Nyu-York. 22-sentyabr 2001-ci il. “Kennedi” Hava Limanı.
-“ İstanbul - Nyu-York reysi ilə hərəkət edən D 5 677 saylı təyyarə “Kennedi” Hava Limanına eniş etmişdir. Sərnişinlərin çıxışı A- terminalı üzrə həyata keçiriləcək”.
Hava Limanının məlumat bürosu xəbəri səsləndirdikdən sonra, Həsən Səfini qarşılamağa gələn MKİ-nin iki əməkdaşı A-terminalı tərəfə hərəkət etdi. Sabah saatlarından MKİ-nin 30-əməkdaşı Hava Limanına təhkim edilmişdi. Bu gün,yeni təhlükəsizlik planı üçün seçilmiş müttəfiq ölkələrdən olan bütün istihbarat əməkdaşları təyinat yerlərində olmalı idi...
Çıxış qapıları açıldı. Çox keçmədən, çiynində asma idman çantası,əynində qara gödəkçə,gözündə günəş gözlüyü ilə,İstanbuldan gələn gənc istihbaratçı qapıda göründü. Belə sadə qiyafədə olması, onu,istihbaratçıdan daha çox turistə bənzədirdi. Çıxışda daha bir yoxlama aparılacaqdı. Bu,artıq üçüncü yoxlama idi. Heç kəs şikayətlənmirdi bu,mütamadi yoxlamalardan. Məlum 11-sentyabr terror hadisəsindən sonra, Amerikanın bütün strateji obyektlərinə nəzarət birə-beş artırılmışdı. Hava Limanının təhlükəsizlik xidmətindən əlavə, yerli şəhər polisi və hərbi patrullar da, təhlükəsizlik işlərinə cəlb edilmişdilər...
-Cənab Həsən Səfi?
-Bəli.
-Xoş gəlmisiniz, mən,leytenant Uliyam Skott, bu da, məsləkdaşım Edvard Oldricdir.
-Çox məmnun oldum.
MKİ –nin əməkdaşları ilə tanışlıqdan sonra, gənc istihbaratçılar Hava Limanını birlikdə tərk etdilər. Bayırda MKİ-yə məxsus maşın hazır vəziyyətdə idi. Sürücü onları görən kimi, tez-tələsik arxa qapını açdı. Sonra, Həsən Səfinin çiyninə asdığı yol çantasını alıb baqaja yerləşdirdi. Oldric sürücünün yanına, Həsən Səfi isə, Uliyam Skottla arxaya əyləşdilər. Maşın, şəhərin qərb istiqamətində yerləşən C.Adams küçəsinə doğru hərəkət edirdi.Heydər Səfinin yaşayacağı mənzil həmin ərazidən seçilmişdi.
-İstanbulda işləriniz necə gedir, cənab Səfi? – Uliyam Skott maşındakı sükunəti pozub türk həmkarına sual etdi.
-Dövlət işləri ara verməz,fasilə etməz. İşlərimiz əvvəlki axarından daha sürətlə davam etməkdədir. Amerikanın başına gələn 11-sentyabr müsibəti,sizlər qədər bizi də,çox sarsıtdı. Terrorun necə bir vəhşət olduğunu biz yaxşı bilirik. Bu,insanlığa sığmayan terror adlı dəhşətin acılarını çəkən minlərlə günahsızları heç nə təsəlli etməz. Terrorun nə dini,nə irqi, nə də ki,dili var. Yaradan yaratdıqlarını bir-birini yaşatmaq üçün xəlq etdi,məhv etmək üçün deyil.
Həsən Səfinin qısa,eyni zamanda mənalı və məntiqli fikirləri amerikalı məsləkdaşlarını heyran etdi.
-Cənab Səfi, fikir və düşüncələriniz bizi çox məmnun etdi. Sözlərinizdən belə qənaətə gəlmək olar ki,yetərli bir siyasi təcrübəyə sahib birisiniz. İngilscə danışığınız da,tərəddüt etmədən deyərdim ki,çox mükəmməldir.
-Cənab Skott, xoş və səmimi sözlərinizə görə minnətdaram.Əminəm ki, birgə fəaliyyətimiz boyunca, bizə verilən görəvlərin öhdəsindən mücadilə edərək layiqincə gələcəyik. İndi,bu,həyacan və qorxu ilə çalxalanan dünyamızın daha çox sakitliyə və əmin-amanlığa ehtiyacı var.
-Doğrudur,sizinlə tamamilə razıyam...
Mənzil başına yetişdikləri üçün söhbətlərinə ara verməli oldular. Sürücü cəld sukan arxasından düşüb Həsən Səfinin əyləşdiyi tərəfdən qapını açdı. Sürücünün sifətindəki xoş ifadə onun diqqətindən yayınmadı. Görünür, yol boyu söylədikləri sürücünün də diqqətindən kənar qalmamışdı. Hava Limanında ciddi görkəmlə,bir az da sərt şəkildə onun çantasını alıb baqaja yerləşdirən bu,şimal təbiətli,soyuq adamın sifətinə qəflətən ilıq cənub təbəssümü qonmuşdu.
-Cənab Səfi,buyurun-deyə,sürücü ona yol göstərdi.
Skott və Oldricdə maşından endilər. Birlikdə, Həsən Səfini qalacağı mənzilə kimi müşayət etdilər. C.Adams küçəsi səssizliyi və səhmanı ilə göz oxşayırdı. Qarşı tərəfdə yaşıllıqla zəngin uzun bir park vardı. Sıra ilə inşa edilmiş iki və üç mərtəbəli şəxsi həyət evlərinin pəncərələri birbaşa parka açılırdı. Mənzərəli və rahat bir yer idi. Oldric bir az öndə gedib cəld qapının zəngini çaldı. Çox keçmədən qapını orta yaşlı, qulluqçu qiyafəsində olan bir qadın açdı.
-Cənab Səfi,öndən buyurun –deyə,Skott Həsən Səfiyə əli ilə içəri keçməyi işarə etdi.
Sürücü, Həsən Səfinin yol çantasını qulluqçu qadına verdikdən sonra, geri, maşına doğru qayıtdı.
-Cənab Səfi, tanış olun, bu,Monika Lindordur , o,sizə ev işlərinizdə xidmət göstərəcəkdir.
-Çox məmnun oldum-deyə,Həsən Səfi tanışlıq üçün əlini ona tərəf uzadıb görüşdü.
-Cənab Səfi, əlavə nə olsa,çəkinmədən Monika xanıma deyə bilərsiniz. Bu gün,yol yorğunluğunuzu aradan qaldırmaq üçün istirahət edəcəksiniz. Sabah 9-00-da arxanızca maşın gələcək. Başqa bir sualınız varmı?
-Xeyr,hər şey aydındır.
-Çox gözəl, o zaman,sabah Qərargahda görüşənədək.
-Sabahadək.
Monika Lindor, MKİ əməkdaşlarını qapıyadək müşayət etdi. Skott və Oldric mənzildən çıxıb tələsik maşına əyləşib getdilər. Xidmətçi xanım mənzilin qapısını bağladı və yeni ev sahibinə nahar hazırlamaq üçün birbaşa mətbəxə keçdi. Həsən Səfi isə, müvəqqəti sahibi olacağı mənzili dolaşmağa başladı...