümdən öncə son nəfəsini verən çarəsiz xəstə durumuna düşmüşdü. XİN-nın İranın xarici müttəfiq ölkələrlə danışıqları da nəticəsiz alınırdı.Mövcud durumda, Şah hökuməti hər şeyin qansız qadasız ötüşməsinə çalışırdı.

Xarici İşlər Nazirinin müavini Mahmud Əzizinin rəhbərliyi ilə, sabah saatlarında yeni bir toplantı keçirildi. Əzizi bir diplomat olaraq artıq çox gözəl bilirdi ki, Nazirin Fransadan dönüşü mümkünsüz olacaq.Onun isə, işləri yarımçıq qoyub İranı tərk etməsi,artıq çox gec idi.. Amerika ilə son danışıqların səmərəsizliyi, Avropanın Şah iqtidarından tamamən uzaqlaşması, Sovet çekistlərinin “yeni iransevərliyi” hər şeyi ortaya qoymuşdu. Bəlkə də, bu, Şah rejimində mövcud olan İran diplomatlarının son toplantısı idi.

Əzizi çox üzgün idi,çox narahat idi. O,yalnız öz gələcək taleyindən deyil,həm də,uzun illər çiyin-çiyinə çalışdığı həmkarlarının,eyni zamanda,Şah dönəminin iqtidarında məmur olan hər kəsin taleyindən narahat idi. Dünən axşam alınan məlumatlar isə daha da üzücü idi. Artıq dünən gecədən başlayaraq İranın bütün Beynəlxalq Hava Limanlarından, Şah iqtidarında təmsil olunan bütün məmurların ölkədən çıxışı da,alınan bəzi bilgilərə görə məhdudlaşdırılmışdı. Hadisələr o qədər sürətlə davam edirdi ki,şayələr və rellıqlar bir-birinə qarışmışdı.Əzizi toplantı zamanı son hadisələr barədə diplomatlarla xeyli fikir mübadiləsi apardı. Son tapşırıqlarını onların diqqətinə çatdırdı.

 Mahmud Əzizi gərgin keçən toplantıdan sonra öz kabinetində oturub qəzetlərində dərc edilən son xəbərləri gözdən keçirtməyə başladı.Parisdən dini liderin birbaşa Tehrana gələcəyi barədə yazılan anonslar sabah qazetlərinin manşetlərində yer almışdı. İran siyasi dəyişikliklərin astanasında idi. Telefonun zəngi, Əzizinin qiraətini yarımçıq qoydu.Dəstəyi qaldırdı.Sakit yorğun bir səslə

-Eşidirəm-dedi.

-Cənab Əzizi,Səfir Heydər Səfinin zövcəsi Zeynəb xanım sizinlə iltibasa keçmək istəyir, nə cavab verək?

-Dərhal xəttə qoşun…


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+37=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0286 saniye