Moskva. 24-sentyabr 2001-ci il. Federal Təhlükəsizlik Xidmətinin Baş Qərargahı.
İraqa göndəriləcək heyətlə bağlı son tapşırıqları vermək üçün,Qızıl Meydan-33 əlahiddə əməliyyat qrupunun rəhbəri Vitali Kramorenko müavini,mayor Anatoli Kuznetsovu kabinetinə çağırmışdı.
- Anatoli Vasilyeviç,səfər hazırlıqları nə vəziyyətdədir?
-Hər şey tapşırığınıza uyğun qaydada gedir.Sabah,heyətdə təmsil olunan əməkdaşlarımız iki mərhələ üzrə,Moskva-Bağdad reysi ilə tapşırıq yerlərinə doğru hərəkət edəcəklər.
-İraqdakı səfirliyimizlə müntəzəm şəkildə əlaqə saxlayın.Elektron məlumatların alınması və ötürülməsi GY(gizli yazışma)-üsulu ilə davam etdirilsin.Süleymaniyyə və Bəsrədəki əməkdaşlarımızla da təmasları genişləndirin.
-Aydındır Vitali Maksimoviç.
-Azadsız,işlərinizə davam edə bilərsiz.
Müavin otağı tərk etmək istərkən,Polkovnik Kramorenko arxadan ona səsləndi:
-Anatoli Vasilyeviç…
Mayor Kuznetsov cəld geri çevrilib rəsmi vəziyyət alaraq;
-Buyurun,eşidirəm sizi-deyə,cəld dilləndi.
-Leytenant Maharadzeni təcili yanıma çağırın.
-Baş üstə,bu saat cənab Polkovnik!
Çox keçmədən leytenant Şota Maharadze əlahiddə əməliyyat qrupunun rəhbəri Vitali Kramorenkonun kabinetinə daxil olub rəsmi qaydada salamlaşdı.
-Gəl,keç əyləş-deyə,o,gənc FTX əməkdaşına əlinin işarəsi ilə oturmaq üçün yer göstərdi.Polkovnik masasının üstündəki yazılı və möhürlü vərəqi, qarşısına əyləşdirdiyi gənc leytenanta göstərərək söhbətə başladı:
-Əfqanıstana ezam ediləcək əməkdaşlarımızın siyahısı,bu gün,sabah saatlarında mənə təqdim olundu. Nəhayət ki,mənim və Qərargah rəisi Nikolay Danilovun zəmanəti sayəsində sənin adını da,qrupun tərkibinə daxil etdik.
-Mənə göstərdiyiniz etimada görə,sizə və rəisimizə dərin təşəkkür edirəm.
-Bax Şota,məni diqqətlə dinlə.Səninlə özəl olaraq açıq və səmimi danışacam. Tərəfimizdən verilən qərar,nə mərhum atan,məsləkdaşımız Nodar Maharadzedən,nə də ki,digər şəxsi münasibətlərdən qaynaqlanmır. Aramıza qatılmağın uzun zaman olmasa da,biz, sənin kimi fəal əməkdaşlarımızın xidmətlərini heç zaman diqqətimizdən kənarda saxlamadıq.Sənin kimi gənclərin,mənim rəhbərliyim altında yer alması, o qədər də asan məsələ deyil.Məhz bu,sadaladıqlarımı nəzərə alaraq könlünü fərah tuta bilərsən.Bu gün,bu siyahıda yer almağının əsas səbəbi, sənin,öz peşənə bağlılığının və zəhmətkeşliyinin nəticəsidir. Əminəm ki,səninlə bağlı verdiyimiz qərar, dövlətimiz və millətimiz üçün faydalı olacaqdır.
-Cənab Polkovnik,bundan zərrə qədər şübhəniz olmasın. Vətənimizin əmin-amanlığı,xoşbəxt və təhlükəsiz gələcəyi üçün əlimdən gələni əsirgəməyəcəm.
-O zaman, sizə yeni missiyanızda uğurlar diləyirəm,cənab leytenant. Gedin,hazırlaşın,bir həftə sonra Əfqanıstana doğru hərəkət edəcəksiz…