Ver yola getsin
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 23:14 15 fevral 2015 tarixində əlavə olunmuşdur

Sən baxma fəqir ərzəsinə, ver yola getsin.
Salma özünü müşgülə yumaq dola getsin.

Fəqir yaranıb dərdü-kədər çəkməyə, sən də
Artır qəmi, ver qoltuğuna qol-qola getsin.

Gördün ki, zəlitək yapışıb zəhləni tökdü,
Çək nərə, qudur, meydanı sözlə sula getsin.

Sən gözləmə vicdan, ya da qeyrət - nəyə lazım?
Qoy hərraca, əsası odur ki, pula getsin.

Tut hər kəsi haqdan uzaq, haqsızlığı aşla
Yaltağlığı sevdir, çevir həm də qula getsin.

Öyrət dəxi insanlara artistliyi, çünki
Lazım olan anda girə bilsin rola getsin.

Yüksək məqama sahib olarsan - budu qayda:
"Tülkülük edib bir qədər quyruq bula" getsin

Sən söz təbərinlə, Cinan, hazır dayan hər an,
Gördünmü çürük yerləri, bir-bir buda getsin. 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
8+32=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye