Vaşinqton.11 oktyabr 2001-ci il. “Asiya məhəlləsi”.
“Asiya məhəlləsi”nin yeni sakini üçün 66-nömrəli ev kirayələnmişdi.Bu,İraqın Bəsrə şəhərindən 1999-cu idə Amerikaya miqrant kimi köç etmiş,milliyyətcə ərəb olan 23 yaşlı Zeyqam Bəsri idi.Leytenant Həsən Səfiyə Vaşinqton missiyası üçün hazırlanmış yeni kimlik onu,bu sifətlə təqdim edirdi.O,bu məhəllədəki missiyasını uğurla aparmaq üçün qısa zamanda yeni şəraitə uyğunlaşmalı,bu yerin sıradan bir miqrant fərdi kimi diqqətləri üzərinə çəkməməklə tapşırıqları maneəsiz tamamlamalıydı.Əsasən İran,İraq və Misirdən olan miqrantların çoxluq təşkil etdiyi “Asiya məhəlləsi”ndə iki min civarında ailə yaşayırdı.60-il əvvəl Misirdən köç edən ərəblər tərəfindən təməli qoyulmuş məhəllə şəhər mərkəzindən 8-9 km cənubda,Linkoln adına xiyabanın yaxınlığında yerləşirdi.Buradakıların əsas məşğuliyyəti ticarət,nəqliyyat xidməti və tikinti sektorundan ibarət idi.Məhəllə sakinlərinin çox hissəsi dolanışıqlarını məşhur “Şərq bazarı”ndan təmin edirdi.Bazara paytaxtın müxtəlif yerlərindən axın-axın insanlar gəlirdi.Bol çeşidli məhsullarla zəngin olan “Şərq bazarı”nda nə istəsən tapmaq olardı.Şərqlilərin bineyi-qədimnən ticarət sahəsindəki qabiliyyəti burada da özünü biruzə verirdi.Təəssüf ki,11 sentyabr hadisələri,bu bazardan da yan keçmədi. “Asiya məhəlləsi”ndə həyata keçirilən əməliyyatlar,ard-arda başlanan təftişlər üzündən bazar 15 gün bağlı qaldı.Paytaxt meriyasının razılığından sonra “Şərq bazarı” fəaliyyətini bərpa etsə də,əvvəlki alıcı izdihamından məhrum oldu.11-sentyabr hadisələrindən sonra,bu məhəllənin üstünə qara buludlar çökməyə başladı.Bir zamanlar yüksək əhval-ruhiyyədə bazara üz tutan,buradakı xidmətdən məmnun qalan paytaxt sakinləri,indi,bu məhəllənin yaxınlığından ehtiyatla keçməyə başlamışdılar.Bəşəriyyət üçün demokratiya nümunəsi olan,tolerant bir ölkə kimi tanınan Amerika Birləşmiş Ştatları 11-sentyabr terror aktlarının ardından çox dəyişmişdi.Bir qrup terrorçunun din pərdəsi altında törətdiyi cinayətə görə,bütöv bir toplumun təzyiq və təhdidlərə məruz qalması,bu ölkənin dəyərləri ilə heç uzlaşmırdı.
“Asiya məhəlləsi”nə gəldiyi ilk gündən bəri,bu cür təhlilər aparan Həsən Səfi,bu nəhəng ölkədə qütbləşmənin baş qaldırmasından,din ayrılıqlarının açıq müstəviyə keçməsindən çox əndişə edirdi.Artıq iki gün idi ki,Linkoln xiyabanının qurtaracağında yerləşən,İraqlı miqrantlara məxsus taksi durağında işə başlayan Həsən,paytaxtdakı ictimai mühitə yaxından vaqif olmuşdu.Onunla birlikdə,bu sitemdə 18 nəfər taksi sürücüsü iki növbəli xidmət göstərirdi. Aralarında elələri vardı ki,15 ilə yaxın burada çalışırdı. Təəssüf ki,bu taksi durağıda,“Şərq bazarı” kimi 11-sentyabrdan sonra özünü toparlaya bilmirdi.Paytaxt sakinləri qarabəniz,üzü tüklü,tipik şərqli sifətli sürücülərin idarə etdiyi taksilərə minməyə ehtiyat edirdilər.Hər şey çox dəyişmişdi, həm də,lap çox.Vəziyyəti nəzərə alan bəzi sürücülər şəraitə uyğun hərəkət etmək məcburiyyətində qalaraq zahiri görünüşlərinə belə dəyişiklik etmişdi.Həsən Səfinin işi digərlərinə baxanda çox da çətin deyildi.Onun zahiri görünüşü və üst səviyyədə olan nitq qabiliyyəti müştəri qazanmaq sarıdan onu bir o qədər sıxıntıya salmırdı. Mümkün olduğu qədər paytaxt müştəriləri ilə qısa da olsa təmas qurmağa çalışan Bəsrəli taksi sürücüsü Zeyqam mövcud vəziyyəti özlüyündə təhlil etməyə çalışırdı.Əfsuslar olsun ki,yerli sakinlər tərəfindən eşitdikləri onu razı salmırdı.Təbii ki,belə bir böyük faciənin ardından toparlanmaq,o qədər də asan məsələ deyildi.Ancaq,bu fəlakət üzündən günahsızların iztirab çəkməsi də heç bir çərçivəyə sığmırdı.
