Verner Fon Braun
AlexRaySanchez tərəfindən "Məşhurlar" bolməsinə 01:12 13 iyul 2014 tarixində əlavə olunmuşdur

Verner Maqnus Maksimilian Frayher fon Braun (alm. Wernher Magnus Maximilian Freiherr von Braun) (23 mart 1912 – 16 iyun 1977) alman- amerikan raket mütəxəssisi, kosmik uçuşların pioneri, ABŞ və SSRİ-nin kosmik yarışında Sergey Korolyovun əsas rəqibi. O, 23 mart 1912-ci ildə Almaniyan ın Virsitç dairəsinin Posen provinsiyasında (indiki Virzisk, Polşa) anadan olmuşdur. V2 adlı raketin hazırlanmasında alman faşistləri ilə əməkdaşlığına görə onun şəxsiyyəti mütəxəssislər tərəfindən mübahisəli sayılır. Verner von Braun Posendə Maqnus von Braun və onun həyat yoldaşı Emminin ikinci ovladı kimi dünyaya gəlmişdir. Onun ana babası Prussiya dövlətinin mülkiyyətçisi və dövlətin zadəganlar evinin üzvü olmuşdur. Böyük qardaşı Ziqismund fon Braun alman diplomatı idi. Birinci dünya müharibəsi qurtardıqdan sonra Braunlar ailəsi Şlezienə köçürlər. Hələ uşaq vaxtlarında Braun musiqi və təbiət elmləri ilə maraqlanır. Anasının verdiyi telskopdan sonra onun astronomiya elminə marağı daha da güclənir. 13 yaşında Braun öz ilk sınağını aparır. Berlində yerləşən bir parkda ("Tiergarten") düzəltdiyi ilk raketini sınaqdan çıxarır. Deyilənlərə görə Herman Obertin "Planetlər fəzası üçün raketlər" kitabını oxuyandan sonra, onda mövcud olan utopiyalara son qoyulur. Bu texniki biliklərə
istinad edən kitabı başa düşmək üçün o malik olduğu zəif riyazi biliyini daha da zənginləşdirməyə cəhd göstərir. Göstərdiyi yüksək hazırlığının nəticəsində Braun 17 yaşında Herman-Litç məktəbində buraxılış imtahanını vaxtından əvvəl verir (1930). O, artıq 1929-cu ildən üzvü olduğu "Kosmosa uçuş" cəmiyyətində maye ilə işləyən raket mühərrikləri üzərində çalışırdı. 1930-cu ildən o, Berlin Ali Texniki Məktəbində və Sürixdə ali təhsil alır.1932-ci ildə Berlində təhsilini başa vurduqdan sonra Braun mühəndis mexanik dərəcəsini alır və dərhal Valter Dornbergerin təkidi ilə dövlətin "Raket proqramı"nda fəaliyyətə başlayır. Öz sınaqlarını o Berlindən 30 km aralıda yerləşmiş Kummersdorf-Gut-da aparırdı. 1934-cü ildə Fridrix-Vilhem Universitetində (Berlin) "Mayeli raketlərdə konstruktiv, nəzəri və eksperimental tədqiqatlar" mövzulu elmi işini müdafiə edərək doktor elmi dərəcəsini alır. Həmin ildə Braun tərəfindən layihələşdirilmiş "Aggregat 2", şimalda Boxum (Almaniya ) adasından buraxılmış raket 2200 m hündürlüyü fəth edir. 1937-1945-ci illərdə Braun Usedom adasında yerləşdirilmiş "Peenemünde sınaq- tədqiqat mərkəzi"nin texniki direktoru vəzifəsində çalışır. Burada o, başqa işləri ilə bərabər böyük maye yanacaq tutumuna malik Agreggat 4 (qısa olaraq "A4") reketinin layihələndirilməsi işlərinə rəhbərlik edir. Sonralar bu raketə "Vergeltung 2" (azərb. "Qisasalma") adı verilərək seriya şəkilində istehsal olunur. V2 raketi 14 hündürlüyə və 13,5t ağırlığa malik idi. Raket dörd əsas hissədən ibarət idi:
