Vaşaq
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:17 09 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Kabil-Əfqanıstan.12 oktyabr 2001-ci il.

Əl-Mənsur küçəsində yerləşən və Rusiya Səfirliyinin tabeliyində olan binanın arxa qapısından axşam saatlarında iki nəfər puştun geyimli adam çıxdı.Federal Təhlükəsizlik Xidmətinin əlahiddə əməliyyat qrupunun üzvləri Əfqanıstan missiyasına başladıqları gündən bəri,yerli şəraitə uyğun olaraq,bu cür libaslarda hərəkət edirdilər.Mayor Stepan Uvarov və Şota Maharadze ətrafı diqqətlə nəzərdən keçirdikdən sonra,Cümşüdlü məhəlləsinə doğru hərəkət etdilər.Çox keçmədən İqor Raçkov Denis Arşavinlə birlikdə onların arxasına düşdülər.Bu,rus kəşfiyyatçılarına xas olan əski üsul idi:Hərəkətdə olan missiyanı başqa hədəflərdən qorumaq, təqib və şübhə yoxluğundan əmin olmaq.

Hərbi əməliyyatlar başladığı gündən bəri,bu şəhər gecələri qorxu ilə yatan,sabahları həyacanla oyanan əlacsız bir məkanə çevrilmişdi.Paytaxtdakı hər kəs,dərdi boyundan hündür şəhərin havadan bombarduman edilib-edilməyəcəyinin həyacanı ilə yaşayırdılar.Qarmaqarışıq xəbərlər,aralıqda gəzən yerli-yersiz söz-söhbətlər Kabil əhlini çaş-baş salırdı.Bəziləri Kabilin hava zərbələrinə məruz qalmayacağına ümid edir,bəziləri paytaxtda yalnız yerüstü əməliyyatlar olacağını söyləyir,başqa biriləri müvəqqəti hökumətin hansı addımlar atacağını səbirsizliklə gözləyirdi.Bütün bu ehtimallara,bu gecə,Cümşüdlü məhəlləsindəki geniş toplantıda aydınlıq gətiriləcəkdi.Kabilin gələcək taleyi “Kabil missiyası”nda təmsil olunan kəşfiyyatçıların mərkəzə göndərəcəyi yekun qərardan asılı idi.

Kapitan Uliyam Skott rusiyalı kəşfiyyatçıları qapıda qarşıladı. Həmkarlarını səmimi şəkildə masaya dəvət etdi.Bir masanın ətrafına toplanan kəşfiyyatçılar vaxt itirmədən missiyanın əldə etdiyi məlumatları,toplanmış bilgilərə qarşılıqlı olaraq müzakirə etməyə başladılar.Axşam saatlarında başlanan toplantı sübh əzanına kimi davam etdi.

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+33=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0273 saniye