Biz də sizin kimi uşaqlarıq, amma “vətənsiz uşaqlar”ıq.
Sayımız hər 10 dəqiqədə artmaqdadır.
BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının hesabatındayıq.
Özümüzü “dəyərsiz”, “küçə iti” kimi hiss edirik.
Hər birimiz “ayrı-seçkilik”, “ümidsizlik” kimi duyğularla böyüməyə məhkumuq.
Bizlər “görünməz”ik, “bəzilərinin kölgəsində yaşayan”ıq.
Təhsil, səhiyyə və iş sahələrində “keçilməz maneələr”lə qarşı-qarşıyayıq.
Vətənsizliyimiz ailələrimizdə “psixoloji pozuntular”a səbəb olur.
Ölkələrimizdəki etnik, dini ayrı-seçkilik, müharibələr səbəbi ilə başqa ölkələrdə yaşamağa məcburuq.