VƏTƏNDİR
Dərin düşünənçün, dərin bilənçün,
Övlad da vətəndir, can da vətəndir!
Ey qərib diyarda şöhrət axtaran,
Şöhrət də vətəndir, şan da vətəndir!
Vətəndir insanı yetirir başa,
Havası, suyuyla doluruq yaşa,
Verir nemətindən dosta, sirdaşa,
Damar da vətəndir, qan da vətəndir!
Vətənin yaxşı, pis olmayır fərqi,
Pis o insandır ki, bilməyir qədri,
Vətən sənin üçün verirsə ətri,
Gül də vətəndir, tikan da vətəndir!
Müəllif: Rəşad Balakənli