Vatikana dadlı səhayət
Aysel Abdullazadə tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 23:32 25 noyabr 2015 tarixində əlavə olunmuşdur

Vatikan — müstəqil şəhər-dövlətdir. Hər birimizə Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzi kimi tanışdır. Bu kiçik dövlətin başçısı da Papadır.

Vatikan şəhər-dövləti 7 iyun 1929-cu ildə imzalanmış “Lateran” müqaviləsi əsasında yaradılıb. Sahəsi 44 hektar, əhalisi isə cəmi 830 nəfərdir. Paytaxtı Vatikan şəhəridir. O, bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir. Vatikan 134 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir. Bura hər il 17 milyondan artıq turist və zəvvar baş çəkir. Siz də onlardan biri ola bilərsiniz…

Mətbəxi
Tarixi, təbiəti olduqca maraqlı olan Vatikanın bəs görəsən, mətbəxi necədir? Təbii ki, bu ölkənin mətbəxinin böyük bir qismini italyan resteptləri təşkil edir. Hər kəsə bəllidir ki, italyan mətbəxində xəmir, pendir, tərəvəz və zeytun yağından olduqca çox istifadə edilir. Hətta İtaliya dünyanın nadir ölkələrindəndir ki, qədim reseptlərini qoruyub saxlayaraq, müasir dövrə gətirib çıxarıb. E.ə baş vermiş Pun müharibələri dövründən belə bəzi yeməklər bu günə kimi qorunmaqdadır. Amma bu, o demək deyil ki, Vatikanın özünə məxsus yeməkləri yoxdur!

Vatikanın mətbəxi mədəniyyətinin ayrıca bir hissəsini təşkil edir. Bu kiçik dövlətdə zəvvar və turistlər üçün xüsusi restoranlar tikilib, “kilsə” adlanan menyu tərtib edilib. Burada “Korretto” və ya türk qəhvəsi adlanan içki çox populyardır. Bu qəhvə müştərilərə kiçik fincanlarda, bol-bol şəkər tozu səpilərək təqdim edilir.

Sırf ona məxsus olan yeməklər özünəməxsus dada və dizayna sahibdir. Mətbəx zənginliyinə sahib olan Vatikan hər zaman turistlərinin yolunu gözləyir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+23=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0338 saniye