Vaxtsız gələn qız
Sən mənim qəbrimə sərilmiş gülsən ,
Mən soyuq məzaram, qoxa bilmirəm.
Səni məzar üstə sərib taleyin,
Mən səni döşümə taxa bilmirəm.
Səni dərib sərdi taleyib bura,
Deyirəm sən hara , qəbristan hara?
Yerin çəmənlərdir , ümid bahara ,
Çəməndə qarşına çıxa bilmirəm.
Mənim məzarımda saralıb solma,
Qəbrimdə solan gül , ləçəyin yolma,
Sən mənim qəbrimin bəzəyi olma,
Mən bu gözəlliyə baxa bilmirəm
Samir Tekin Şükürov
2014