VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:42 09 yanvar 2015 tarixində əlavə olunmuşdur

Nyu-York. 11-sentyabr 2001-ci il. Mərkəzi Kəşfiyyat İdarəsinin 5-saylı məxfi Qərargahı.

   Qərargah rəisi, Polkovnik Robert Stivenson son üç ay ərzində qərarqah əməkdaşları ilə birlikdə yeni strateji plan üzərində çalışırdı. Sabah, 16-00 –da, məxfi plan “Ağ ev”ə,şəxsən Cənab Prezidentə təqdim edilməli idi. Bu səbəbdən, dünən gecə,bəzi əməkdaşlar qərargahdan ayrılmamışdı. Məxfi planın üzərində son tamamlanma işləri sübh saatlarında başa çatdırılmışdı. Polkovnik çox yorulmuşdu. Bu yorgunluğunun səbəbi isə,təbii ki,masasının üstündə 488 səhifədən ibarət hazırlanmış məxfi plana çəkilən əziyyət idi. Bu, qalın qara qovluğun hazırlanmasına, nə az, nə çox üç ay əmək sərf olunmuşdu.Qovluğun üzərinə bircə söz yazılmışdı:“Vaşaq”...

Bəli, Birləşmiş Ştatların yaxın 15-illik kəşfiyyat və əks kəşfiyyat planları məhz,bu ad altında həyata keçiriləcəkdi. Məxfi plana qoyulan adın müəllifi isə,Pentaqonun sabiq əməkdaşı, istefada olan General Tommas Redford idi. Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən hazırlanan bir çox planlarda istefada olan kəşfiyyatçıların fikirlərinə xüsusi önəm verilirdi. Bu, artıq uzun illərdən bəri, bir ənənə halını almışdı. Polkovnik Stivenson həmin anı yenidən xatırladı...

  Qızmar iyul ayının son günlərində General Tommas Redford MKİ-nın 5-saylı məxfi Qərargahına dəvət edilmişdi. Gənc kəşfiyyatçılarla öz bilik və təcrübəsini paylaşırdı. O,zaman Polkovnik Generaldan bəzi məsləhətlər almış, məxfi planın tərkibinə daxil ediləcək şəxslər barədə onun da, rəyini öyrənmişdi. Məxfi plana şərti ad seçimində də, General Redfordun təklifi bəyənilmişdi. Generalın bu, yırtıcı canlı barədə dediyi ensklopedik fikirlər məxfi planın ilk səhifəsinə qeyd olunmuşdu:

“ Vaşaq -Bədəninin uzunluğu 82-109 sm, quyruğunun uzunluğu 20-24 sm, çəkisi 8-19 kq (bəzən 32 kq-dək) olur. Ayaqları qüvvətli, nisbətən uzun, pəncələri çox enlidir. Qulaqlarında fırçaya bənzər uzun tüklər var. Açıq-sarı, kürən və ya xallı olur. Şimali Amerikada, Avropada, Orta Asiyada daha çox yayılmışdır. Geniş sıx meşələrdə, düzənliklərdə və eləcə də dağlarda, bəzən meşə-çöldə yaşayır. Ağaca yaxşı dırmaşır. Boğazlıq  dövrü 9-10 həftədir. 2-3 bala doğur.Çalalarda, ağac köklərinin altında, qayaların dərələrində yuvasını qurur. Balaları böyütmək prosesində dişi və erkək  birlikdə iştirak edirlər.Əsasən dovşan, gəmiricilər və quşları yeyir; bəzən dırnaqlı heyvanlara da,hücum edir. Çox vaxt gecələr ova çıxır”...

 Polkovnik divar saatına baxdı. 8-45,Məxfi planın Vaşinqtona,“Ağ ev”ə yola salınması üçün, mərkəzdən göndəriləcək xüsusi əməkdaşlar  saat 11-30 da Qərargahda olmalı idi. Hələ üç saata yaxın vaxt qalmışdı. Stivenson fürsəti dəyərləndirmək üçün yan otağa keçib bir az gözlərinin acısını almaq istədi. Lakin, elə bu vaxt, qəfildən eşidilən dəhşətli səs bir dəqiqədə Qərargahı ayağa qaldırdı.

-Aman Tanrım –deyib, polkovnik özünü kabinetindən dəhlizə atdı. Hamı dəhliz boyu ora-bura qaçırdı.

-Cənab Polkovnik, cəld bunkerə- deyə əməkdaşlardan biri Stivensonun qoluna girib onu, Qərargahın alt qatına doğru çəkib apardı. Polkovnik baş verənlərin şokundan özünə gəlməyə çalışırdı. Birdən, ani hərəkətlə geri dönüb arxadan gələn köməkçisi kapitan Vilsona

-Sənədləri götür- deyə,qışqıraraq əmr verdi!

Beş dəqiqə sonra, Qərargahın əməkdaşları bunkerə yerləşmişdi. Alt qatda yerləşdirilmiş böyük ekranlı televizorda hamı dəhşət dolu baxışlarla Nyu-Yorkun göz bəbəyi, qoşa göydələnlərdə baş verənləri izləyirdi. Cəmi on-on beş dəqiqə sonra, ikinci həmlə baş verdi. Bu, vəhşət dolu terror saldırıları isə, Qərərgahın cəmi 5-6 yüz metrliyində baş verirdi...

Yalnız Birləşmiş Ştatlar deyil, bəşəriyyət bu, alçaq terror aktının şokunda idi. Həmin gün, Amerika üçün bir kabus idi.Polkovnik Robert Stivenson, Qərargahın bunkerində bir kənara sıxılıb səssizcə ağlayıb göz yaşlarını boğmağa çalışsa da, bacarmırdı. Axı,onun 15-illik ömür-gün yoldaşı Liza da, orada, darmadağın edilən binada çalışırdı...

 

 

 

 

 

 

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+17=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0317 saniye