VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 17:16 03 fevral 2015 tarixində əlavə olunmuşdur

Vaşinqton. 13-sentyabr 2001-ci il. “Asiya məhəlləsi”.

Bir zamanlar ən səs-küylü, ən çox qələbəliyin hökm sürdüyü bu, Vaşinqtonun cənub qütbündə yerləşən məhəllədə iki gün idi ki, ölü bir sükut vardı. “Asiya məhəlləsi”nin məhşur “Şərq bazarı” da 11-senyabrdan sonra qapılarını alıcıların üzünə bağlamaşdı. Amerika 11-sentyabr hadisələrinin şokundan çıxmamışdı. Ölkənin bütün Təhlükəsizlik və güc strukturları ayağa qaldırılmış, 24-saat fasiləsiz olaraq təhlükəsizlik tədbirləri barədə rəsmi “Ağ ev” tərəfindən əmr imzalanmışdır. Ən müşgül durumda olanlar isə, müsəlman icmaları və ABŞ-da olan müsəlman məhəllələri idi. Bu sabah, “Vaşinqton xəbər” qəzetinin verdiyi məlumata görə, 12-sentyabr günü, Ölkənin təhlükəsizlik orqanları tərəfindən Vaşinqton və Nyu-York şəhərlərində 18 irimiqyaslı əməliyyat aparılmış, əməliyyatlar əsasən müsəlman vətəndaşların yaşadıqları müsəlman məhəllələrində həyata keçirilmiş, 109 nəfər şəxs şübhəli sifəti ilə nəzarət altına alınmışdır. Dünən keçirilən əməliyyatlar zamanı “Asiya məhəlləsi” də,öz nəsibini almışdı. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən beş nəfər şübhəli sifəti ilə,ailələrinin gözü qarşısında biləklərinə qandal taxılaraq sorğu-sualsız aparıldı.

Bütün bu,həyəcan dolu hadisələr “Asiya məhəlləsi”nin köhnə sakinlərindən olan, sabiq diplomat Heydər Səfinin gözləri qarşısında baş verdi. Onun olaylara müdaxiləsi, MKİ-nin əməkdaşlarına öz kimlik təqdimatı da, əfsuslar olsun ki, bir işə yaramadı. Şübhəli sifəti ilə həbs edilənlərdən biri, əslən İsfahandan olan və altmışıncı illərdə Amerikaya köç etmiş, Heydər Səfinin sağ qonşusu Mənsur Malikinin oğlu İsmayıl Maliki idi. Onun MKİ tərəfindən tutulması məhəllə sakinləri tərəfindən hiddətlə qarşılanmışdı. İsmayıl sıradan bir taksi sürücüsü idi. “Asiya məhəlləsi” sakinlərinin bu ailəyə xüsusi hörməti vardı. Belə bir şəxsin, dünən gecə ailəsinin gözləri qarşısında əl-qolu burularaq yerə yatırdılması və pis söyüşlərlə tahqir edilərək alçaldılması heç bir əxlaqi çərçivəyə sığmırdı. Heydər Səfi 22-illik siyasi mühacirlik həyatında ilk dəfə idi ki, belə utandırıcı halla qarşılaşmışdı. Sözsüz ki, iki gün əvvəl ABŞ-da baş verən amansız terror aktları onları da, yasa qərq etmişdi. Bir halda ki, söhbət yüzlərlə günahsız insanın həyatını itirməsindən gedirsə, o zaman bu, ürək dağlayan hadisə yalnız xristianların deyil, həm də ABŞ-da yaşayan müsəlmanların faciəsi deyildimi? Bu, dəhşət və vəhşət dolu olaylar sıradan olan bir amerikalı xaçpərəstin canını yandırdığı kimi, sıradan olan bir amerikalı müsəlmanın da,canı ən az onunku qədər yanırdı. Heydər Səfini indi,ən çox əndişələndirən sonrakı günlərdə bu,ölkədə nələrin baş verəcəkləri idi…

Hava get-gedə qaralmağa başlayırdı. İlıq və səssiz bir payız günü də, ömrünü başa vurmaq üzrə idi. Eynən, günahsız yerə həyatlarını itirmiş terror qurbanları kimi. “Asiya məhəlləsi” hələ də, ölü səssizliyini pozmamışdı. Heydər Səfi mənzilində əyləşib səssizcə SNN xəbəri izləyirdi. Prezident xalqa səsləniş nitqində, Amerika höküməti olaraq dünyada bütün terrorun kökünü kəsəcəklərini vəd edirdi…


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0293 saniye