Vicdan və Cüzdan
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 22:19 14 iyul 2015 tarixində əlavə olunmuşdur

Doktor Dilqəm “Facebook” sosial şəbəkəsinə göz atarkən elanla rastlaşır. “4 yaşlı Məryəm təcili əməliyyat olunmalıdır. Əməliyyat ancaq Almaniyada mümkündür. İmkanımız yoxdur, kimin əlindən nə gəlirsə, Allah xatirinə, kömək edin ki, balam sağalsın. Bank hesabı....”

Bu cür paylaşımlarla hər gün rastlaşırdı. Çarəsiz “valideyn”lərin əlləri hər yerdən üzülər təbii ki və saf qəlbli insanlar da maddi yardımlarını heç əsirgəməzlər. Bunun adı dilənçilikdən başqası deyildi. Fərqi yoxdur-ya küçədə dilənirsən, ya da bank hesabı açırsan. İnternet əsrində ən geniş yayılmış “pul qopartmaq” fırıldağıdır. Təbii, doktor Dilqəm bunu heç də hamıya aid etmirdi. Çünki az da olsalar maddi imkansızlığın girdabına düşərək KİV-nə əl açmağa məcbur qalan vicdanlı insanlar varlar və onlara imkan daxilində maddi yardımla yanaşı əməliyyatın pulsuz keçirilməsinə nail olunmuşdu. Çox az sayda idilər belələri.

Hələ 2 il əvvəl klinikanın “Facebook” səhifəsində rəylərin birində üzündə böyük xal olan kiçik qız uşağının fotosu yerləşdirilərək maddi yardımla xaricdə müalicə haqqında ürəklərə bir dağ çəkəcək yazı ilə insanlardan “dilənirdi.” Dilqəm bu barədə klinika rəhbərliyinə müraciət edərkən əməliyyatın burada və xərcləri öz üzərinə götürməsi barədə təminat verən doktor Əbdülün sözlərini həmin şəxsə müraciət edərək bir cavab gözləməyə başladı. 2-3 gün sonrasında qarşılaşdığı mənzərəyə nitqi qurudu. Profil de-aktiv olmuşdu. Uzun müddət sonrasında qrupların birində həmin “elan”ı başqa profil sahibində taparaq onun şəxsinə yazıb məsələni bir daha təkrarladı. Yenə de-aktiv vəziyyətlə üz-üzə gəldi. Daha sonra hüquq-mühafizə orqanların birində çalışan dostuna bu barədə ağzından söz qaçırdarkən dostu Fazilin kinayəli təbəssümü ilə rastlaşdı

-Belə adamların bir çoxu pul qazanmaq üçün bu məsələyə “kimi aldada bildik?” prinsipi ilə yanaşırlar, onlar həmişə müxtəlif yollardan istifadə ediblər. Bizdə ciddi xeyriyyə fəaliyyəti ilə məşğul olanlar azdırlar. Məscidlərdəki nəzir qutularına yığılan məbləğlərdən kiminsə müalicəsi ya da xaricdə oxumağa yardım etməsi haqqında söz-söhbət belə eşidilməyib. Ya da biznes strukturlarından bircəciyinin də xeyriyyə fəaliyyətləri sıfırdır, “sənin-mənim” prinsipini irəli sürərək maddi zərbələr ala biləcəklərini önə çəkirlər. Yənisi, Dilqəm, insanların bu kimi “amanın bircə günüdür, uşağım ölür, həyat yoldaşım xəstədir” yazaraq virtual aləmə car çəkənlərə inanması və inanmaması öz seçimlərinə qalıb və qəbul ediləndir. Dilənçi!

Dilqəm ağxalatını çıxardıb asılqandan asaraq kabinetdən çıxdı. Gözəl yay axşamında sevgilisi Pərvanə ilə görüşərkən onun bir az gərgin olduğunun fərqinə vardı. Pərvanə Uşaq Birliyi Nəzdində çalışırdı. Və bugünlərdə uşaqlarla bağlı yardım kompaniyasını başlatmışdı. Sosial şəbəkələrdən gələn reaksiyalardan birində belə bir halla rastlaşmışdı. “Guya ki, yığılan pullar uşaqlara xərclənəcək. Yenə də kimlərinsə ciinə gedəcək də.”Pərvanə hər nə qədər rəy sahibini inandırmağa çalışdırsa da,fikir dəyişilməz olaraq qaldı.

-Əslində qınamıram o fikir sahibini, zəmanə pisdir. Amma və lakin araşdırmadan pulu cibimizə qoyacağımızı ittihamını irəli sürdüyü təqdirdə ona cinayət məsuliyyəti düşür.

Dilqəmin yadına bir əhvalat düşdü.Telekanaların birində görmə qabiliyyətini qəzada itirən 14 yaşlı qızın müalicəsi üçün xeyriyyə xarakterli bir aksiyada kifayət qədər məbləğ toplanmışdı. Bura qədər hər şey öz qaydası ilə gedirdi. Ta ki toplanan məbləğin ailəyə çatmaması, aksiya iştirakçılarından birinin oğurlanması xəbəri çıxanadək.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0283 saniye