İstanbul. 20-sentyabr 2001-ci il. İstanbul MİT Bölgə Başkanlığı.
İstanbul MİT Bölgə Başkanı Toğrul Çağlarla MİT Müstəşar yardımçısı Əhməd Ünsalın telefon danışığı uzun çəkmədi. Söhbətin əsas məğzi yeni plan və bu plana daxil edilən gənc istihbaratçılarla bağlı idi.
-Toğrul bəy, Həsən haqqında nə düşünürsən?
-Əminəm ki, işlərin öhdəsindən layiqincə gələcək və ona göstərdiyimiz etimadı doğruldacaq. Gənc olmasına rəğmən bu, qısa zaman kəsimində yetərincə təcrübə toplamışdır.
-Ümid edirəm, hər şey dediyin kimi olar. Bilirsən ki, onu bu heyətin tərkibinə daxil etməyimizdə sənin də,zəmanətin var. Yola salmadan öncə yanına çağır və bir daha vəziyyəti ətraflı izah et.
- Baş üstə.
-Həsən Səfi üçün göndərilən sənədləri aldınızmı?
- Bəli, dünən əlimizə yetişdi.
-Çox gözəl. O zaman Allah yardıçınız olsun.
-Təşəkkür edirəm.
Ankaradan dünən sabah saatlarında göndərilən ağzı surqutlu paket xüsusi olaraq Həsən Səfi üçün göndərilmişdi. Bu, paketi ondan qeyri kimsə aça bilməzdi. Hətta Bölgə Başkanının belə buna səlahiyyəti çatmırdı. Onun vəzifəsi ağzı qapalı zərfi olduğu şəkildə qəbul edib, elə həmin vəziyyətdə də, sahibinə təqdim etmək idi.
Telefon söhbətindən sonra Toğrul bəy köməkçisinə Həsən Səfini yanına çağırmaq barədə göstəriş verdı. Beş dəqiqə sonra gənc istihbaratçı son tapşırıqları və təlimatları almaq üçün Başkanın kabinetinə daxil oldu.
-Gəl Həsən, gəl, yaxınımda əyləş- deyə, Toğrul bəy,ona əlinin işarəsi ilə, masaya yaxın oturmağı işarə etdi.
Həsən Səfi göstərilən yerdə əyləşdi. Sakitcə, heç nə demədən Toğrul bəyin söhbətə başlayacağını gözlədi.Başkan masanın üstündəki paketi ona uzadıb sözünə davam etdi:
-Sənə aid olan bütün zəruri sənədlər bunun içərisindədir. Qaranlıq bir məsələ olsa çəkinmədən yanıma gələ bilərsən. Təyinat yerinə çatdığın zaman birbaşa Yunis bəylə iltibasa keçəcəksən. Evlə bağlı heç bir sıxıntın olmasın. Diqqət və qayğımız hər zaman üzərlərində olacaqdır. Yetər ki,sən işlərə tam gücünlə hakim ol. Yeni planla bağlı bizlərə məlum olan yalnız gələcək şefinizin adı və rütbəsidir. Bundan sonra,sən və bu plana daxil edilən digər istihbarat əməkdaşları Polkovnik Robert Stivensonun başçılığı altında işlərinizi davam etdirəcəksiniz. Bu,şəxs haqqında bildiyim yeganə məlumat, 9-gün əvvəl onun xanımının da, üzücü terror nəticəsində həyatını itirməsidir. Belə bir kritik vəziyyətdə bu, planın təxirə salınmaz bir missiya olması yəqin ki, işin necə əhəmiyyətli olmasını bariz sürətdə ortaya qoyur. Zənnimcə, dünyanın yeni təhlükəsizlik planını hazırlayan dövlətlər ona görə bu,missiyanı təxirə salmadılar ki, bəşəriyyət daha bir 11-sentyabr fəlakəti ilə üzləşməsin. Nə bilim, hər halda bu,mənim fərdi yanaşmamdır. Sən necə düşünürsən?
-Fikirlərinizdə kifayət qədər reallıq var. Mənə görə,bu gün itirilən zaman yalnız dünyanın təhlükəsizliyi baxımından əleyhimizə işləyə bilər. Bu üzdən verilən qərar doğrudur.
-Nə isə, səni çox yubatmayım, yəqin ki, başqa işlərin də var, get yol hazırlıqlarına başla.
Toğrul bəy sözünü bitirib ayağa qalxdı. Masa başından ayrılıb Həsənə yaxınlaşdı. Gənc istihbaratçı Başkanına hörmət və ehtiram əlaməti olaraq onun uzatdığı əlini öpüb gözləri üstünə qoydu.
-Haqqınızı halal edin,hörmətli Başkanım.
-Halal olsun,sevgili övladım-deyib,Toğrul bəy də,öz növbəsində Həsən Səfinin alnından öpüb onu kabinetin çıxışına kimi ötürdü…