Bu gecə,Həsən Səfi üçüncü gün idi ki,Zeyqam Bəsri kimliyi ilə işə çıxmışdı.Səhər 10-00 dan axşam 22-00 kimi sükan arxasında Vaşinqton küçələrində fasiləsiz çalışmaq heç də asan iş sayılmazdı.Zatən,təhlükəsizlik orqanlarının əməkdaşları üçün asan deyilən bir iş yox idi.Bəzən sürücü, bəzən mühəndis,bəzən müəllim,bəzən də kriminal bir sifətlə meydana çıxmaq lazım gəlirdi.Bütün bunlar yalnız cəmiyyətin təhlükəsizliyinə, ölkələrin əmin-amanlığına hesablanmış məsələləri özündə ehtiva edirdi.
Son müştərini mənzil başına çatdırdıqdan sonra,taksi sürücüsü Zeyqam Bəsri durağa doğru hərəkət etdi.Artıq maşını gecə növbəsinə təhvil vermək zamanı çatmışdı. O,yenicə başladığı işinə o qədər məsuliyyətli yanaşmışdı ki,cəmi üç gün ərzində taksi durağındakı sürücəlirin və şefin hörmətini vaxtından əvvəl qazanmağı bacara bilmişdi.Onun qüsursuz olan ərəbcə danışıq qabiliyyəti,nöqsansız sürücülük bacarığı və yaratdığı Bəsrəli tipi kimsədə zərrə qədər şübhə yeri oyatmadı.Leytenant Səfi, onun üçün yaradılan Zeyqam Bəsri obrazının haqqını ustalıqla verirdi.
Bu axşam da,əvvəlki günlərdəki kimi maşını durağa zamanında çatdırdı.Sükan arxasından enib açarları növbə yoldaşı Camala tərəf uzadıb mülayim tərzdə dilləndi:
-Buyur qardaşım,Allah işlərini bərəkətli etsin.
-Sağ ol,əziz qardaşım-deyib,Camal açarları təhvil aldı.
Zeyqam Bəsri durağa aid olan köşkə daxil oldu.Gündəlik haqq-hesab işləri,bu köşkdə aparılırdı.Zeyqam da digərləri kimi gəliri xəzinadara təhvil verdikdən sonra köşkü tərk etdi.Yeni kirəkeşi olduğu evlə durağın arası 5-6 yüz metr ancaq olardı.Növbəni təhvil verən digər sürücülərə qoşulub,o da məhəlləyə piyada qayıdırdı.Yol boyu, “Asiya məhəlləsi”ndən olan taksi sürücülərinin müzakirə etdikləri tək bir mövzu vardı,o da,bu ölkədə 11-sentyabr hadisələrindən sonra,onları gözləyən gələcək...
Zeyqam Bəsri məhəllənin orta meydanında, “Şərq bazarı”nın yaxınlığında iş yoldaşlarından ayrılıb sol tərəfə,5-ci dalanda yerləşən 66-nömrəli mənzilinə doğru yan aldı.Leytenant Həsən Səfi, bu böyük məhəllədə Zeyqam Bəsri kimliyi ilə hər şeyi diqqətə alsa da,nəzərindən qaçırdığı,bəlkə də,ağlının ucundan belə keçirmədiyi bir gerçək vardı,həm də,bu məhəllədə.Bu gerçək,onun doğuşundan öncə,ağır şərtlər üzündən ayrı düşdüyü və 23 il ərzində yalnız anasının dilindən eşitdiyi və üzünü belə görmədiyi atası idi.Təəssüf ki,66-nömrəli evdə yaşayan övlad Həsən Səfi və 144 nömrəli mənzilin sahibi ata Heydər Səfi bir-birlərinə bu qədər yaxın olduqlarının fərqində belə deyildilər...