Nyu-York. 23-sentyabr 2001-ci il. Mərkəzi Kəşfiyyat İdarəsinin 5-saylı məxfi Qərargahı.
Mərkəzi Kəşfiyyat İdarəsinin Direktoru Uolter Vilson 11-sentyabr terror hadisələrindən sonra,MKİ-nin gücləndirilmiş iş rejiminə keçməsiylə bağlı xüsusi sərəncam imzalamışdı.Məhz bu səbəblə,5-saylı məxfi Qərargah tərəfindən hazırlanan bütün planlar önə çəkilmişdi.Qərargahın fəaliyyəti ilə bağlı son məlumatlar,Polkovnik Robert Stivenson tərəfindən hər gün, şəxsən MKİ-nin direktoruna məruzə edilirdi.Yeni təhlükəsizlik planına qatılacaq müttəfiq ölkələrin kəşfiyyatçıları ilə yaxından təmasda olmaq və bəzi tapşırıqlar vermək üçün,Uolter Vilson səhər saatlarında MKİ-nin 5-saylı məxfi Qərargahına təşrif etmişdi. Beynəlxalq şöbənın əməkdaşı Kapitan Corc Donavan,MKİ-nin Direktoru cənab U.Vilsona təhlükəsizlik planına cəlb edilən məxfi xidmət orqanlarının 22 məfər təcrübəli əməkdaşları barədə ətraflı məlumat verdi.Qərargahın toplantı zalında baş tutan görüşdə qarşılıqlı fikir mübadilələri ararıldı,tövsiyyə və tapşırıqlar dinlənildi.Dörd saata yaxın davam edən görüşün sonunda, MKİ-nin Direktoru yeni təhlükəsizlik planında görəv alan,müttəfiq ölkələrdən gəlmiş məxfi xidmət orqanları əməkdaşlarının qarşısında yekun nitqini söyləmək üçün toplantı zalındakı tribunanın qarşısına keçdi.
-Dəyərli məsləkdaşlar,necə bir ağır dönəmdən keçdiyimizin fərqində olduğunuzdan əminəm.On iki gün əvvəl,Amerika Birləşmiş Ştatlarının yaşadığı kabus,yalnız bizim ölkə üçün deyil,bütün bəşəriyyət üçün bir fəlakət oldu.Yaralarımız təzə olsa da,oturub nə zaman qaysaqlanacağını gözləməyə niyyətli deyilik.Biz,bu yaralara sizinlə birlikdə məlhəm qoyacağıq.Qanlı 11-sentyabr terror hadisələri bir daha göstərdi ki,bəşəriyyətin təhlükəsizliyi üçün hələ görüləsi çox işlərimiz var.Təəssüflə qeyd etmək istərdim ki,bu gün,bəzi ölkələr dövlət səviyyəsində terror və terrorçulara dəstək verməkdədir.Ancaq,qoy onlar bilsinlər ki,bu cür təhdidlər,belə vəhşiliklər heç zaman bizlərin iradəsini sındırmayacaq.Beş gün əvvəl, terror üzündən əzizini torpağa tapşıran,buna rəğmən sınmayan,dik durmağı bacaran,ömrünün yarısını bizimlə çiyin-çiyinə qanunsuzluğa qarşı mübarizəyə həsr edən Polkovnik Robert Stivensonun bu gün,burada bizlərlə birlikdə olması bir daha,bir amerikalının necə mətin və mücadilə sevərliyini ortaya qoymaqdadır.Yeni təhlükəsizlik planında iştirakınız zamanı,yeni rəhbəriniz Robert Stivensonun necə bir insan olduğuna siz də şahid olacaqsınız.
Hörmətli məsləkdaşlar,əminəm ki,üzərinizə götürdüyünüz yeni missiyanızı şərəf və ləyaqətlə başa çatdıracaqsınız.Tanrı köməyimiz olsun!
Toplantıdan sonra, MKİ-nin Direktoru Uolter Vilson təhlükəsizlik planına daxil edilən məxfi xidmət orqanlarının əməkdaşlarıyla tək-tək əl sıxıb görüşməyə başladı. Fransadan olan əməkdaşlarla ayaqüstü qısa söhbət edən cənab Vilson, sonra yanında dayanan Robert Stivenson tərəf çevrilib qulağına nə isə pıçıldadı və o da,başının işarəsi ilə deyilənləri təsdiq etdi.Almaniyalı kəşfiyyatçılarla hal-əhvalın ardından sıra Həsən Səfiyə çatdı.
-Deyəsən,aralarında olan ən gənci sizsiniz?-deyə,cənab Vilson əlini ona tərəf uzatdı.
-Bəli.
-Türklər gəncliyində daha çılğın,daha iti olurlar. Milli İstihbarat Təşkilatı, bu günədək,birgə fəaliyyətimizdə bizi yanıltmadı,yarı yolda buraxmadı.Bizim üçün,Türkiyə Cümhuriyyəti müttəfiq olaraq bir nümunədir.
-Belə xoş sözləri zatı-alinizdən dinləmək mənim üçün böyük bir şərəfdir.
-Uğurlar olsun!