VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 01:05 09 yanvar 2015 tarixində əlavə olunmuşdur

   Fevral 1979-cu il. İran Dünya Mətbuatında

   Amerika Birləşmiş Ştatları.Vaşinqton Post qəzeti : Bu sabah “Ağ ev”in mətbuat katibliyi İranla bağlı rəsmi açıqlamasını bəyan etdi:“ İranda baş tutan İslam inqilabı Amerika – İran münasibətlərinin üzərindən birdəfəlik xətt çəkdi. Bundan az öncə, Tehranda yerləşən ABŞ Səfirliyinə qarşı hücum bir daha onu göstərdi ki, İran Beynəlxalq Hüququn prinsiplərinə heç bir əhəmiyyət vermir. Uzun illər, ABŞ və İran arasında mövcud olmuş səmimi müttəfiq münasibətlərin, İranda baş vermiş İnqilabla tam əks istiqamətdə dəyişməsi, Birləşmiş Ştatları Yaxın Şərq planını yenidən gözdən keçirməyə vadar edir. Konqressdəki məsləhətləşmələrdən sonra, İranla bağlı  yekun qərar veriləcək. Əlavə olaraq onu da, qeyd etmək istərdik ki, artıq ABŞ Səfirliyi Tehrandakı fəaliyyətini tamamən dayandırmış, İranın Vaşinqtondakı Səfirliyi isə, Tehranda baş vermiş çevrilişlə bağlı fəaliyyətinə xitam vermək barədə qərar almışdır.Səfirliyin əməkdaşları müxtəlif dövlətlərə siyasi sığınacaq üçün müraciətlər etmiş, sabiq Səfir, Cənab Heydər Səfiyə isə, ABŞ höküməti tərəfindən siyasi sığınacaq verilmışdir”.

  Çin Xalq Respublikası. Şanxay Ekspress qəzeti: “İranda baş vermiş inqilab deməyə əsas verir ki, Birləşmiş Ştatlar artıq öz gücünü Yaxın Şərqdə tam itirmək üzrədir. Amerikanın imperialist siyasətinə qarşı cəsarətli mövqe ortaya qoyan İran dövlətini yalnız alqışlamaq lazımdır. Yaxın zamanlarda, çox güman ki, bu, inqilabın qığılcımları digər ölkələrə də,sirayət edəcəkdir.O, yerlərə ki, hələ də,orada  ABŞ dominantlığı hökm sürməkdədir”.

  Türkiyə Cümhuriyyəti. Vətən qəzeti: “ Qonşu Ölkədə baş tutmuş İslam İnqilabının rüzgarı bizim məmləkətə yan ala bilərmi? Əsla, türk insanı uzun illərdir ki, böyük öndər Atatürkün dəyərlərini qorumaqdadır. Təbii ki, İrandakı hadisələr, bizim ölkəmizdəki bəzi avantüristləri və anarxistləri həvəsləndirmişdir. Onlar, Türkiyə Cümhuriyyətində də,yaxın zamanlarda İnqilab baş verəcəyinə ümidlidirlər. Əfəndilər, bir az özünüzə gəlin, bir az məntiqli olun, Türkiyə İran deyil, burada Şah, Sultan dönəmi 1923-cü ildə bitmişdir”…

   Fransa. Le Monde qəzeti: “İranda baş verən İslam inqilabı,əslində, müqəddəs dəyərlərə sahiblənməkdən daha çox radikal dini fanatizmi özündə ehtiva edir. Bu,din pərdəsi altında baş tutmuş dövlət  çevrilişinin acı fəsadları çox keçmədən özünü biruzə verəcəkdir. Narahat məqamlardan biri də, Amerika və Rusiya arasında “soyuq savaş”ın yenidən gündəmə qayıtmasıdır ki, bu da, Avropa üçün heç arzu olunan hal deyil”.

  SSRİ. İzvestiya qəzeti: “Amerika Yaxın Şərqdə bir zamanlar çox etibarlı müttəfiqi olan İranı itirdi. Rəsmi Vaşinqton çətin ki, bir daha bu, zəngin neft diyarı ilə,öz müttəfiqliyini davam etdirə bilsin. Artıq İranda yarım əsrdən artıq hökmranlıq edən Şah rejimi tamamilə aradan qaldırılmış,ölkədə sosial təmayüllü yeni güclər iqtidar başına keçmişdir. Sovetlər Birliyi İranda sosial təbəqənin inamlı zəfəri münasibəti ilə,qonşu ölkəyə təbriklərini göndərmişdir. Yaxın zamanlarda, SSRİ Xarici İşlər Nazirinin İrana səfəri də, artıq Kremlin gündəmindədir. Səfər çərçivəsində, SSRİ-İrana münasibətlərinin gələcək perespektivləri də, XİN tərəfindən geniş müzakirə edilməkdədir.

 İranda baş tutmuş xalq inqilabından sonra, Şah və iqtidar mənsublarından bəziləri ölkədən qaça bilsələr də, bəziləri həbs edilərək, inqilab şurası tərəfindən yaradılan xalq tribunalına təhvil verilmişdir. İranın eks siyasiləri  və diplomatlarının ailə üzvləri yeni iqtidar tərəfindən təzyiq və təqiblərə məruz qalmamışdır. Bəzi diplomatların ailə üzvləri isə, buna rəğmən bir neçə ölkəyə sığınmışlar. İranın Vaşinqtondakı sabiq Səfiri, Cənab Heydər Səfinin ailəsi siyasi sığınacaq üçün rəsmi Moskvaya etdiyi müraciət də,cavabsız qalmamış,qısa zamanda müsbət şəkildə həll edilmişdir. Sabiq Səfirin xanımı Zeynəb Səfi və körpə oğlu Həsən Səfi SSRİ tərəfindən tam himayə edilmişdir.”

  İran. Paytaxt qəzeti: “İran inqilabı müsəlmanların Qərb üzərində XVI-əsrdən sonra ilk qələbəsidir. Bu, möhtəşəm inqilabda yeganə amil İslam və onun müqəddəs dəyərləri olub”.


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
2+35=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0281 saniye