Kabil-Əfqanıstan.6 oktyabr 2001-ci il.
Pentaqon tərəfindən Kabilə göndərilmiş hərbi əks-kəşfiyyat bölümünün əməkdaşları komandanlıq tərəfindən aldıqlara əmrə uyğun olaraq MKİ-nin Cümşüdlü məhəlləsindəki gizli Qərargahına toplanmışdılar.Məxfi Qərargah rəisi Polkovnik Robert Stivensonun üç gün əvvəl verdiyi əmrlə leytenant Uliyam Skott Kapitan rütbəsi alaraq Kabildəki işlərin başına keçmişdi. Polkovnik Stivenson,təcrübəli və nümunəvi kəşfiyyatçı Uliyam Skottun xahişini nəzərə alaraq Leytenant Edvard Oldrici Kabil missiyasında ona köməkçi təyin etmiş,eyni zamanda,yeni təhlükəsizlik planı “Vaşaq”ın tərkibinə daxil olan beş nəfər əməkdaşı da,əlavə olaraq onun ixtiyarına vermişdi.Kapitan Skottun rəhbərliyi altında Kabil missiyası fasiləsiz olaraq çalışmalara davam edirdi.MİT Müstəşarlığı tərəfindən yeni təhlükəsizlik planının dəstək qrupuna salınan İlyas Akın və Çərkəz İnal “Qurtuluş” terror təşkilatına qarşı mübarizə aparan yerli milli müqavimət hərəkatlarının başçıları ilə təmaslar qurulması və onların dəstəyinin alınması üçün işlər görürdü.Pentaqona ötürülən vacib hədəflərin əldə edilməsində türk istihbaratçılarının xüsusi əməyi vardı.
Kabil missiyası sabah saatlarında MKİ-nin 444-GP(Gizli personal)üzrə bölməsi tərəfindən ötürülən operativ informasiyalar və məxfi tapşırıqlar əsasında təxliyyə və strateji yer dəyişmə işlərinə başlamışdılar. Paytaxtda az sayda qalan xarici Səfirliklər və bəzi Beynəlxalq təşkilatlar sabah başlanacaq anti-terror əməliyyatları barədə ətraflı məlumatlandırılmışdı. Terrorçulara qarşı yerli müqavimət dəstələri tərəfindən yeni yaradılan “Vətən Müdafiəsi”adlı birlik və “Qurtuluş” terror təşkilatının ortaq razılaşmasına uyğun olaraq,Kabil Hava Limanı paytaxtda olan xarici Səfirlik və təşkilat nümayəndələrinin ölkələrinə dönüşlərini təhlükəsiz qaydada təmin edəcəkdi.Hər iki tərəf vəziyyətə nəzarət etmək üçün hava limanına kiçik bir tağım təyin etmişdi.Kapitan Uliyam Skottun göstərişi ilə Qərargahdan beş nəfər əməkdaş da ərazidə müşahidələr aparırdı.Bəzi ölkələr öz vətəndaşlarını təxliyyə etmək üçün Kabilə xüsusi təyyarələr göndərmişdilər.
Leytenant Edvard Oldric hava limanının ikinci giriş qapısında mövqe tutan “Vətən Müdafiəsi”birliyinin tağım komandirinə yaxınlaşdı.Orta yaşlı,uca boylu və seyrək saqqallı,milli əfqan qiyafəsində olan komandir Oldrici qiyabi tanıyırdı.Ötən gecə tabor komandiri ilə Cümşüdlü məhəlləsindəki gizli Qərargahda qarşılaşmışdılar.Tağım komandiri ingiliscə orta səviyyədə danışmğı bacardığı üçün Oldric vəziyyətlə bağlı məlumat almaqda çox da sıxıntıya düşmədi.Birlik komandanlığı tağımlara komandirlər təyin edərkən az-çox ingiliscə bilik səviyyəsi olanlara daha çox üstünlük vermişdi ki,kritik durumlarda müttəfiqlərlə anlaşmada problemlər yaşanmasın.
-Vəziyyət necədir?-deyə,Oldric komandirə sual etdi.
-Hələ ki,hər şey istədiyimiz üzrə davam edir.Səhər saatlarından indiyədək üç üçuş olub,üç yüzdən artıq adam yola salınıb.
-Gözləmə zalında olanlar kimlərdi?
-Rusiya Səfirliyinin və Almaniyadan olan bir səhiyyə təşkilatının əməkdaşlarıdır.
Oldric komandirlə birlikdə içəri daxil oldu.Gözləmə zalında xeyli adam var idi.Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən Kabil missiyasına rəhbərlik edən Mayor Stepan Uvarov Səfir Pavel Qalkinlə mühüm məsələlər barədə ayaqüstü məsləhətləşmələr edirdi.Oldric FTX-nın Kabilə ezam etdiyi heyətdən xəbərdar idi. Missiya rəhbəri Mayor Uvarov haqqında qismən məlumat almışdı.Oldric komandirə Səfirlə tək görüşmək istədiyini bildirib onlara tərəf yaxınlaşdı.Bir-birlərini qiyabi tanıyan tərəflər rəsmi qaydada salamlaşdılar.
-Cənab Səfir,hər şey qaydasındadırmı?
-Bəli,bir azdan əməkdaşlarımızın qeydiyyat işləri başlanacaq.
-Başqa bir yardıma ehtiyacınız varmı?
-Xeyr,təşəkkür edirəm,hələ ki,heç bir sıxıntı yoxdur.Mayor Uvarovun rəhbərliyi altında əməkdaşlarımızın təxliyyə işləri uğurla aparıldı.Güman edirəm ki,bundan sonra da bir sıxıntı çəkmərik.
-Tanrı yardımçınız olsun.
-Amin!
-Cənab Mayor,yəqin ki,axşama təyin etdiyimiz toplantı barədə məlumat almısız?-deyə,bu dəfə Oldric üzünü Uvarova tutub növbəti məsələyə keçdi.
-Bəli,məlumatım var…
Şotanın tələsik onlara yaxınlaşması söhbəti yarımçıq qoydu.
-Cənab Mayor,təyyarəmiz hava meydançasına endi.Bir azdan qeydiyyat başlanacaq.
-Çox gözəl.Hə,tanış olun cənab Oldric,bu bizim gənc əməkdaşlarımızdan olan Leytenant Şota Maharadzedir-deyə,Uvarov fəxrlə öz əməkdaşını Oldricə təqdim etdi.
-Çox şadam, mən isə Mərkəzi Kəşfiyyat İdarəsinin Əfqanıstan missiyası üzrə əməkdaşı Edvard Oldric-deyə,o da özünü qarşı tərəfə təqdim etdi.
Axşama doğru bütün Səfirlik və xarici təşkilat nümayəndələrinin təxliyyə işləri başa çatdırıldı. “Qurtuluş”terror təşkilatı Kabil Hava Limanında uçuşların başa çatmasının ardından,bu strateji obyektdə əvvəlki yerlərini alıb sabah başlanacaq hücumlardan müdafiə üçün hazırlıqlara başladılar.