Ağlamaq üçün gözdən yaş mı axmalı ?
Dodaqlar gülərkən, insan ağlaya bilməz ?
Sevmək üçün gözələmi baxmalı ?
Çirkin bir bədən gözəl bir ruh və ürəyi bağlaya bilməz ?
Həsrət- Darıxılandan uzaq mı qalmaqdır ?
Darıxılan yaxında ikən hicran duyula bilməz ?
Oğurluq- pul, malmı götürməkdir ?
Səadət oğurlamaq, oğurluq ola bilməz ?
Solması üçün gülü budağındanmı qoparmalı ?
Çəhrayı bir qönçə ikən gül budağında sola bilməz ?
Öldürmək üçün silah, xəncərmi olmalı ?
Saçlar tətik, gözlər silah, gülüş güllə ola bilməz ?