V.İ.Lenin - Demokratiya və diktatorluq haqqında
Elməddin Səmədzadə tərəfindən "Elmi məqalə" bolməsinə 23:31 02 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Berlində yayımlanan “Qızıl Bayraq” ilə, Vyanada yayımlanan Avstriya Kommunist Partiyasının orqanı “Çağrı”nın (Weckruf), Moskvaya gələn bəzi sayları bizə acgöz imperialistlərin savaşını dəstəkləyən sosializm dönüklərinin, bütün o Scheidemann ve Ebertlərin, Austerlitz ve Rennerlərin, Almaniya və Avstriya inqilabi proletariyasının həqiqi təmsilçiləri tərəfindən layiqli cavablarını aldıqlarını göstərir. III Enternasyonaldakı canlılıq və iləriləmələrə şahidlik edən bu 2 mətbuat orqanını coşğuyla salamlayırıq!
Bu gün Avstriyada olduğu kimi, Almaniyada da inqilabın əsas problemi şübhəsiz ki, budur: qurucu məclismi yoxsa sovetlər iqtidarımı? Batıq II Enternasyonalın bütün təmsilçiləri- Scheidemanndan Kautskyyə qədər - birincinin (Qurucu məclis) tərəfdarıdırlar və öz görüşlərini diktatorluğa qarşı demokratiyanın (hətta Kautsky “saf demokratiya” da adlandırmışdı) müdafiəsi olaraq adlandırdılar. Moskva və Petrogradda bu son zamanlarda yayımlanan “Proletar inqilabı və dönük Kautsky” adlı broşuramda, Kautskinin görüşlərini ətraflı şəkildə təhlil etmişdim. Müzakirə olunun problemin, bütün öncü kapitalist ölkələrin gündəmində, hələ indidən praktiki olaraq özünə yer tutan mahiyyətini qısaca açıqlamağa çalışacağam.
Scheidemannlar və Kautskylər, kütləni aldatmaq və aktual demokratiyanın burjua mahiyyətini onlardan gizlətmək üçün “saf demokratiya” ya da ümumi olaraq “demokratiya”dan danışırlar. Burjuaziya bütün dövlət – iqtidar aparatını əlində tutmağa, bir ovuc istismarçı, köhnə burjuaziya dövlət aparatından istifadə etməyə davam etsin. Bu şəriatdə həyata keçirilən seçkiləri burjuaziyanın “azad”, “bərabər”, “demokratik”, “ümumi” olaraq qeyd edəcəyi bəri başdan bəllidir. Çünki bu sözlər, həqiqəti gizlətməyə, istehsal vasitələri mülkiyyəti və siyasi iqtidar istismarçıların əlində olduğuna görə istismar olunanlar üçün, yəni kütlənin əksər hissəsi üçün həqiqi azadlıq və həqiqi bərabərlikdən söhbət getməyəcəyini gizlətməyə yararlıdırlar. Aktual demokratiyanın burjuaziya mahiyyətini xalqdan gizlətmək, onu ümumi olaraq demokratiya ya da “saf demokratiya” olaraq göstərmək burjuaziya üçün yararlı və məcburidir. Məhz bu ideyalarla Scheidemannlar ve Kautskyler həqiqi proletariya görüşündən ayrılır və burjuaziya tərəfinə keçirlər.
Kommunist Partiya Manifesti ön sözünü son olaraq birlikdə yazdıqları zaman (1872), Marks və Engels, proletariyanın dövlət aparatını (yəni burjuaziya dövlət aparatını) öz düşüncələri yönündə istifadə etmək üçün, olduğu kimi almaqla kifayətlənməyəcəyini, amma onu qırıb – parçalamalı olduğunu işçilərə qəti olaraq bildirməyi lazım görmüşdülər. Dönük Kautsky, proletariya diktatorluğu barədə işçilərdən bu təməl marksist həqiqəti gizlətdiyi, marksizimin mahiyyətini pozmağı nəzərdə tutan bir broşura yazdı. Bu broşurada yer alan mədhiyyələr, hansı ki burjuaziya agentlərindən burjuaziya tərəflərində yer alan birinə edilmişdi, Scheidemann və hempaları tərəfindən dərc edilmişdi.
