Ankara-Türkiyə. 14 sentyabr 2001-ci il. Milli İstihbarat Təşkilatının Mərkəz Qərargahı.
Birləşmiş Ştatlarda baş vermiş üzücü terror aktlarının fəsadları davam etməkdəydi. Son üç gün idi ki, bütün bəşəriyyətin diqqəti Kütləvi İnformasiya Vasitələrinə dikilmişdi. Bu, terror aktı, həm bir dəhşət, həm də ki, bir fəlakət həddinə çatmışdır. Terror qurbanlarının statistik göstəriciləri günbəgün dəyişirdi. Türkiyə, yaxın müttəfiqi olan ABŞ-ın acılarını çox gözəl başa düşürdü. Bu, ölkə lənət terror üzündən az qurbanlar verməmişdi. Təssüflər olsun ki, hələ də, terror ucbatından itgilər verməkdə davam edirdi. Terror aktlarından dərhal sonra, Amerikaya ilk başsağlığı verən dövlətlərdən biri də, məhz Türkiyə Cümhuriyyəti oldu. Acılar böyük, nəticələr üzücü idi...
Rəsmi Ankara müttəfiqinin bu,gərgin günlərində onunla birgə hərəkət edəcəyini, elə ilk bəyənatında rəsmən elan etmişdi. İki gün idi ki, Ankarada da, bir hərəkətlilik hökm sürürdü. Milli İstihbarat Təşkilatı Müstəşarı və yardımçıları “Çankaya” və Başbakanlık binasında məsləhətləşmələri davam etdirirdi. MİT-in Mərkəz Qərərgahı kənardan səssiz görünsə də, içəridə gələcək planların ilk xəttləri cızılırdı. Sabah saatlarında Müstəşar yardımçısı Əhməd Ünsalın kabinetində toplantı başlamışdı. Hökümət tərəfindən alınan bəzi qərarlar, Müstəşarlıq tərəfindən verilən tapşırıqlar müzakirə olunurdu. Toplantıda digər güc strukturlarının rəhbər vəzifəli şəxsləri də,təmsil olunurdular. MİT-in İstanbul şöbəsinin əməkdaşı Həsən Səfinin bu, toplantıya çağırılması, onun üçün gözlənilməz oldu. Gənc İstihbaratçı Həsən hələ ki, ABŞ-ın uzun zamandan bəri, “Vaşaq” adı altında hazırladığı plana MİT Müstəşarlığı tərəfindən adınını salınmasından xəbərsiz idi...
Üç saata yaxın davam edən topntntı başa çatdı. Müstəşarlıq bəzi mühüm əhəmiyyətli qərarlar aldı. Yekun olaraq bir-neçə məxfi sənədlər Müstəşarlıq tərəfindən Ordu, Jandarma və Polis orqanlarının təmsilçilərinə təqdim edildi. Digər güc strukturlarının əməkdaşları Əhməd bəylə rəsmi qaydada sağollaşmadan sonra kabineti tərk etdilər. Həsən Səfi və digər beş nəfər MİT əməkdaşları Müstəşar yardımçısı Əhməd Ünsalın göstərişi ilə, yerlərində qaldılar. Həsən içəridə, onunla birlikdə qalan beş nəfərdən ikisini tanıyırdı. Bunlar, İlyas və Cövdət adlı MİT –in Samsun şöbəsinin əməkdaşları olmalı idi. Altı ay əvvəl MİT-in Ankaradakı təlimlərində birlikdə iştirak etmişdilər və oradan qiyabi tanışlıqları vardı. Digər üç nəfəri isə, o,ilk dəfə idi ki, görürdü. Əhməd Ünsal əlinin işarəsi ilə, gənc MİT əməkdaşlarına yaxın əyləşməyi işarə etdi. Gənc MİT-əməkdaşları, Müstəşar yardımçısının işarə etdiyi dəyirmi masanın ətrafına toplandı. Əhməd bəy, sol tərəfindəki telefon dəstəyini qaldırb köməkçisinə;
-Qovluqları gətirin – deyə,göstəriş verdi.
Az sonra, Müstəşar yardımçısı, Əhməd bəyin şəxsi köməkçisi Murad bəy, qoltuğunda beş ədəd qovluqla içəri daxil oldu. Qovluqları təqdim etdikdən sonra;
-Başqa bir əmriniz varmı,sayın Müstəşarım?
-Dünənki toplantıların hesabatlarını da, çalışın ki, bu gün axşama tamamlayasınız.
-Baş üstə.
-Çıxa bilərsiniz.
Köməkçi Murad bəy, kabineti tərk etdi. Əhməd bəy, ona təqdim olunan beş qovluğu bir-bir, diqqətlə gözdən keçirib masasının sağ tərəfinə qoydu. Sonra üzünü gənc MİT-əməkdaşlarına tutub aram-aram söhbətə başladı:
-Son günlərdə baş verən hadisələrlə bağlı uzun-uzadı danışmaq istəmirəm. Yəqin ki, yetərincə məlumatlısınız. Yunis bəy, Adana şöbəmizdən təyinat alaraq, MİT Mərkəz Qərargahımızın əks-kəşfiyyat bölməsinə yeni rəis təyin edilib. Bundan sonra, siz beş nəfərlik tağım onun rəhbərliyi altında çalışacaqsınız.
