Adana-Türkiyə.6 oktyabr 2001-ci il. İncirlik Hərbi Hava Bazası.
Əfqanıstanda başlanacaq anti-terror əməliyyatlarının hərbi hava qüvvələrinə Pentaqon tərəfindən komandan təyin edilən Polkovnik Entoni Kostner bir həftə əvvəl İncirlikdəki bazaya gəlmişdi.Əməliyyatlara ən üst səviyyədə olan peşəkar pilotlar cəlb edilmişdi.Sübh çağı havaya qalxacaq qırıcıların komandirləri rəhbərlik tərəfindən veriləcək ilkin tapşırıqları almaq üçün komandanlıq binasına toplanmışdı. Polkovnik Kostner vaxt itirmədən birbaşa mətləbə keçib sözə başladı:
- Cənab pilotlar, əvvəla, sabah başlanacaq anti-terror əməliyyatlarında sizə uğurlar diləyirəm. Əminəm ki, qısa zamanda Əfqanıstan missiyamız müvəffəqiyətlə başa çatacaqdır.Texniki bölük tərəfindən şəxsimə edilən məruzəyə əsasən,bu sahədə heç bir problemimiz yoxdur. Terrorçuların məsgunlaşdığı hədəflərə gəlincə,bu işlərdə bir xeyli sıxıntı yaşasaq da,Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının və hərbi əks-kəşfiyyat qruplarımızın gərgin əməyi nəticəsində, ən son bilgiləri əldə edə bildik. Terrorçuların mütamadi olaraq strateji yerdəyişmələri də,hələlik nəzarətimiz altındadır. İki saat əvvəl,Pentaqon tərəfindən aldığımız əmrə uyğun olaraq ilk hədəflərimiz Qəndahar olacaq.Səhra əməliyyatlarında “Vətən Müdafiəsi” birliyi qurudan bizə dəstək verəcək.Yəqin ki,nə qədər ağır bir məsuliyyət aldığımızın fərqindəsiniz.Hədəflərin təyin edildiyi və vurulduğu zaman son dərəcə diqqətli olmalıyıq ki,bundan yerli dinc əhali zərrə qədər zərər görməsinlər.Hələ ki,birinci mərhələdə əməliyyatlarımız havadan davam edəcək.Yerüstü komandoların əməliyyatlara qoşulması ikinci mərhələdə başlanacaq.Onların döyüş bölgələrinə çatdırılması desant daşıyıcı təyyarələrimiz vasitəsilə gerçəkləşdiriləcəkdir.Hələlik komandanlığın tapşırıq və məlumatları bunlardan ibarətdir.Tanrı yardımçınız olsun,cənab pilotlar!