VƏTƏNŞÜVƏNLİK
a.k.a dırnağ arası milliyətçilik
Hammımızın mütləq belə bir tanışı var. Nətər? biraz oxu başa düşərsən.
Günümüzün ən böyük problemlərindən biri olan vətənşüvənlik insanın hər şeyi yanlış başa düşməsi ilə meydana gəlir. Bu məsələ əlbəttəki milliyətçilikdir. Milliyətçiliğin əslində onların elədikləri ilə nətər əlaqəsiz bir şey olduğunu anlayacaqsınız birazdan. Hə gələlim məsələmizə. İlkin olarağ sosial şəbəkələrdəkilərdən biraz danışım sizə. Bilmirəm görmüsüz ya yox bir erməni məsələsi düşəndə ağızlarını açıb gözünü yumanları. Bəlkə sizdə eləsiz, bu yazıdan sonra özüvüzü dəyişdirməlisiniz. Yadaki özün bilərsən. Hər nəysə yietim temaya dönək. Hə bozqurd tutaraq 2-3 dənə şəkil çəkdirib əlinə spray alan kimi divarlara "bozqurdlar dirilir" tipli yazılar yazmaq, bütün gün evdə oturub g*t böyütmək vs.. Bunların hamısı bir vətənşüvənin işidir. Əsasən 13-17 yaş grubu arasında olan bu insancığlarımız musiqi olaraq əsasən rap və mc olaraqda əsasən okaber və pranga dinlərlər. Profil şəkillərində Rəsulzadə-nin şəkilinə rastlamanız mümkündür. Bir çoxu "ş" yerinə "w" işlədir. Və hər hər həər fürsəttə erməniləri söyürlər. Bu insanlar ortamlara daxil olabilmək üçün gündə 20 nəfərə dostluq təklifi göndərirlər və biri qəbul etməyəndə söyürlər. Və bu fakta diqqət yetirin, kürtləri söymək. Bəli bu ən önəmli ən important məqamdır. Bunu eləməyən milliyətçi sayılmır eləbil. Bir böyük çoxunluğ isə Okaber-ə üstad deməyənə pis baxır. Rap dinləməyə Eon-Liga ilə başlayan bu yaratıqların yenə profil şəkillərində Omen vəya DeFakto-ya rastlamaq mümkündür. Bəs bu insancığlar nəyə görə türəyib? Yəni cap taxıb new yorker, backstage kimi mağazalardan geyinən bu özünə milliyətçi deyən tayfa hardan əmələ gəlib? Bunun ucu birazda milliyətçi təşkilatların idarə həyyətlərinə toxunur. Onların işlərini məndə təstiqləyirəm lakin facebook kimi sosial şəbəkələrdəki yazdıqları onları bayırdan fərqli göstərir. Bəziləri ilə şəxsi tanışlığım var və əmin olabilərsiniz ki o statuslardaki kimi qırıb tökücü insanlar deyillər bu insanlar. Lakin neyləyək ki yeni nəsil onları özünə örnək alır. Bu səhf birşey deyil ancağ örnək almayıda səhf başa düşənlər var. Lənətə gəlmiş bu düşüncə tərzi niyə belədir. Milliyətçilik belə olmur axı. 20 yanvar yeriyişində belə iştirak etməyən bu tayfa özünü 40 ilin milliyətçisi, turan qurmuş biri kimi hesab eliyir. Əslində bir pox deyil. Bu vətənşüvənlərin əsas hədəfləri amerika vəya ingiltərədə təhsil görüb oralarda yaşamağdır. Ancaq özünə milliyətçi deyir, hmm. Soruşsan bir dənə Atsız, Rəsulzadə vəya Elçibəyin kitabını oxumuyub ancağ özünə milliyətçi deyir. Bəs bundan qurtulmaq üçün nə eləmək lazımdır? Bu biraz qumar kimi birşeydir çünkü bu taktika işləməzsə yenə bizim insancığlarımız sahəsində çox qarışdırılacaq. Bunun üçün rap musiqinin gənclərimizdəki bu önəmli dəyəri biraz dəyişdirilməlidir. Fərqli musiqi tərzlərinidə dənəmək lazımdır. Musiqi bir insanın fikirlərini dəyişdirəbiləcək ən böyük faktlardandır. Demirəm gedib lady gaga dinləyin. Ancağ bütün gün milliyətçilik tracklərindən başqa şeylərdə sınayın. Rock-u sınayın. Bura çox diqqət xaiş edirəm metal demədim rock dedim. Yenə gənclərin mentalitetində çox qarışdırılan bir məsələdir. Misal üçün Led Zeppelin ilə Slipknot gruplarını sınayın. Hansı rock hansı metaldı başa düşərsən. Hər nəysə bir diqər fakt isə milliyətçilik haqqında çox eventlər olmalıdır. Olmalıdır ki bu vətənşüvənlər ora gedib sosyallaşsın. Sosyallaşın ala küt beyinlər. Hər nəysə gələk vətənşüvən olmaq istəyən birinin yerinə gətirməsi gərəkən şeylərə.
•İrqçılığ elə əsasən erməni və kürt millətini söy
•Okaber Pranga kimi mcləri dinlə
•Bozqurd tutaraq şəkil çəkil
•Cap tax
•Bir güləşçimiz ermənilərə uduzdu? Onda nə ana bırax nə bacı nədəki varyox.
•Çoxunluğun elədiyi birşeydəki erməni səhifələrindi bütün statusların altına söyüş yaz.
•Əsgər şəkili paylaşıb "VAR OL" yaz.
•Rəsulzadənin şəkilini profilə qoy.
Və tamam siz artıq bir vətənşüvənsiniz. TƏBRİKLƏR.