Vendetta və Anonimos..
Susqun tərəfindən "Digər yazılar" bolməsinə 22:11 28 fevral 2015 tarixində əlavə olunmuşdur

Çoxumuza maraqlı olan suallardan biri də "Vendetta kimdir?", "Niyə xakerlərin ənənəvi maskası Vendettanın üzü ilə ifadə olunur?", "Vendettayla Anonymousun əlaqəsi varmı?" kimi suallardır.. Gəlin azca tarixə qayıdaq..

Tarixdə əslində Guy Fawkes adlı şəxsiyyət olur, bu insan İngiltərə dövlətinin insanlar üzərində apardığı araşdırmalarda "az nəticə toplayaraq" ölümə məhkum edilir, belə ki, Favkes kimi bir neçə (bəlkə də 100-lərlə) insanı da öldürmək (yandırmaq) üçün bir evə toplayırlar, bu insanlar başarısız olublar və ölümə məhkumdur, bütün uğursuz insanları evin içərisinə bağladıqdan sonra evi yandırıb ingilis əsgərləri oranı tərk edirlər.. Lakin, azca da bəxti gətirən Favkes evi tərk edə bilir və necə olursa oradan uzaqlaşa bilir, lakin evdəki yanğında o üzünü tamamilə itirir..

Bu tarix təxminən 16-cı əsrin sonlarında İngiltərədə kral Jamesin dövründə baş verir, xüsusi insanlar tərəfindən təlimləndirilən Favkes üzünü (gözünü, burnunu və ağzını) istifadə etmədən gəzməyi, yeriməyi öyrənir, hətta zamanla ən yaxşı qılınc ustalarından birinə çevrilir.. Bəziləri hətta onun belə usta qılınc oynada bilməsini onun "üzünün bərpa edilməsi" ilə izah edir, bəziləri isə bu bərpanın da Vinçinin icadlarından biri olduğunu söyləyir, tək həqiqət isə budur ki, Vendetta ləqəbli (sonradan verilir bu ləqəb) Favkes üzündəki maskanı heç vaxt çıxartmır..

Favkesin planına əsasən parlament binası partladılmalı və kral James öldürülməli idi, o bununla yüzlərlə günahsız insanın qisasını almalı idi.. 1605-ci il 5 noyabr tarixində Favkes öz komandası ilə bərabər girdiyi bu planda Jamesi öldürə bilsə də, parlament binasını partlada bilmir, səbəb isə dostlarından birinə yazdığı məktubun tutulması olur.. "5 noyabr binadan uzaq dur"..

Vendetta filmindəki "xatırla, xatırla, 5 noyabrı xatırla" sözləri əslində kral Jamesin oğlunun müxalif xalq üçün (Favkes tərəfdarları) yazdığı şeirdən bir parça olur.. Xakerlər isə ənənəvi olaraq hökumətlərlə düşmən (müxalif) hesab olunur, Anonimosun nizamnaməsində deyilir ki, "biz sadəcə xalqını aldatmayan hökumətlə dostuq".. Təsadüfü deyil ki, elə ən böyük xakerlər də tarix boyu ən çox İngiltərədə yetişmişdir..

"V for Vendetta" əsəri Alan Moore tərəfindən 7 ilə yazılmış (1988) bir əsərdir, əsərdə tarixi həqiqətlərin kiçik qismi dəyişdirilmişdir, bu kitaba çəkilən filmdə isə həqiqətlər daha çox dəyişikliyə məruz qalmışdır..

Deep-də olan məlumata əsasən, Favkesin məzarı xüsusi soyuducu vasitəsilə hələ də saxlanıldığı söylənilir, hətta Anonimos başçılarından birinin elə Favkes olduğu söylənilir.. (DNA klonlama vasitəsilə yenidən həyata gətirlmişdir)


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+25=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0208 saniye