Vətən Ata Qoxar
Günel Ağayeva tərəfindən "Hekayə" bolməsinə 14:21 17 fevral 2017 tarixində əlavə olunmuşdur

Artıq yay bitmişdir.Ömrün qış dövrünə keçmək üçün üç ay qalırdı.Soyuq qış gecələri bizləri gözləyirdi. Hər şeydən xəbərsiz bətnimdəki körpənin dünyaya gələcəyi günü səbirsizliklə gözləyirdim.Sənin bizlərə yazdığın məktubları oxuyuram. Atamızın bizim üçün darıxdığını körpəmizə söyləyirəm.

  Nə bilim bəlkədə eşidir,o, öz sevincini qarnıma təpik vuraraq bildirir. Hər gün cəbhədən gələn xəbərləri eşidib nigaran oluruq.

Anam:-Qızım get dincəl belə xəbərləri dinləmə sənə və körpəyə stress yaşadar deyir. Otağımda sakit oturub ilk tanış olduğumuz günləri hekayələr şəklində körpəmizə danışıram.Beləcə günlərimi keçirirəm. Sənin evimizə və körpəmizin dünyaya gəlişini səbirsizliklə gözləyirik. Sayılı günlər tez keçər deyərlər.Gəldə bir bunu gözləyənə sor.

  Anamla qonaq otağında əyləşib, sənin uşaqlıq şəkillərinə baxırıq.

Ana deyir ki,:- Oğlum dəcəl idi.Amma mərd oğul böyütmüşəm. Millətini,vətənini,bayrağını hər bir şeydən uca tutan oğul. Bir obaya dayaq olan Çinar böyütmüşəm.Yenə körpəmlə birlikdə sənə məktub yazırıq. Nə yazım, nə danışım heç özümdə bilmirəm. Buralarda hava soyuyur.Soruşmayacam oralar necədir? Vətənin hər bir qarış torpağı isti və əzizdir. Sərt soyuq bıçaq kimi sümüyümüzü kəssədə, hər şey Vətən üçündür.

   Dünən məktubunu aldıq.Bir görsəydin məktubunu necə sevinc və həyəcan içində oxuyurdum. Hələ anamı demirəm.Oxuyandan sonra məktubu bağrına basıb, qoxusunu ciyərlərinə çəkə-çəkə qoxlayır, körpə uşaq kimi oxşayırdı.

-Az qalıb gələcəm deyirsən. Sağ-salamat qayıt gəl.Narahat olma bizlər yaxşıyıq.

  Məktubu yola saldım,bilmirəm nədəndi qəlbimə bir sıxıntı girib,ürəyimi parçalayır. Elə bil nəfəsim kəsiləcək, ətrafımda bu qədər insan olduğu halda özümü tək hiss edirəm. Anam hamiləlikdə olur belə hisslər narahat olmamağımı söyləyir. Beləcə günlər bir -birini qovalayır.

Şad xəbər yazıram qızımız dünyaya gəldi, sən gedərkən qız olsa Zəhra oğlan olsa Ömər qoyarsan söyləmişdin. Gözəldi, bəxtidə gözəl olar.İnşallah!

 Məktublar göndərdim lakin,heç birindən cavab gəlmirdi.Hər kəs susur,bir söz deyən yoxdur. Nigaran baxışlar sanki, nə isə gözlərmiş kimi gözləyərdi.

