Vicdan əzabı
ceyhun fikrət tərəfindən "Hekayə" bolməsinə 00:29 21 mart 2015 tarixində əlavə olunmuşdur

                     Bismilləhir Rahmənir Rahim

                                  Vicdan əzabı

Yenə bu gecə sanki xəyal girdabına batmışdım. Nə fikirləşdiyimi nə qərarda olduğumu bilmirdim. Fikirləşdikcə fikirlərim parçalanır, ağlıma qəribə fikirlər gəlirdi. Axır ki,qərara gəlmişdim gedəcəkdim, hər şeyi ona danışıb onunla məsləhətləşməliydim. Lakin içimdə olan fikirlər, sanki onu görməyəcəyimi, xəstəxanaya getməyimin faydasız olduğunu deyirdi. Mən onun həyatda dostu, bəlkə də sirdaşı idim. Amma onun mənim üçün kim olması həmişə mənə maraqlı idi. Çünki ilk dəfə onu görəndə bu şəxs mənə çox tanış gəlmişdi. Biz onunla o qədər səmimi danışmışdıq ki, elə bilirdim O, mənim ən doğma adamımdır. Bu qədər əzab-əziyyət çəkməsinə baxmayaraq həmişə nikbin idi. Ağciyərləri neçə illər idi ki, xəstə idi. Amma O, bu halına gorə Allaha şükür edir və sağalıb Yeganəsinin yanına qayıdacağı günü gözləyirdi. O, mənə sevgi tarixçəsini keşməkeşli həyatını danışanda, mənə çox qəribə gələrdi ki, görəsən bu insan o qədər əziyyətə necə dözüb. Bir dəfə yaxşı yadımdadır. Ona sual etdim ki, necə olub sənin kimi gözəl əxlaqlı adam zindana düşüb? O, həyatını danışmağa başladı. Dedi: Bir gün yoldaşımla, küçədə gedəndə bir neçə nəfər xanımıma söz atdı və mübahisə dava oldu. Heç bilmədim bıçaq hardan çıxdı və birdə onda gördüm,bir nəfər yerə yıxılıb. Sonralar o adamın axırı necə oldu bilmədim, amma mən isə dəmir barmaqlıqlar arasında idim. Sonra isə zindan həyatı həyatımı dəyişdı və cavan ömrüm bu hala düşdü deyərək üzümə baxdı. Hər dəfə suallar verib onun keçmişini soruşmağım məni ona dahada yaxın etmışdir. Bu gün isə onun bütün həyatı barədə öyrənəcəkdim. Hətta yoldaşının və qızının ünvanında axtarıb tapmaq niyyətində idim. Bu fikirlərlə xəstəxananın həyətində dayanmışdım və xəstəxana pilləkənlərinə doğru addımlamaq istəyirdim,amma içimdəki həyəcan,təlaş qəlbimi yaman bürümüsdür. Xəstəxananın 5-ci mərtəbəsinə çıxıb bir-bir xəstəxana otaqlarını saymağa başladım və budur Onun otağıdır. Dayandım, sanki qəlbimin dərinliyində bir səs mənə, getmə artıq gecdir deyirdi. Lakin qapını döyüb gözlədim. Buyurun kəlməsindən sonra otağın qapısını açıb içəri daxil oldum. Tanımadığım dünyaya düsmüşdüm, nə deyəcəyimi də sanki unutmuşdum. Özümü ələ alıb Elçin burda müalicə almırmı? məgər dedim. Otaqdakılar mənim təlaşımı gorüb buyurun əyləşin indi gələr, deyərək mənə yer göstərdilər. Bu sözdən sonra özümə gəldim mənə göstərilən yerdə əyləşdim. O,artıq sağdı düşündüm. Otaqda olan xəstələrlə söhbət eləməyə başladım. Mənim kim olduğumu, Elçini hardan tanıdığımı soruşur, hərdən də gözəl söhbətlər edirdilər. Xəstəxanadan gələn dərman qoxusu ilə, bərabər xəstələrin iztirablı baxışları dözülməz idi. Amma bəzən xəyal girdabına düşən fikirlərimi görən xəstələr, söhbətlərinə ara verərək mənim xəyal