VAY DƏDƏ
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 15:23 09 may 2015 tarixində əlavə olunmuşdur

Açmış əməl dəftərimi xalq mənim,
Düşmüş adım dillərə, ey vay dədə.

Çıxdı üzə gizli olan işlərim,
Oldum el içrə yenə rüsvay, dədə.

Zülmətə qərq etmiş idim hər şeyi,
Tar gecəmə saçdı nurun ay, dədə.

Hansı mərdməzar götürüb pərdəni,
Etdi bütün zəhmətimi zay, dədə.

Bir vaxt məni ali bir insan sayan,
İndi tutur heyvan ilə tay, dədə.

Getdi əlimdəm varım, həm dövlətim,
Mən danışım bircə-bircə say, dədə.

Anlamadım vicdanı, insanlığı,
Tutma məni insana həmtay, dədə.

Üz çevirib Əzrayıl, almır vecə,
İnsaf elə, dadə yetiş, ay dədə.

Elnur, sən də gəlmə dəxi üstümə,
Söylədiyin hər sözün əzvay, dədə.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.026 saniye