Nyu-York. 28-sentyabr 2001-ci il.Mərkəzi Kəşfiyyat İdarəsinin 5-saylı məxfi Qərargahı.
Polkovnik Robert Stivenson daxili telefonun dəstəyini qaldırıb Corc Donavan və Həsən Səfini təcili kabinetinə çağırdı.MKİ-nin Mənzil-Qərargahından və Pentaqondan göndərilən məxfi sənədləri Donavana təqdim etdi.
-Gözlədiyimiz sənədlərdir, az əvvəl qəbul etdik.Hər şeyi diqqətlə nəzərdən keçirin.
-Baş üstə!
Kapitan Donavan sənədləri səliqə ilə qoltuğuna qoyub otağı tərk etdi.
-Cənab Səfi,siz mənimlə gəlin-deyə,Stivenson onunla birlikdə kabinetdən çıxdı.Dəhlizin sonundakı liftə minib üst qata qalxdılar.Bu mərtəbədə,Qərargahın kommunikasiya və gizli arxiv bölümü yerləşirdi. Əlahiddə vəziyyətlərdə və geniş miqyaslı əməliyyatlar zamanı bu bölmənin işləri daha çox olardı.Qərargah rəhbərliyi xaricində kimsə buraya birbaşa daxil ola bilməzdi.Polkovnik Stivenson və Həsən Səfi üzərinə 444-GP(gizli personal)yazılan qapıya yaxınlaşdılar. Qərargah rəisi cibindən çıxardığı çip kartı qapı dəstəyinin üstünə yaxınlaşdırdıqdan sonra içəri daxil oldular.Möhtəşəm bir otaq idi.İçəridə,ən son model kompüterlər,geniş ekranlı monitorlar və digər elektron avadanlıqlar vardı.Təxminən iyirmiyə yaxın əməkdaş kompüter və monitorlar önündə saga və sola baxmadan öz işlərini görürdülər.Bölmənin rəhbəri otağa daxil olan Polkovnikə yaxınlaşıb rəsmi qaydada salamlaşdı.Sonra,birlikdə ikinci sırada kompüterdə işləyən gənc əməkdaşın yanına yaxınlaşdılar.
-Hazırdırmı?
-Bəli,tapşırığınız üzrə hazırladıq cənab Polkovnik-deyə,bömə rəisi cavab verdi.
-Cənab Səfi,yaxın gəlin.
Həsən Səfi,Stivensonun çağırışı üzrə kompüterdə işləyən əməkdaşın masasına yaxınlaşdı.Bölmə rəisi hazırlanan materialların geniş monitorda açılmasını istədi.
-Cənab Polkovnik, verdiyiniz tapşırıqlar əsasında 11-sentyabr terror aktında şübhəli bilinən bəzi təşkilat və qrupların,eyni zamanda hədəfimizdə olan şəxslərin geniş dosyesini hazırladıq.Monitorda gördüyünüz, strateji obyektlərimizə həmlə etmək üçün cizilmiş xəritə və saxta üsulla hazırlanmış sənədlər 13-sentyabrda Vaşinqtonda yerləşən “Asiya məhəlləsi”ndə keçirdiyimiz əməliyyatlar zamanı Hafiz Nəsriyə məxsus mənzildən götürüldü.Təəssüf ki,onu ələ keçirmək mümkün olmadı. Nəsri terror aktından iki saat əvvəl,başqa adla ölkəni tərk edə bilmişdi. Ən son aldığımız məlumat sayəsində, şəxsin Kabildə olmasını dəqiqləşdirdik.Onunla bağlı hazırlanan xüsusi dosye zamanı bəzi diqqət çəkən məqamları ortaya çıxardıq.
Əslən pakistanlı olsa da,Nəsrinin doğum yeri, Arkanzas ştatıdır. 1993-cü ildə Kolumbiya Universitetinin hüquq fəkültəsindən məzun olub.İki il sonra,Vaşinqtondakı “Femida”hüquq məsləhətxanasında məsləhətçi qismində işə başlayıb.Elə həmin zamanlarda,ailəsi ilə birlikdə “Asiya məhəlləsi”nə yerləşib.1997-ci ildən Əfqanıstanda yaradılan “Qurtuluş”adlı terror təşkilatı ilə bağlantılar qurmağa başlayıb.11-sentyabr terror planının hazırlanmasında yaxından iştirak edib.