dünyamın qapısın açmaq istəmirdilər. Bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan xəbər yox idi. Onun otaq yoldaşlarına nəzər salıb belə sual etdim. Bəs Elçin bu saata qədər harda qaldı ki gəlib çıxmadı? Otaqdakılardan biri diqqətlə üzümə baxıb dedi ki,qardas bağışla, sən elə vəziyyətdə içəri daxil oldun, elə pərişan idin ki, biz sənə əsil həqiqəti deyə bilmədik. O, gedib daha yoxdur deyərək, xəstə olan şəxs birdən hönkürdü. Yenə də heç nə başa düşə bilmədim, fikirləşdim ki, bəlkə onu dincəlmək üçün evə buraxıblar, amma oğlanın ağlamağı məni qəlbən sarsıtdı. İçimdəki şübhələr, hisslər yenə məni incitməyə başladı. Sanki kimsə mənə sən artıq gecikmisən, o qatar dünən gedib, sən isə sərnişin olaraq o qatara çata bilməmisən, aldığın bilet də əlində qalıb deyirdi. Oğlana yenə sual etdim ki, yəni dediyiniz şəxs evə buraxılıb, düzmü başa düsdüm? O, isə cavabında xeyr, O artıq bu dünyada yoxdur. Hər şey aydın oldu. Sanki içimdə hər şey qırıldı və necə olub ki, Elçin ölüb deyə bildim. Oğlan isə dünən olan hadisəni danişmağa başlayaraq dedi: hər kəs bu hadisəyə mat qalıb,Elçin səhər burda olan insanlarla sağollaşıb, halallaşıb və deyib ki, mən artıq burdan gedirəm. Sonra xəstəxananın həyətinə düsüb, həyətdəki oturacaqlardan birinə oturub və xəstəxanaya baxıb, elə həmin yerdə gözlərin yumub. Həyətdəki şəxslər qışqırıblar,burda cavan oğlan ölür, kömək edin bax bele olub bu hadisə. Deməli dünən səhər deyərək içimdən hıçqırtı qopdu. Mən dünən gələcəkdim, hiss etmişdim nə isə olub,təəsüflər olsun ki, gələ bilmədim. Lakin hisslərimə heç vaxt inanmırdım,demə hisslərim məni bura gəlməyə məcbur edirmiş. Otaqdakı şəxslər mənim halımı görüb təəsüflə dedilər:O, sizi arzulayırdı, nə isə deyəcəkdir sizə, amma bu baş tutmadı və bu müəmmalı ölüm onun cavan həyatına son qoydu. Artıq orda qala bilməzdim,onlarla sağollaşıb xəstəxananın pilləkanları ilə aşağı düsdüm və dünən Elçinin son dəfə əyləşdiyi yerə baxdım.

Xəstəxananın həyətindən çıxıb küçə boyu getməyə başladım. İndi beynimdə iki fikir dolaşırdı. Görəsən Elçin mənə ölümündən qabaq nə deyəcəkdi və Onun Yeganəsi hardadır?

                                                                                          16.03.2015


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

ceyhun fikrət
Haqqında
Ceyhun FİKRƏT 
(Dünyamalıyev Ceyhun Fikrət oğlu) 
yazar 

Gənc yazar Ceyhun Fikrət (Dünyamaliyev Ceyhun Fikrət oğlu)18 avqust 1984-ci il tarixdə Bakı səhərində anadan olub.Əslən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Samaxı səhərindəndir.10 yasından ədəbiyyat sahəsinə maraq göstərmis Ceyhun,bir cox klassik sairləri və yazıçıları mütaliə etmis və dərindən öyrənmisdir.20yasından böyük yaradıcılığa,yəni ədəbi fəaliyyətə baslamısdır.Hal-hazirda Ceyhun Fikret imzasi ile edebi fealiyyetini davam etdirir
Əlaqə
E-mail:
ceyhunfikret@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0628 saniye