-Üzərində raket mühərriki, borular və idarəedici qanadlar bərkidilmiş segment,
-Maye yanacaq dolu iki çəndən ibarət issə,
-İdarəetmə sisteminin birləşdiyi cihaz daşıyıcısı,
-Uc hissədə bərkidilimiş, ayrıla bilən mərmi. Burada yanacaq kimi akloqol və oksigendən istifadə olunurdu. Raket buraxıldıqdan 60s sonra o, təx. 5500 km/saat sürətini əldə edirdi. 300 km məsafəni qət etmək üçün raketə təx. 5 dəqiqə vaxt lazım olduğundan onu göydə vurmaq çox çətin idi. Patlayıcı mərmi kimi raketin uc hissəsində 1000 kq ağırlığında Amatol qarışığı yerləşdirilirdi. Uçuş zamanı raketin uc hissə sürtünmə nəticəsində qızdığından patlayıcı maddə kimi alovlanma temperaturu 200°C-dən yüksək olan maddə götürmək lazım idi. V2-nin əvvəlki seriyalardan fərqi ondan ibarət idi ki, burada böyük təkan gücünə malik raket mühərriki horoskopik sistemlə tənzim olunurdu. Belə idarəetmə raketin stabil uçuşunu təmin edirdi. V2 sınaq zamanı, uçuşun sonunda 22-36 km arasındakı hündürlükdə 7 dəfə səs sürətini keçir. Havada raket kiçik qanadların və sükanın köməyi ilə idarə olunurdu. 1942-ci ildə yeni raket prototipi ilk dəfə olaraq 80 km hündürlüyü, 1945-ci ildə isə 200 km uzaqlıqda məsafəni qət edir. Bununla kosmosa çixmiş ilk raket düzəldilmiş olur. Yeni düzəldilmiş raket mühərrikinə inteqrasiya olunmuş xüsusi turbo nasoslar böyük miqdarda yanacağı qısa zamanda yanacaq kamerasına vura bilirdi. V2 raketini hazırlayan zavodlar bütün Almaniya və Avstriya ərazilərinə dağıdılmışdır. Müharibə dövründə 3000-dən çox V2 raketi düzəldilib tətbiq olunur. Bunların 1/3-i İngiltərəyə atılır, yerdə qalanları isə boş atəş idi. İngiltərəyə atılan raketlərin ümumi gücü az olsa da, onun böyük psixoloji təsiri var idi. Çünki, bu raketlərın qarşısını ala biləcək bir şey yox idi. 1945-ci il aprelin 11-də ABŞ hərbçiləri Bayherode istehsal fabrikini tuturlar. 100 A4 raketi amerikaya aparılır və orada gələcək raket proqramının əsasını qoyur. Müharibə başa çatdıqdan sonra Sovet ordusundan qaçaraq Braun və general Dornberger amerika əsgərləri tərəfinə keçirlər. 2 May 1945-ci il tarixdə Braun öz elmi işçiləri ilə birlikdə Oberyoxda yerləşən „İngeburg" hotelində amerika əsgərlərinə təslim olur. Rusların əlinə isə V2 raket layihəsi üzrə çalışan başqa bir neçə mütəxəssis keçir. Qalmış raketlər tamamilə dağıdılsa da, onlar bir çox cizgiləri yenidən bərpa edə bilirlər. Bunlar rusiyada
raket texologiyasının inkişafında önəmli rol oynayırlar. ABŞa köçən Braun Huntsville-də (Alabama ştatı) yüz nəfər elmi işçidən ibarət qrupa rəhbərlik edir. Bu ərəfədə almaniyadan gəlmiş mütəxəssislərin „Naçi" keçmişinə sadəcə olaraq göz yumulmuşdur. 1947 ildə Braun Landshuta (Almaniya) gələrək öz gohumu Maria von Quistorp ilə evlənir. 1948-ci il dekabrın 9-da onların qızı İris Kareen dünyaya gəlir. 1949-cu ildə Braun öz ailəsi ilə birlikdə rəsmi şəkildə Amerikaya köçür.


... dəfə oxunub
Qiymət: 6/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0234 saniye