Vicdanlı güzgü
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 21:26 05 noyabr 2015 tarixində əlavə olunmuşdur

Onlar hər evdə var. Biz onlara o qədər öyrəşmişik ki, bəzən unuduruq: onlar bizi asanlıqla aldada bilər və davamlı bunu edirlər. Amma biz onları bağışlayırıq. Bundan əlavə, biz onlara minnətdarıq. Nəyə görə? Güzgülər heç nə əlavə etmirlər, heç nə əskik etmirlər. Qisasçılıq onlarda tam fərqlidir. Onlar bizə predmetin özünü deyil, antipodunu, əksini göstərirlər. Antipodda özümüz də varıq. Əlbəttə, biz güzgüdəki əksimizlə çox oxşarıq, amma...

Bizim ürəyimiz sol tərəfdədir, amma güzgüdəki əksimizdə-sağda. Biz sağ əlimizi qaldırırıq, əksimiz solunu qaldırır. Anti-əkizimizdə saat sağda deyil, soldadır. Həmçinin medal və ordenlər də olduqları yerdə deyillər.

Amma uşaqlıqdan əksimizlə tanış olandan bəri biz bütün qəlbimizlə buna inanırıq. Boş yerə! Bu arada, aynada özlərinə baxaraq avtoportret yaradan rəssamlara da inanmaq lazım deyil. Ortaya sual çıxır: Biz özümüzü başqalarının gördükləri kimi görə bilərik? Deyəsən, mümkündür

Bizə yalnız görünüşümüzə təsir edəcək 2-ci güzgü lazımdır. Bunu etmək asandır. Hər 2 güzgünü perpendikulyar istiqamətdə qoymaq lazımdır. Mərkəzdə dayandığımızda obrazımız antipod kimi deyil, təbii alınacaq. Sağ əlimiz-sağ, sol əlimiz-sol.

Üç güzgüdən də istifadə etmək olar-trelyaj. Güzgünün bucağını dəyişəndə təkcə yan, ön, arxa tərəfimizi deyil, eyni zamanda “əsl” özümüzü görə bilərik. Bunun üçün yan güzgünü ortaya “gətirmək” lazımdır.

Bu üsuldan qrim otağındakı aktyorlar çoxdan istifadə edirlər. Əvvəlcə saçları, geyimləri düzəltmək çətin olacaq: bu əldən istifadə olunmur, saç düzümü bu tərəfə əyilmir, boyunbağı bu tərəfdə deyil. Amma məhz belə görüntü həqiqətə uyğundur ki, başqaları bizi belə görməkdədir.

İlk dəfə “vicdanlı” güzgü ideyasını 1887-ci ildə ingilis ruhani Con Huker “kəşf etmişdi.” Amma onun ilk ixtiraçısı amerikalı Con Uolter olub.

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0278 saniye