Vətəndaş Nigahı
Anonim tərəfindən "Digər yazılar" bolməsinə 19:02 14 iyun 2014 tarixində əlavə olunmuşdur

Vətəndaş nigahı haqda nə düşünürsünüz?

Çoxları buna qarşıdır. Mən dostlarımla bu  barədə çox danışmışam… Onlar düşünürlər ki, vətəndaş nigahı bizim cəmiyyət üçün yaramır. Amma mən bunun belə olmasını istəməzdim. Sevdiyim qızla bir yerdə yaşamaq istəyirəm. Hər dəfə söhbətlərimizdə bir –birimizə bir yerdə yaşayacağımız günü səbrsizliklə gözlədiyimizi deyirik. Amma evlilik böyük məsuliyyətdir. Sizə ilk sirrimi verim. Mənim, təxminən, 20 yaşım var. Biz indi bir yerdə yaşa bilərik. Amma bu bizim üçün çətin olar, əlbəttə… Ona görə də hələ ki, bu barədə təkcə xəyallar qururuq.

Avropada olsaydım, çox güman ki, sevdiyim qızla ilk olaraq vətəndaş nigahı bağlıyardım. Bu həm də fürsətdir insanların bir-birini tanıması üçün. Mən sevdiyim qızla adi vaxtlarda xoşbəxt ola bilərəm. Söhbətlərimiz də yaxşı alına bilər. Amma birgə yaşamağımız necə? Bunu yalnız evlənəndən sonra bilmək mümkündür. Halbuki, əvvəla vətəndaş nigahı ilə evlənib bir yerdə yaşamaq olar. Bununla tərəflər uyğunluqlarını müəyyən edəcəklər. Problem olmasa, bir müddət sonra vətəndaş nigahını rəsmi nigaha çevirmək olar.

Yəqin ki, mən bunu etməyəcəyəm… Çünki belə bir şeyə nə mənim, nə də sevdiyim qızın ailəsi razı olar. Əslində mənə daha çox sevdiyim qızın düşüncələri maraqlıdır. Görəsən, o necə düşünər?! Hələ ki bu barədə onunla söhbətimiz olmayıb. Amma gələn dəfə, yəqin ki, olacaq…


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+8=
Hesaba giriş
Müəllif

Anonim
Haqqında

Əlaqə
E-mail:
anonymous7@rambler.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0248 saniye