Vicdan
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 19:32 10 fevral 2017 tarixində əlavə olunmuşdur

Vicdan,insanın içindəki Tanrıdır.

     (Viktor Hüqo)

Yaşayarkən sanki, hər şeyi unuduruq. Geri baxmağa qorxarıq. Üzü gələcəyə doğru elə sürətli addım atarıq ki,  qəlbimizin daxilində olan səsi eşitmərik. Gördüklərimizdən və etdiklərimizdən dərs  almağı bacarmarıq. Dərs almağı, yaşanacaq çətin günləri düşünmərik. Həyat yolunda bizə bizdən yaxın olan dostumuz vicdanı unudaraq yolumuza davam edərik. Bəlkədə unudulmur? Sadəcə içimizdə olan nifrət, qəzəb vicdanın səsini boğur. Vicdan, bizləri gələcəyə aparan lakin, keçmişi unutdurmayan bir anlamdı. Vay o gündənki, vicdanı unudaq. Unudulmuş vicdanın səsi şahə qalxmış quduz dalğalar  kimi kükrəyər. Fəlakət  qopacağını hiss edən gəmilər kimi lövbərlərdən çıxmaq istəyər. Nəfəs almağı unutmuş kimi yaşağa məhkum olarıq. Hər gün bir az daha günahkar hissi bizləri bürüyər. Aynalara baxmağa tərəddüd edər, tək qalıb daxilimizdəki səsi dinləməkdən qaçarıq. Çalışdıqca uzaqlara getmək istərik. Nə qədər unutsaqda son nəfəsdə keçmişlə indiki dövrün xətalarını bizlərə göstərər.

Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0258 saniye