Vezuvi - əxlaqsızlığı gömən boz cəhənnəm
Şəfiqə Şəfa tərəfindən "Digər yazılar" bolməsinə 16:04 27 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Vezuvi – ya da boz cəhənnəm... İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan bu vulkan bəşər tarixinin ən təhlükəli vulkanı sayılır. Bu gün də minlərlə canı ala biləcək təhlükə saçan vulkan ilk dəfə eramızın 79-cu ilində, avqustun 24-də püskürərək Pompey, Herkulanum və Stabiya şəhərlərinin yox olmasına səbəb olub. Bu şəhərlər əhalisi ilə birlikdə külün, palçığın altında qalaraq bu günümüzə yeraltı daş heykəllər olaraq gəlib çatıblar. Nağıllardan, əfsanələrdən oxuduğumuz insanın daşlaşması həqiqətən də gerçəkləşib və özündən sonra daha müəmmalı bir əfsanənin dillər əzbəri olmasına şərait yaradıb. O zamankı çoxallahlılıq dövründən səmavi dinlərə qədər – hamısı Vezuvi dəhşətinin Allahın qəzəbi olduğunu təsdiqləyir. Çünki tarixin gördüyü ən pozğun dövr məhz həmin illərə təsadüf edir. Əxlaqsız imperator Kaliqulanın hakimiyyəti dövründə cinsi münasibətlərin sərhəd tanımadığı, nəinki toplu şəkildə, hətta bazarda, küçədə insanların kütləvi halda izdivaca girdiyi bir mənzərəni təsəvvür etmək, bəlkə də, çirkin təxəyyülün bəhrəsi hesab oluna bilər, amma deyil – həqiqət olub. Ən dəhşətlisi, insest (ailə üzvlərinin cinsəl münasibəti) ən adi pompeylinin evində naharsonrası "çərəz” hesab olunurdu. İmperator Kaliqula öz bacısına aşiq olaraq törətdiyi günahla digər sakinlərə də "nümunə” olmuşdu.  Pompeyin hər yeri əxlaqsızlıq evləri ilə dolu idi. Cinsi azlıqlar əlindən burda tərpənmək mümkün deyildi. Bu şəhərdə cinsi münasibətin ən iyrənc növü normal qarşılanırdı. Əyyaşlıq, əxlaqsızlıq, homoseksuallıq gecə-gündüz şəhərin hər nöqtəsində davam edirdi.

Hadisənin baş verdiyi gün - Pompeyin son günü həyat həmişəki kimi davam edirdi. Bir neçə yüngül zəlzələ olsa da sakinlər buna əhəmiyyət vermir, keflərinə davam edirdilər. Birdən kül yağışı başladı. Bu da əxlaqsız Pompeyi əyləncəsindən ayırmadı. Pozğunluqdan, əyyaşlıqdan başlarını itirmiş insanlar heç nəyi görmür, hər şeyə laqeyd yanaşırdılar. Və budur, qorxunc partlayış baş verir. Şəhərin başına kül ələnir, boğucu qazdan nəfəs almaq mümkün olmur, göydən daş yağır. Bütün şəhərin yox olması bir neçə saat içində baş verir. Qorxunc fəlakətdən heç kim xilas ola bilmir. 18 kilometrlik Pompey kül və qaynar palçığın altında qalır. Bütün zənginliklər, iyrəncliklərlə birlikdə Pompeyin insanları daşa çevrilir. 

Hətta illərdən, əsrlərdən sonra Pompeyin qalıqları tapılarkən bu acı gerçəyin göstəriciləri görənləri dəhşətə gətirmişdi. 1748- ildən başlayaraq Pompey ərazisində qazıntı işləri aparılıb. 1941-1950-ci illərdə artıq Pompeyin bir çox hissəsini qazıb çıxartmışdılar, o cümlədən şəhərə giriş darvazası, evlər, məbədlər, hamam, amfiteatr, abidə qalıqları kül və daş yığınının altından təmizlənmişdi. Qazıntı aparan arxeoloqları dəhşətə gətirən o idi ki, şəhər elə bil donmuşdu. Əxlaqsızlıq edən insanlar elə olduqları utancverici vəziyyətdə daşlaşmışdılar. Tapılan daş bədənlərin bir neçəsi qovuşuq-bitişik halda olduğundan, araşdırılıb və ekspertiza nəticələri tüklər ürpədib. Onların çoxu eynicinsə mənsub olanlar, uşaqbazlar və ailə üzvləri olub. Məsələn, sıravi Pompey sakininin bitişik şəkildə daşlaşmış bədənlərdən biri qardaş, digərinin bacı olduğu rəsmi təsdiqlənib. Dəhşətlisi odur ki, belə cütlüklər, hətta üçlüklər, dördlüklər başqa evlərdə də aşkarlanıb. 

Alimlərlə yanaşı, adi insanları da müəmma qarşısında qoyan İlahi cəzanın- vulkanın sürətidir. Gör vulkan nə qədər ani və sürətli olub ki, insanlar iyrənc əyləncəsindən qalxmağa belə macal tapa bilməyiblər. Və bəşəriyyətə görk olsun deyə olduğu kimi daşlaşaraq bu günə qədər də torpağın qoynunda saxlanıblar. Amma bəşəriyyət bundan nəticə çıxardımı? Pompey iyrəncliyi bu gün yoxdurmu? Var və deməli bəşəriyyət daşa dönmüş qardaşından dərs almayıb. Almayıb ki, bu gün də Vezuvi təhlükə Demokl qılıncı kimi baş üzərində fırlanır.       

Vezuvi sonralar da minlərlə canı boz külünə qərq edib. 1631, 1794, 1822, 1872, 1906 və sonuncusu 1944-cü ilə baş verib. Hər bir partlayış da faciəylə nəticələnib. Ən az sonuncu da, 1944-cü ildə can alıb – 27 nəfər. Qalanlarında isə həlak olanların sayı yüzlərlə, minlərlə hesablanıb.

Vezuvi hələ də fəaliyyətdə olan vulkandır, buna görə də qorxunc aqibətdən qaçılması üçün illərdir mühüm tədbirlər görülür. Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8-9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini bildirirlər.

İnsanlığın dəhşətli kabusu olan bu vulkan niyə susmur? Vezuvi kürən cəhənnəmin bu dünyadakı boz simasımı?! Sualdan nidaya çoxdan çevrilmiş bir həqiqət var: Pompey əxlaqsızlığı bu gün də təkrarlanır. Bunun aqibəti isə boz cəhənnəmin təkrarlanması ola bilər!


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+32=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
kshafiga@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0332 saniye