Vəhşət bazarı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:04 21 sentyabr 2017 tarixində əlavə olunmuşdur

Həsən baba zamanın hər üzünü görmüş,ömrünün doxsanıncı payızını yaşayan bir ixtiyar idi.Zaman onun da qəddini əymişdi.Artıq qocanın müqəddəs torpaqla qucaqlaşma zamanı yetişmişdi.Əbədiyyət yolçuluğuna baş vurmadan son bir istəyi vardır ki,o da,nəvəsi və adaşı gənc Həsənə "Vəhşət bazarı"nı nəql etmək.Elə bu səbəblə onu yanına çağırdı.Nəvəsinə ətrafa diqqətlə nəzər salıb,çevrəsinə diqqətlə qulaq asmasını söylədi:

-Nə görürsən,nə eşidirsən övlad?-deyə,yüksək səslə ona səsləndi,iti baxışları ilə qarşısında dayanan cüssəli nəvəsinə nəzər saldı.

-İnsanlar görürəm çoxlu sayda,qarmaqarışıqlıqlardan səs-küydən dürüst bir şey anlaya bilmirəm baba...

-Övlad,bu gördüyun yer "Vəhşət bazarı"dır! Buralara könül bağlama,buralarda qərar tutma,bu qələbəliyin izdihamını çox seyr etmə!

-Niyə ki,baba?

-Övlad,bu gördüklərin insan sifətinə salınan imansız məxluqatlardan qeyri bir zad deyillər.Bu bazarda qarın üçün qardaş satılır,gödən üçün yoldaş bada verilir.Sifətlərə yaşı-yaxşı nəzər yetir-qorxaq simalar və bu qorxuların altında yatan məkr və hiylə...

Burada şərəf,ləyaqət,namus,ərdəmlik,ərlik,mərdlik ən son olan dəyərdir.Bunlar zalımın zülmünə boyun əyə-əyə bir-birlərinin qəsdinə duran zülmkarlardır.Aralarında bəziləri var ki,onlara da,"sandıq tulaları"deyirlər.

-Elə niyə?

-Çünki,onlar başqalarından fərqli olaraq zalım ağalarına daha ustalıqla yarına bilirlər.Ağaları da süfrələrinin artıq-urtuğunu onlardan əksik etmir.Bunlar kaftar sürüsü kimi leşin qoxusunu 4 min metrdən hiss edərlər.Bunlar qaldıran deyil-yıxandırlar,bunlar dirçəldən deyil-əzəndirlər,bunlar məzlum qanı əmən dəccal övladlarıdır...

Uzaq dur,uzaqlaş bu lənətlənmiş bazardan ki,bir az rahat nəfəs alasan övlad...


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0344 saniye