Damət Mümtaz- 1971-də Yəməndə doğulub.Kaliforniya Universitetinin texniki fənnlər üzrə bölməsindən məzun olub.1996-cı ildən “Qurtuluş”terror təşkilatının qeyri-rəsmi xarici təmsilçisi sifəti ilə çalışmağa başlayıb.1998-ci ildən interpolun “qırmızı xətt”i üzrə beynəlxalq axtarışdadır. Etibarlı qaynaqlardan aldığımız bilgiyə istinadən “Qurtuluş”terror təşkilatının Qəndəharda yerləşən düşərgəsində olduğu söylənilir.Texnoloji sahə üzrə yetərli təcrübəyə malikdir. Təşkilatın gizli kommunikasiya işlərində yaxından iştirak edir.
Süleyman Yəzdi- əslən Suriyalı,1974-də Hələbdə anadan olub.Dəməşqdə dini təhsil alıb.1997-ci ildən “Qurtuluş”terror təşkilatına qoşulub.Pakistanda Baş Nazirə qarşı hazırlanan terror aktında yaxından iştirak edib.1999-cu ildə yerli terrorçuların yardımı ilə İslamabaddakı mərkəzi həbsxanadan qaçırılıb.11-sentyabr terror planının hazırlanmasında yaxından iştirak edib.Onun da,hazırda Qəndəharda olması barədə məlumat əldə etmişik.
-Salman Mancur-1973 Beyrut doğumlu,ərəb əsilli həkim.Beyrut Universitetinin tibb bölümündən məzun olub.Atası Harun Mancur 1991-ci il,Körfəz savaşı zamanı dünyasını dəyişib.Onun ölümündən amerikalıları məsul tutan Salman,çox keçmədən terrorçu qruplara qoşulub.Əldə etdiyimiz bilgilər əsasında, Mancurun Nyu-Yorkdakı terror aktlarının gerçəkləşməsində iştirakı öz təsdiqini tapdı.Kabildə olduğu ehtimal edilir.
Bölmə rəisi hazırladıqları dosyeləri ətraflı izah edib məruzəsini tamamladı.
-Kapitan Stilberq,bunları bir də,qovluq formasında hazırlayın.
-Baş üstə!
-Hazırlanan qovluqları Kapitan Corc Donovana şəxsən təqdim edərsiz.
-Aydındır.
Polkovnik bölmə rəisinə son tapşırıqları verdikdən sonra,Həsən Səfi ilə birlikdə otaqdan çıxdılar.Stivenson üzünü ona tərəf çevirib dedi:
-Cənab Səfi, bu işlərlə Kapitan Donovanla müştərək məşğul olacaqsız.
-Baş üstə!
-Qaranlıq bir məsələ,diqqətdən kənarda qalan nə isə varmı?
-Xeyir,qətiyyən.
Polkovnik Stivenson Həsən Səfi ilə birlikdə Donovanın kabinetinə daxil oldular.Kapitan masa başında işlərlə məşğul idi.Qərargah rəisinin otağına daxil olmasını görən Donovan sənədləri bir kənara qoyub ayağa qalxdı.
-İşlər nə vəziyyətdədir?
-Mərkəzdən göndərilən təlimat və tapşırıqlar üzərində işləyirəm,gün sonu məruzəni hazır edib sizə təqdim edəcəm cənab Polkovnik.
-Gizli Personal tərəfindən hazırlanan dosyelər iki saat sonra sizə göndəriləcək.
-Aydındır.
-Cənab Səfi,bu sabah imzaladığım daxili sərəncama əsasən,sizə leytenant rütbəsi verilmişdir.Kapitan Donovanın bütün məsələlərdən xəbəri var. Yeni dosyelər üzərində birlikdə çalışacaqsız. Sizin üçün,Donovanın qonşuluğunda bir otaq təsis etdik.Ümidvaram ki,birgə fəaliyyətimiz çox uğurlu alınacaq.Aramıza xoş gəldiniz,leytenant Həsən Səfi-deyib,Stivenson səmimi şəkildə əlini ona sarı uzatdı…