...Vəsvəsə...
AğaPaşa tərəfindən "Şeir" bolməsinə 09:03 11 aprel 2018 tarixində əlavə olunmuşdur

...,,Vəsvəsə,,...
Yenə beynim dumanlı,
Fikirlərim qarisib...
müxtəlif fikirlərin,
müxtəlif izahlari yoxdu nese...
Eynidir,
suallarıma cavablar,
Yoxdu bir savabım da,
Amma artır günahlar...
Boş düşünce,
Boş başlar,
Íş otağıdır şeytanın..
Oturur orda
izah edir,
Dinden uzaqlaşmağı...
Biri pislik edirsə,
-,,pis qarsılıq ver,,-deyir
,,neyniyirsən sən dini,
mənə yaxın gəl,,-deyir..
,,Ruhu sıxma cismde,
Azadlığa burax ki,
Rahatlaş,
Menim balam,
Rahatlaş..
Dindən sənə fayda gəlməz,
Dindən uzaqlaş,
Mənə yaxınlaş..
Mən Həvvaya söylədim,
Yesin bilik meyvəsin,
Yeyib atıldı Cənnətdən,
Buna iblis neyləsin..
Niyə tərəddüt edirsən,
Nəyi fikirleşirsən,
Nəyə lazımdı ki din,
Sən onu neyləyirsən?!..
O-nun üçün ibadət,
Namazlar neye lazim?
Nəyə lazım sədəqə,
Zəkatlar nəyə lazım?..
Íbadət mələklərə
xas olan bir cəhətdi,
Ye iç,kef elə ancaq,
yoxsa sənə fərəhdi?
-seni unudan üçün
əl-ayağa düşməyin,,...
[nədənsə düşüncəmə,hökm eliyir asanca,
qarşı qoya bilmirəm,
tükənirəm yamanca]
-,,nədir insana səncə,
zövq veren,
həzz bəxş edən
əyləncə?
Onun adi şəhvətdir,
Dinindəsə zinadır,
Niyə heyrətə gəldin,
Yoxsa böyük günahdır?!
-[bəli..günahdır]
,,xeyr,günah deyil ehtiras,
insanlara verilmiş odur ən böyük miras..
Günahdısa de niyə,
Sahibsən bu duyğuya,
Cavabın varmı
Məntiqli,
Sorduğum bu sorğuya?...
İnsanlar sevmir meni,
Bilirsen mi sen
Niyə,
Göstərirəm gerçəyi,
Göstərirəm doğrunu,
Göstərirəm hər şeyi...
İnsanlarsa yenə də
Mənə gülüb lağ edir,
ki daş qalaq edir məni,
Guya düşmənəm..
Amma ən böyük dostun,
Mənəm ey insanoglu,
Mənəm sənin qardaşın,
mənəm sənin sirdaşın...
Bəzisi layiq deyil,
Pula,mala,dövlətə,
Senin haqqın var ikən
Uzaq saldı sərvətə...
Səncə bu mu ədalət,
Biri toxdu,biri ac,
Biri gözəl geyinir,
Birisə ac-yalavac...
Din olmasa olardımı,
Sünni-şiə savaşı.
Qebul olsaydı meyvəsi,
Səncə vurub öldürərdi,
Qabil
Doğma qardaşın?!..
Qorxutmasin səni,
İsti cəhənnəm odu..
Cəhənnəm yox,
inan mənə inan
Tək gerçək budur..
Yaşıdların gəzir tozur,
Onlardan uzaqlaşmısan,
Guya səni onlar pozur,
Bax gör indi nə haldasan...
Dünyadan hezz alırlar,
Sənin kimi deyillər,
Onlar kimi olanda,
Sene veyil deyirler?
Qoy nə deyirlər desin,
Fikir vermə heç kəsə.
Gələndə Azan səsi,
Eşidərkən,
Müəzzinin ,,Allahu Əkber,,kəlməsini,
Əsdi əli-ayagı..
Çatlamağa basladı,
Qurudu dil-dodağı..
Dözə bilmədi səsə,
yoxa çıxdı harasa...
Eger nəfsim çoxalıb,
imanım azalarsa
Bilirəm ki gələcək,
Qayıdacag o
Nə vaxtsa....

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+29=
Hesaba giriş
Müəllif

AğaPaşa
Haqqında
agapasha.wordpress.com mənim blog səhifəmdir.
Əlaqə
E-mail:
aga.ismailoff@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0333 saniye