VAŞAQ
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 12:17 24 fevral 2015 tarixində əlavə olunmuşdur

Nyu-York. 18-sentyabr 2001-ci il. “Azadlıq Xiyabanı”.

 

Bir həftə davam edən xilasetmə işlərindən sonra dağıntılar altından 188 nəfər terror qurbanlarının nəşi çıxarılaraq ailələrinə təhvil verildi. Polkovnik Robert Stivensonun xanımı Liza Rayzın cansız bədəni onlara dünən təslim edilmişdi. Polkovnikin 14-yaşlı qızı Eşli anasının faciəvi ölümündən sonra psixoloji sarsıntı üzündən R. Stivenson tərəfindən xəstəxanaya yerləşdirilmişdi. Bu səbəbdən xanımının nəşini o, yaxın dostu Patriklə birlikdə qəbul etdi. Bu gün isə, dağıntılar altından çıxarılan terror qurbanlarının “Azadlıq Xiyabanı”nda hüznlü bir törənlə dəfn mərasimi keçiriləcəkdi. 188 tabut yan-yana düzülmüşdü. Prezidentin də, törənə qatılacağı ehtimal olunurdu. Konqress üzvləri, Senatorlar, Ali Məhkəmənin rəhbər işçiləri, FTB-nin yüksək çinli əməkdaşları, MKİ-nin məsul şəxsləri, Pentaqonun yüksək çinli Generalları, bir sözlə, Dövlətin üst qurumları bu, sabah “Azadlıq Xiyabanı”na toplaşmışdı. Havadan və qurudan ən üst səviyyədə təhlükəsizlik tədbirləri qurulmuşdu...

Polkovnik   Stivenson dostu Patrik və yaşlı,diabetdən əziyyət çəkən xəstə qaynanası Marlen xanımla birlikdə digər terror qurbanlarının ailə üzvləri ilə eyni cərgədə dayanmışdılar. Gözlər yaşlı, könüllər paramparça idi. Bu, böyük izdihamın içərisində acı bir səssizlik hökm sürürdü. Hamınını nəzərləri sıra ilə düzülən, biri digərindən fərqlənməyən qara tabutlara dikilmişdi. Səma aydın,hava günəşli olsa da, Nyu-Yorkun üzərində mənəvi qaranlıq, insanların çöhrələrində şimal soyuğu kimi buz bir ifadə vardı. Yerli vaxtla 11-00 da matəm törəni başlamalı idi. Çox keçmədən məlum oldu ki, Prezident artıq Nyu-Yorkdadır və o da, öz xanımı ilə tədbirə qatılacaq. 10-50-də Prezident şəxsi mühafizə xidməti əməldaşlarının müşayəti altında “Azadlıq Xiyabanı”na daxil oldu. Birbaşa terror qurbanlarının ailə üzvləri toplaşdığı əraziyə gələn Prezident ümumi salamlaşmadan sonra Xiyabanda qurulan tribuna önünə yaxınlaşdı və matəm törəninə başladı: “Dəyərli Vətəndaşlarımız! Bu gün, Birləşmiş Ştatlar tarixinin ən sınaqlı bir dönəmini yaşamaqdadır. Acılarımız böyük, itgilərimiz can yandırıcıdır. Mən, bu gün, burada,sizlərin qarşısında söz verirəm ki, günahsız terror qurbanlarımızın qanları yerdə qalmayacaq və bu, iyrənc planı gerçəkləşdirən terror təşkilatı və onların havadarları layiqli cəzalarını alacaqdır. Tanrıdan terror qurbanlarına rəhmət,ailələrinə səbr diləyirəm”…


... dəfə oxunub
Qiymət: 7/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0338 saniye