Həmin gecə minlərlə gəncin sabahına günəş öz şəfəqlərini yollamadı. Canlarını Vətənə qurban verən oğullar Şəhidlik zirvəsinə ucaldılar.Həmin gecə hər kəs narahat idi. Zəhranı bağrıma basıb hönkürtü ilə ağladım.Ağladım amma  səbəbini bilmədim. Noyabrın ilk sabahı sənin ölüm xəbərin gəldi. Dünyamız başımıza yıxıldı, ayaqqlarımız yerdən kəsildi, sanki nəfəs almırdıq. Hər tərəfə zülmət qaranlıq çökdü. Nə olduğunu anlamağa çalışarkən başımızın üstünə insanlar yığışıldı.  Xalq öz Şəhidini son mənzilə yola salmaq üçün yaşadığın evə axın etdi. Vətən üçün canından keçən övladının üç rəngli bayrağa sarılmış tabutunu çiyinlərdə daşıyırdılar.Taleyin amansız hökmü ilə barışmaqdan başqa əlacımız yox idi. Sənsiz keçən hər günümüz bizə qaranlıq zidan kimi idi.Zəhranın atasız günləri başlandı.Nə sən körpənin qoxsunu duya bildin, nədəki körpən sənin qoxunu...Övladımızın məktəb illərini görmək nəsib olmasada, göylərdən bizləri izləyirsən.Zəhra məktəbdən evə gəlib ağlayanda bədbəxtçilik hissi məni məhv edirdi.Nənəsinin yanına gəlib sənin haqqında suallar verir.Atamın qoxusunu necə hiss edərəm?Atam hardadır? Mən atama bənzəyirəmmi? Verdiyi hər bir sual qəlbimizi parçalayır.Zavallı balam böyüdükcə cavabsız qalacaq sualları ona əzab verməsin deyə gərçəyi ona danışırıq. İllər öncə sənin yolunu gözləyərək baxdığım şəkillərə indi qızın baxır.Sənin geri gəlməyəcəyini bilə-bilə son məktubunu dəfələrlə oxuyur,məktubu qucaqlayır qoxunu duya bilmək üçün. Gecələr yatarkən, şəklini qucaqlayır bəlkə yuxusuna gələsən deyə. Hər süfrəyə əyləşəndə yerin boş qalır.Sanki bu dəqiqə qapını döyüb- mən gəldim deyəcəksən. Qızımızın suallarını cavablandırmaq sənin haqqında məlumat vermək şərəfli və məsuliyyətli bir işdi. Ona atasının qəhrəmancasına şəhid olduğunu və milyonlarca şəhid övladlarından biri olduğunu söyləmək hər bir kəlmədən çətindir. Çinarın Zəngilan uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmağından Vətən torpağını düşmənə verməmək üçün canından keçdiyini övladımıza söyləyirəm.Meşələrdə kimsəsiz qalan uşaqlara yardım etmək,onları Bakıya göndərməyindən danışarkən, sənə aid olan köynəyi bağrına basıb yuxuya gedir. Dərsdən evə gələn kimi şəklini öpüb və sənə salam göndərən qızından, ad günündə uşaq ağlıyla sənə qələm alıb şəklinin önünə qoymasından sənə danışmaq istərəm.

Həyatda gedənin yerini heçnə doldurmur.İllər bir-birini qovaladıqca balaca Zəhramız böyüyür,atasız keçən hər bir günün ağrısıyla. Bəli ata mən böyümüşəm.Sənin xəyalınla,qəhrəmanlığınla,vətənə olan sevginlə.Atamın qoxusunu duymadan böyüyən şəhid övladları kimi...

Nənəmin “Vətən ata qoxar” kəlməsini indi anlayıram. Qoxunu Vətənin hər bir küncündə axtarıram.Axı bu torpaqların hər bir zərrəsinə şəhidlərimizin qanı çilənib,babalarımız bu torpaqlarda kəfənsiz yatır.Bizlər üçün ,gələcək nəsillər üçün.Düşmənə kölə olmamaq,namusu qorumaq üçün.Atasız keçirdiyim illərin ağrısını heçnə ovuda bilməz.Ötüb keçən illərin alovun hələdə ciyərimi yandırır.Əllərinin istisini,nəfəsini duymadan,ata nəvazişi,sevgisini görmədən böyüdüm.Mənim kimi  bu ağrını Asif, Zeynəb,Əli, Gülər yaşadı.Və hələ yaşamaqdadılar. Ata səninlə görüş yerimiz Şəhidlər Xiyabanı olacaq.Əlimdə anamın gündəliyi,anamın sənə deyə bilmədiyi  yazdığı sözləri mən sənə oxuyuram. Kaş ki, səni bir dəqiqəlik olsa belə görə biləydim.Qoxunu,nəfəsini duyub,xeyir-duanı eşidərdim.Qısa zaman ayrıcında atasızlığın necə ağır bir hiss olduğunu söyləyə bilərdim.Hər gün  səni görmək arzusuyla yuxudan oyanıb,sənin gələcəyin günü gözləyirəm. Ata doğum günün mübarək! Günlər eynidir amma illər fərqlidir.Hədiyyəni yenə şəklinin önünə qoydum ümid edirəm bəyənərsən?! İndi sənin yaşındayam.Sən bizdən getdiyin  Şəhidlik zirvəsinə ucaldığın yaşda.Düz iyirmi beş yaş. Bu illər ərzində sən cavan qaldın, mən isə böyüdüm. Nə qəribədi elə deyilmi?

Vətənin hər bir qarış torpağını qoruyan övladlar olduqca bu vətən heç bir zaman darda qalmayacaq. Şəhid övladlarının hər biri bizlərə əmanətdir.

 Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+11=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0241 saniye