Vaşaq
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 00:20 16 aprel 2015 tarixində əlavə olunmuşdur

Arlinqton-ABŞ. 5 oktyabr 2001-ci il.Pentaqon-ABŞ Müdafiə Nazirliyinin binası.

 Hava Hücumundan Müdafiə(HHM)üzrə komandan General Adler Bardolfun rəhbərliyi altında başlanan əlahiddə toplantı axşam saatlarına qədər davam etdi.Toplantıda ölkənin bütün hərbi və təhlükəsizlik qüvvələri üst səviyyədə təmsil olunurdu.Məxfi Qərargah rəisi Polkovnik Robert Stivenson və 444 GP(gizli personal)üzrə bölmənin rəhbəri Kapitan Mark Stilberq də,Pentaqona dəvət alanlar arasında yer almışdı.Anti-terror koalisiya qüvvələrinin Pentaqonun rəhbərliyi altında Əfqanıstana hücum planının son kontorları cızılırdı.Pentaqonun əks-kəşfiyyat bölməsi və Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən əldə edilən məlumatlar əsasında vurulacaq ilk hədəflər müəyyənləşdirilmişdi.General Bardolf yekunda alınan qərarları toplantı iştirakçılarının diqqətinə çatdırdı.

-Ağ evlə Pentaqon arasında bir həftə davam edən məsləhətləşmələrdən sonra,cənab Prezident Konqresin də razılığı ilə ayın 7-si,yəni birisigün anti-terror əməliyyatlarına başlamaq barədə qərarını açıqladı.Əminəm ki,üzərimizə düşən öhdəliklərin birlikdə öhdəsindən layiqincə gələcəyik.Təkcə ölkəmizin deyil,bəşəriyyətin terrordan əziyyət çəkməməsi üçün möhtəşəm bir dövlət olaraq nəyə qadir olduğumuzu ortaya qoymalıyıq. Birisigün başlanacaq anti-terror əməliyyatlarımız ilk olaraq hava qüvvələrimizin hücumları ilə həyata keçiriləcək. Hələlik bu,Pentaqon tərəfindən hazırlanan ilkin mərhələdir. Vəziyyətlə bağlı suallarınız varmı?-deyə,General Bardolf toplantıda iştirak edənlərə müraciət etdi.

-Cənab General,Kabildəki xarici səfirliklər və təşkilatların təxliyyə məsələləri necə olacaq?-deyə,Polkovnik Stivenson komandana sual ünvanladı.

-Cənab Polkovnik,bu işlər sizin əməkdaşlar tərəfindən həyata keçiriləcək.Yəqin ki,hazırda nə qədər səfirlik və beynəlxalq təşkilatların Əfqanıstanda qaldığı barədə əlinizdə müfəssəl məlumatlarınız var?

-Bəli.

-Çox gözəl,o zaman elə bu gecə Kabildəki əməkdaşlarınızla təmaslara keçin.Bizim əks-kəşfiyyatçılarımız da,əməliyyatların gedişi zamanı sizin sərəncamınız altında fəaliyyət göstərəcəklər. Verdiyimiz qərarla bağlı onları məlumatlandırmışıq.

Toplantı bitdikdən sonra Polkovnik Stivenson və Kapitan Stilberq Pentaqon binasını tərk edib MKİ-nin Direktoru Uolter Vilsonla son məsləhətləşmələr üçün İdarənin Lenqlidə yerləşən Mənzil-Qərargahına doğru hərəkət etdilər…


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+8=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0396 saniye