Ağlamaq üçün mütləq gözdən yaş axmalıdırmı? Dodaqlar gülərkən insan ağlaya bilməzmi? Sevmək üçün gözələ baxmaq şərtdirmi? Çirkin bir vücudda, gözəl bir ruh qəlbi ovsunlaya bilməzmi? Həsrət- darıxdığın insandan uzaqda qalmaqmıdır? O insan yaxındaykən hicran duyulmazmı? Oğurluq- pul, mal oğurlamaqdan ibarətmidir? Səadəti oğurlamaq dəhşətli bir oğurluq deyilmi? Gülün solması üçün mütləq budağını qırmaq lazımdırmı? Gül çəhrayı bir qönçəykən, budağının üstündə solmazmı? Öldürmək üçün silah, xəncər olmalıdırmı? Saçlar kəndir, gözlər silah, gülüş qurşun ola bilməzmi?