Yunis bəy, 35 yaşlı gənc bir MİT əməkdaşı olmasına rəğmən, artıq 10-ildir ki, bu,təşkilata xidmət edir. Kifayət qədər yetənəkli bir kadrdır. Əminəm ki, Yunis bəyin təcrübəsi gələcək fəaliyyətinizdə sizə də, çox kömək edəcək...
Müstəşar yardımçısı sözlərinə ara verib, masasının üstündəki beş ədəd qovluğu Yunis bəyə uzatdı;
- Bəylər,toplantının davamı Yunis bəyin rəhbərliyi altında davam edəcək. Sualı olan varmı-deyə,Əhməd bəy üzünü gənc MİT-çilərə tutdu.
Xeyr, aydındır sayın Müstəşarım-deyə, hərə bir ağız cavab verdi.Gənc MİT-çilər, Yunis bəylə birlikdə kabineti tərk edib yeni rəislərinin otağına doğru yan aldılar. Yunis bəyin kabineti üst qatda idi. O qədər də, geniş olmayan, fəqət, çox səliqəli bir məmur kabinetinə bənzəyirdi. Yunis bəy, masasının başına keçməzdən əvvəl,yeni tağımına əyləşməyi xahiş etdi. Çox təvazükar bir insan idi. Bu, onun hər halından bəlli olurdu. Vaxtı uzatmadan qovluqları gənc əməkdaşlara təqdim edib, sonra aramla açıqlamalara başladı:
-İlyas Akın, Cövdət Aydın, Turqut İpəkçi, Çərkəz İnal və Həsən Səfi... Haqqınızda xeyli zamandır ki, Müstəşarlıq tərəfindən incələmə aparılırdı. Uzun məsləhətləşmələrdən sonra, mən və sayın Müstəşar sizin bu, beynəlxalq plana daxil olmağınıza qərar verdik. Yeni plan və məxfi tapşırıqlar barədə,sizə təqdim etdiyimiz qovluqlarda bütün detallar ətraflı qeyd olunub. Bir həftə sonra təyinat yerlərinizə ezam olunacaqsınız. Qaranlıq və anlaşılmaz məqamlar olduğu zaman birbaşa, mənimlə iltibasa keçə bilərsiniz. Texniki xidmət bölümü tərəfindən sizə veriləcək telefonlar yalnız xidmət üçün istifadə ediləcək və iş üçün yalnız bu, telefonlarla əlaqə yaradılacaq. Digər ləvazimatlar təyinat yerinə yola düşməzdən 5-saat öncə sizə çatdırılacaqdır. Gənc olmağınıza rəğmən, sizlərə güvəncimiz tamdır. Əminəm ki, etimadımızı doğruldacaq və verilən görəvlərin öhdəsindən layiqincə gələcəksiniz...
Həsən Səfi axşama doğru İstanbula qayıdırdı. Çox yorulmuşdu,üstəlik avtomobili də, özü idarə edirdi. Bütün yorğunluğunu ona unutduran isə, yeni görəvi idi. 23-yaşlı bir gəncə göstərilən etimad, təbii ki, onu qürurlandırmaya bilməzdi. Qarşıda onu çox çətin, ancaq, şərəfli bir yol gözləyirdi. İndi bu, gənc İstihbaratçılar yalnız Türkiyə Cümhuriyyətinin deyil, dünyanın təhlükəsizliyindən məsul edilmişdirlər. Birləşmiş Ştatlar tərəfindən hazırlanmış əsrin təhlükəsizlik planında Türkiyənin yer alması, bu ölkə tərəfindən yeni plana təhkim edilən beş nəfərdən biri olmaq Həsən Səfi üçün sözün hər mənasında bir şərəf məsələsi idi. Yeganə nigarançılığı, anası Zeynəb xanımdan idi. Ona verilən bu,şərəfli tapşırığı anası necə qarşılayacaqdı? Gözlənilməz qərar, üstəlik uzun yolçuluq və Vaşinqton missiyası... Vaşinqton, Zeynəb xanımın xatirələrində elə bir ağır iz salmışdır ki, 23 il idi ki, o,bu ağrıların acıları ilə,yaşamağa məhkum olmuşdu. Bu şəhər, Zeynəb xanımdan ömür-gün yoldaşı Heydər Səfini almışdı, bu şəhər onların ailəsinə fəlakət bəxş etmişdi,bu şəhər,bir ailəni pərən-pərən salmışdı. Zeynəb xanımın düşüncələrində Vaşinqton şəhərinin adını anmaq, Birləşmiş Ştatları yada salmaq, ötən illərin acılarından başqa heç nə ifadə etmirdi...