VƏTƏNİMİ XARİCDƏ LAYİQİNCƏ TƏMSİL EDƏ BİLMƏK ƏN BÖYÜK ARZULARIMDAN BİRİDİR. – “QUCAQLA MƏNİ” FİLMİNİN “AYSEL” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTRİSA İZABELLA QURBANLI
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 07:59 22 mart 2021 tarixində əlavə olunmuşdur

 

VƏTƏNİMİ XARİCDƏ LAYİQİNCƏ TƏMSİL EDƏ BİLMƏK ƏN BÖYÜK ARZULARIMDAN BİRİDİR. – “QUCAQLA MƏNİ” FİLMİNİN “AYSEL” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTRİSA İZABELLA QURBANLI

Saytımız artıq bir müddətdir çəkilişləri gedən və Aprel ayında “QAM COMPANY” kanalında yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən, ssenarisi dünya şöhrətli yazar Charles Dickens-in “BÖYÜK ÜMİDLƏR” romanının motivləri əsasında yazılan “QUCAQLA MƏNİ” psixoloji dramının əsas obrazlarından “AYSEL” obrazına can verən istedadlı aktrisa İZABELLA QURBANLI ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

 

1. Müasir Azərbaycan kinosu haqqında fikirləriniz.

Çox müsbətdir. Kifayət qədər istedadlı, peşəkar insanlar və keyfiyyətli filmlər var. Xüsusilə də Sovet dövrü ilə müqayisədə daha azadfikirli, daha dolğun ssenarili işlər ərsəyə gəlməkdədir. Sovetin despotizmdən əziyyət çəkən, tapşırıqla hazırlanan “sənət əsərləri”-lə müqayisədə indi senzurasız, insanların sevdiyi tərzdə, gerçək sənət nümunələri yaranır.

 

2. Bu gün dünya kinosu sizcə nə yerdədir?

Müasir dünya kinosu əvvəlki ilə nisbətdə daha çox inkişaf etmişdir. Və daha fərqli, daha dərin mövzulu filmlər ərsəyə gəlməkdədir.

 

3. Bu film haqqındakı düşüncələriniz?

Çox Maraqlı bir işdir və mən sevə-sevə bu layihədə iştirak edirəm. Ümid edirik tamaşaçıların da rəğbətini qazanacağıq.

 

4. Rolunuz haqqında qısaca...

Yetim bir qızın xoşbəxt olmağa çalışması və verdiyi həyat mücadiləsi...

 

5. Hansı xarakterli obrazlara daha çox simpatiyanız var?

Daha çox mənfi obrazları sevirəm. Çünki mənfi obraz daha xarakterik və rəngarəng olur. Xüsusilə də gerçək həyatda nifrət etdiyimiz adamların özü olmaq, məsələlərə onlar tərəfindən baxa bilmək şansı keçir əlimə. Hər şeyi daha aydın başa düşmək üçün bu əla vasitədir.

 

6. Filmdən gözlətiləriniz.

Gözləntilərimiz təbii ki filmin izləyicilər tərəfdən maraqla qarşılanmasıdır. Belə olduğu halda biz növbəti işlərə də daha həvəslə və peşəkarcasına yanaşa bilərik.

 

7. Azərbaycan izləyicisinə nə demək istərdiniz?

Azərbaycan izləyicisinə: çoxlu filmlərə baxmağı, mütaliə etməyi, hər şey normala döndükdən sonra kinoteatra, teatra getməyi məsləhət görürəm. Xüsusilə də bayağı, “qurşaqdan aşağı” videolara deyil, ideyası olan, dolğun, səviyyəli işlərə maraq göstərmələrini məsləhət görürəm. Dünya tamaşaçısından geri qalmaq bizə yaraşmaz.

 

8. Yaradıcılıq planlarınız.

Kino sahəsində böyük uğurlar əldə etmək və böyük mükafatlara sahib olmaq. Vətənimi xaricdə layiqincə təmsil edə bilmək ən böyük arzularımdan biridir.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
ismayilelshan@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0193 saniye