İçimi nəfəsim sıxır,
Sıxır ümidlərim sıxır.
Qoparın ümidlərimi,
sıxın məni sıxan kimi.
Dəlin bağrını bu gecə,
Yox edin elə indicə.
Ovun gözünü nəfəsin,
Kəsin, kəsin, kəsin səsin.
Bu takkıltı qulağımda saat kimi,
Qucağına sıxıb məni bir yad kimi.
Aparın məni özümə.
Göy üzündə oyandırın,
Məni mənimlə yandırın.
İşıq saçım yer üzünə.
Qucaq açım gündüzümə.
Verin nəfəsimi mənə,
Verin öz səsimi mənə.