Vəhşət
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:02 19 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Gözlərimizi hansı tərəfə çevirsək acılar seyr edirik.Dünya-deyibən də,bu içinə sığındığımız yerdə sevinc və sevgi iztirabların kölgəsində it-bat olub.Bir zamanlar,bir tikə çörək üçün boynunu büküb ümidə sarılanlar,indi mərmilərin cəngindən qurtulmağa cəhd edirlər.Güclülər güclərini bir-birlərinə göstərmək üçün zəiflərin yurdunu poliqona çevirib.Günahsız yerə əzilənlərin Allahdan qeyri sığinacaq yeri qalmayıb.İnsan hüquqlarından danışanların çıxardıqları qərarlar,qətnamələr havadan asılı qalıb. Hər yanımız bərbad haldadır. Ağrı-acılar ruhumuza elə bir işləyib ki,vücudumuz yüklü miqdarda narkoz almış xəstə bədənə çevrilib.Beyni dəyaz,əli silahlı qanmazların əhatəsində əsir-yesir olmuşuq.Bir tərəfdə uşaqlığı xuliqanlıqla keçmiş “sarı-qulaq”tiran,digər tərəfdə böyük sərvətləri əllərində cəm etməyə çalışan “qara-bəla”məzlumların sevinclərini qursaqlarında qoyub.Dünya siyasi çalxalanmalardan çıxaraq yerini silah-sürsata buraxıb.Əli yalın insanlara divan tutanlar,məsum körpələri əlləri titrəmədən vəhşicəsinə qətl edən idraksız və imansızlar şivən salaraq haqqdan, hüquqdan danışır. Bu,Allahı unutmuş taqutlar üzündən,dünya məzlumların və fağırların gözlərində öz dəyərini itirir.Çarəsizlik hər gün yüzlərlə imkansızı ölüm məngənəsinə çəkib aparır.

Bir müddət əvvəl,millətləri birləşdirən təşkilatın kürsüsündə vay-şivən qoparan Benyamin utanmadan ədalətdən dəm vurdu və ölkəsinin ətrafındakı müsəlman dövlətləri tərəfindən təhdid edildiyini söylədi.Görünən odur ki,bu şəxs şəxsi mənafeyindən qeyri bütün hadisələri bilərəkdən görməzdən gəlir.Qarşısındakıları avam yerinə qoyduğunu zənn edənlər,necə bir acınacaqlı durumda olduqlarını fərq etməz.Belə hadisələri izlərkən,bu zamanda həyasızlığın həddini aşdığına bir daha şahid oluruq.Hər gün televiziyada,qəzetlərdə əli yalın körpələrin divara sıxışdırıldığını,yüzlərlə anaların günahsız göz yaşlarını,zalımlıqda sərhəd tanımayan əsgərlərin müqəddəs məkanlara vəhşicəsinə təcavüzünü görmürmü,bu həyasız adam!?Onun tələb etdiyi “ədalət”,bu ədalətsizliklər qarşısında bərbad hal almırmı!?Zalımın ədalətdən dəm vurması dəhşət deyilmi!?Ətrafımızda baş alıb gedən dəhşətli mənzərələr,qarşımızda arzu edilməz bir vəhşət tablosu yaradıb.Bu,rəngləri başdan-başa al-qırmızıya boyanmış tablonun müəllifləri,təəssüf ki,yaratdıqları “əsər”dən utanmaq yerinə,cızdıqları iyrənc əl işlərindən ilham alaraq,daha da irəli gedirlər...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+4=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0331 saniye