Vaşaq
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 22:39 27 mart 2015 tarixində əlavə olunmuşdur

Moskva. 23-sentyabr 2001-ci il. Federal Təhlükəsizlik Xidmətinin Baş Qərargahı.

 

QM(Qızıl Meydan)-33 əlahiddə əməliyyat qrupunun rəhbəri Vitali Kramorenko İraqa göndəriləcək qrup üzvlərinin tam siyahısını və fəaliyyət planını hazır vəziyyətdə Qərargah rəisi Nikolay Danilova təqdim etdi.General sənədləri diqqətlə gözdən keçirdi. Çox yüksək səviyyədə hazırlanmışdı.Bu işi,Polkovnik Kramorenkoya həvalə etdikləri üçün yanılmadıqlarından bir daha əmin oldu.Sənədləri masasının üzərinə qoyduqdan sonra üzünü qrup rəhbərinə çevirib aramla söhbətə başladı:

-Vitali Maksimoviç,bu sabah Xarici İşlər Nazirliyindən Pavel Yefremoviç mənə zəng etdi. İraqa göndəriləcək heyətlə bağlı Bağdad Səfirliyimiz tam məlumatlandırılıb.

-Çox gözəl.

-Bizimkilər nə zaman hərəkət edəcək?

-Birisigün.

-O zaman,əməkdaşlarımızın nə zaman təyinat yerinə çatacaqları  barədə dəqiqləşdirdiyiniz  tarix,gün və saat  barədə  Pavel Yefremoviçə məlumat verin ki, Bağdad Səfirliyimiz yubanmadan hərəkətə keçsin.

-Baş üstə.

Nikolay Danilov oturduğu yerdən ağır-ağır ayağa qalxdı. Kabinetin sol tərəfindəki dəmir seyfi açarla açdı.İçərisindən iki ədəd nazik qovluğu aldıqdan sonra yenidən seyfi bağladı. Qovluqları polkovnikə uzadıb almasını işarələdi.

-Əfqanıstanla bağlı hazırlanan yeni strateji plandır. Kreml və Ağ ev arasında razılaşmadan sonra, ikinci şöbə tərəfindən işlənib bizə göndərilib. Diqqətlə gözdən keçir, çəkinmədən əlavə və düzəlişlər edə bilərsən. Rəhbərliklə qısa məsləhətləşmələrdən sonra qərar aldıq ki,bu işi də,sizə həvalə edək.

-Etimadınıza görə minnətdaram.

-Əminik ki,öhdəsindən layiqincə gələcəksiz.

-Cənab General,üzr istəyirəm,bəzi suallarım olacaq,izniniz olursa?

-Buyur,təbii ki,eşidirəm.

-Əfqanıstanla bağlı son vəziyyət nə yerdədir?

-Çox güman ki,Birləşmiş Ştatlar tərəfindən planlaşdırılan əməliyyatlar gözlədiyimizdən daha tez başlayacaq. Strateji planla yaxından tanış olduqda,siz də,mənimlə eyni qənaətə gələcəksiz. Bu üzdən,Əfqanıstanla bağlı hazırlanacaq hədəf planını bir həftə ərzində yekunlaşdırmanızı tələb edirəm.

-Baş üstə!

-Başqa?

-Bir də,leytenant Şota Maharadzenin işi ilə bağlı yekun qərarınızı bilmək istərdim?

-Açığı,İraqa göndərəcəyin heyətə salınmaması yalnız mənim qərarım deyildi. Bilirəm,məlumatım var ki, dəfələrlə xarici kəşfiyyat qruplarında iştirakı ilə bağlı,sizə rəsmi şəkildə müraciət edib.

-İcazəniz olarsa, o və diqqətimdə olan daha bir-neçə gənc kəşfiyyatçımızı Əfqanıstana göndəriləcək heyətə daxil edərdim?

-Vitali Maksimoviç, fəaliyyət planını hazır edin və güvəndiyiniz gəncləri heyətə daxil edin. Şotaya gəlincə,onunla bağlı qərarımı şeflə görüşdükdən sonra sizə elan edəcəm.

-Aydındır, o zaman, başqa bir tapşırığınız yoxdursa, mən gedə bilərəmmi?

-Əlbəttə,azadsınız,işlərinizdə uğurlar.

-Təşəkkür edirəm-deyib,Polkovnik ayağa qalxdı. Qərərgah rəisi ilə rəsmi qaydada sağollaşıb kabineti tərk etdi…

 

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+10=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0196 saniye