Moskva. 12-sentyabr 2001-ci il. Federal Təhlükəsizlik Xidmətinin Baş Qərargahı.
Federal Təhlükəsizlik Xidmətinin Qərərgah rəisi General-leytenant Nikolay Danilov Nyu-Yorkda baş verən böyük terror hadisəsi ilə əlaqədar FTX-nın əlahiddə toplantısı barədə göstəriş vermişdi. FTX-nın gənc əməkdaşlarından olan Şota Maharadze də, əlahiddə toplantı barədə məlumatlandırılmışdı. Bu gün, FTX tərəfindən mühüm qərarlar qəbul edilməsi gözlənilirdi. Amerikada baş verən terror aktlarından sonra hər kəsi düşündürən iki önəmli məsələ vardı: Birincisi - Amerika Birləşmiş Ştatları bundan sonra hansı addımları atacaq? İkincisi- Rusiya hansı qərarları qəbul edəcək?..
Şota Maharadze üç ay idi ki, FTX-də işə başlamışdı. Onun bu, xidmətə cəlb olunması səbəbsiz deyildi. Atası Nodar Maharadzenin hələ, sovetlər dönəmində SSRİ qarşısındakı xidmətləri unudulmamış, polkovnik Maharadzenin fəaliyyəti daima əski Təhlükəsizlik Komitəsinin diqqət mərkəzində olmuşdur. 1984-cü ildə, Nodar Maharadze Əfqanıstanda keçirilən “Qızıl Ulduz” adlı əməliyyat zamanı həyatını itirmişdir. Ölümündən dərhal sonra, onun ailəsi DTK-nın təşəbbüsü ilə, Moskvaya yerləşdirildi. Həmin zaman, Qəndəharda aparılan əməliyyat zamanı həlak olan polkovnik Maharadzenin cəsədini DTK-nın xüsusi təyinatlıları yalnız 12-gün sonra puştun döyüşçülərin əlindən xilas edə bilmişdilər. O zaman, SSRİ rəhbərliyinin qərarı ilə, qəhrəman Nodar Maharadzenin nəşi Moskvadakı “qəhramanlıq qəbiristanlığı” na dəfn edildi. Atasının dəfn günü 5-yaşlı Şotanın uşaqlıq yaddaşında əbədi iz salmışdı. Anasının səssiz axan göz yaşları, atasına yaxın olan,onunla çiyin-çiyinə mücadilə edən dostlarının üzlərindəki dərin kədər dolu baxışlar, DTK-rəhbərlərinin dəfn mərasimindəki çıxışları, balaca Şotanın acılarla dolu xəyal yaddaşına həkk olunmuşdu...
Toplantının başlamasına 45 dəqiqə qalmışdı. Şota Xarici İşlər Nazirliyindəki işlərini yekunlaşdırmaq üzrə idi ki, qəfildən, XİN-nin baş məsləhətçisi, onun da, yaxından tanıdığı Pavel Yefremoviç onu yolundan saxladı.
-Şota Nodaroviç mənimlə gəlin-dedi.
Birlikdə ikinci mərtəbəyə qalxdlar. Sonra yeenə üzünü Şotaya tutub sözünə davam etdi:
-Bilirəm, toplantıya gedəcəksən,narahat olma gecikməzsən,arxivdə bəzi sənədlər var,onları 8-ci şöbəyə təqdim edərsən. Sənə əziyyət olmaz ki?
-Xeyir, Pavel Yefremoviç,çatdıraram,heç narahat olmayın.
-Təşəkkür edirəm.
P.Yefremoviç vəsiqəsini nəzarətçiyə göstərib arxivə keçdi. Bura,XİN-nin əməkdaşlarından qeyri kimsə daxil ola bilməzdi. Şota dəhlizdə dayandı. Sonra qol saatına baxdı. Təxminən 10-dəqiqə sonra,P. Yefremoviç qoltuğunda iki ədəd qovluq arxivdən çıxdı.
-Buyur, al bunları,yubanma Şota,yaxşı yol sənə.
-Çox sağ olun, Pavel Yefremoviç,görüşənədək…
Saat 17-00 da, FTX-nın Baş Qərargahında geniş tərkibli əlahiddə toplantı öz işinə başladı. Prezidentin Təhlükəsizlik Məsələləri üzrə Müşavir yardımçıları da,toplantıya qatılmışdı. Şota və FTX-nın bəzi gənc əməkdaşları dəyirmi masanın arxasında sıralama düzülən stullarda əyləşmişdilər. Gənc əməkdaşlar rəhbərliyin tapşırıqlarını əllərindəki dəftərlərə qeyd edirdilər…