Moskva. 21-sentyabr 2001-ci il. Federal Təhlükəsizlik Xidmətinin Baş Qərargahı.
Federal Təhlükəsizlik Xidmətinin Qərərgah rəisi General-leytenant Nikolay Danilov və Beynəlxalq şöbənin rəhbəri Aleksey Navalov, nəhayət ki, dünən Kremldə Prezidentlə geniş məsləhətləşmdən sonra hazırladıqları təhlükəsizlik planını təsdiq etdirməyə nail ola bildilər. Növbəti mərhələ işlərin icrasını qüsursuz həyata keçirmək idi. Bu sabah, FTX-nın Baş Qərargahında Prezident tərəfindən imzalanmış planın tərkibində kimlərin yer alacağı və icraya başlama tarixi ilə bağlı müzakirələr gedirdi. FTX Şefi başda olmaqla, müavinlər,şöbə rəisləri,əlahiddə əməliyyat qrupunun rəhbərləri müşavirə zalına toplanmışdı. General-leytenant N.Danilov vəziyyətlə bağlı ətraflı məlumat verdikdən sonra, əlahiddə əməliyyat qrupunun rəhbərlərinin bu,məsələ barədə fikirlərinin dinlənilməsini təklif etdi. FTX Şefi etirz etmədi. QM(Qızıl Meydan)-33 əlahiddə əməliyyat qrupunun rəhbəri Vitali Kramorenkonun fikirləri,xüsusilə, daha çox diqqətə alındı. Məsləhətləşmələrin yekununda qərara alındı ki, təhlükəsizlik planının formalaşdırılması və tərkibin seçilməsi QM-33 qrupunun rəhbərliyinə həvalə edilsin. Tapşırıqların başa çatdırılması üçün Polkovnik Kramorenkaya iki gün vaxt verildi. Müşavirə bitdikdən sonra, FTX Şefi, Qərargah rəisi və QM-33 qrupunun rəhbəri üçlükdə qaldılar.
-Vitali Maksimoviç, İraqa göndəriləcək ilk qrupun tərkibini birisigünə kimi hazır edin. Plana hər hansı bir əlavələriniz olsa, bundan mütləq xəbərim olsun- deyə, FTX şefi, Polkovnik Kramorenkoya son tapşırıqlarını verirdi.
-Baş üstə,cənab General!
FTX Şefi qolundakı saatına baxdı. Sonra ağır-ağır yerindən qalxdı:
-Saat 5-də Xarici İşlər Nazirliyində olmalıyam. Digər məsələləri mən olmadan, birlikdə müzakirə edin və əlavə nə olsa, birbaşa,yubatmadan məlumat verin.
-Oldu,cənab General!
FTX Şefi müşavirə otağını tərk etdikdən sonra,Qərargah rəisi Nikolay Danilov və Polkovnik Kramorenko ikilikdə mövzunu davam etdirdilər:
-Cənab General,sizcə,İraqa beş nəfərdən ibarət kiçik bir qrup hazırlasaq münasibdirmi?
-Bunlara mən deyil,artıq sən qərar verəcəksən,Vitali Maksimoviç…