İşçilər və bütün əməkçilər, yalnızca kapitalizmin ödənişli köləliyi ucbatından deyil, həm də 4 illik bir savaş ucbatından da ac, çılpaq, bitmiş, tükənmiş vəziyyətdəydilər. Belə bir vəziyətdə kapitalistlər və qara birjaçılar da özlərinin oğurlanmış mülkiyyətlərini və dövlət aparatını əllərində tutmağa davam edirdilər. Bununla belə onlar saf demokratiyadan, ümumi olaraq demokratiyadan, bərabərlikdən, azadlıqdan danışmaqdan çəkinməz və beləliklə işçilərə və əməkçilərə kinayə edərdilər. İşçilərə “burjuaziya demokratiyasından, feodalizmlə müqayisədə çox böyük tarixi inkişaf olaraq yararlanmalısınız, amma bu “demokratiya”nın burjuaziya və tarixi baxımdan məhdud mahiyyatini bir an belə unutmayın. Dövlətə qarşı bəslənən “boş inanca söykənən güvən”i paylaşmaqdan, yalnızca bir krallıqda deyil, cumhuriyyətlərin ən demokratik olanında belə, dövlətin bir sinfin bir başqa sinif tərəfindən təzyiq görməsi mexanizmindən başqa bir şey olmadığını unutmayın”, - deyə öyrədən marksizimin təməl həqiqətləri ilə bütün əlaqələri qoparmaqdır bu.
Burjuaziya iki üzlülük etmək və real olaraq burjuaziya diktatorluğunu, istismarçıların işçi kütlələr üzərində diktatorluğu olan (burjua) demokratik cumhuriyyətini, “xalq hakimiyyəti” ya da ümumi olaraq demokratiya ya da saf demokratiya olaraq adlandırmağa məcburdur.
Scheidemannlar ve Kautskylər, Austerlitz'lər ve Renner'lər (indi heyhat, Friedrich Adlerdən yardım alırlar) bu yalan və ikiüzlülüyü dəstəkləyirlər. Marksistlər, kommunistlər isə onların əksinə olaraq işçilər və əməkçilərə tam olaraq həqiqəti deyirlər. Əslində demokratik cumhuriyyət, qurucu məclis, ümumi rəy və s. - burjuaziya diktatorluğudur və əməyi kapitalist boyunduruqdan qurtarmaq üçün bu diktatorluğun yerinə proletariya diktatorluğunu təsis etməkdən başqa heç bir yol yoxdur. Insanlığı kapitalist boyunduruqdan, burjuaziya demokratiyasının, varlılar üçün demokratiyanın yalan, oyun və iki üzlülüyündən qurtarmağa və kasıblar üçün demokratiyanı bərpa etməyə, yəni indi (ən demokratik burjuaziya cumhuriyyətində belə) demokratiyanın müsbət cəhətləri əməkçilərin əksəriyyəti üçün praktik olaraq əlçatmaz olduğu halda bu müsbətləri praktik olaraq işçi və yoxsul kəndlilərin xeyrinə təqdim etməyə sadəcə proletariya diktatorluğunun gücü çata bilər.
Məsələn, sərbəst toplanma və media azalığından danışaq. Scheidemannlar ve Kautskyler, Austerlitzler ve Rennerler işçiləri, Almaniya və Avstriyadakı aktual qurucu məclis seçkilərinin “demokratik olaraq” keçirildiyinə inandırmağa çalışırlar. Bu bir yalandır: kapitalistlər və istismarçılar, böyük torpaq sahibləri və quru birjaçılar ən yaxşı toplantı salonlarının, kağız ehtiyatlarının, nəşriyyatların və s. 9/10-na sahibdirlər. Şəhər və kənd təsərrüfatı işçiləri (Friedrich Adlerə qoşulan Kautskyler ve Rennerler tərəfindən qurtarılan) “müqəddəs mülkiyyət haqqı” tərəfindən, burjuaziya dövlət aparatı, yəni burjuaziya məmurları, burjuaziya hakimləri və başqaları tərəfindən həqiqi demokratiyadan kənarlaşdırılırlar. Alman “demokratik” (burjuaziya demokratik” cumhuriyyətindəki aktual “sərbəst toplanma və media azadlığı” bir yalan və ikiüzlülükdür. Çünki bu, əslində, varlılar üçün medianı almaq və pozmaq azadlığı, varlılar üçün xalqı burjuaziya qazetlərinin yalanları ilə zəhərləmə azadlığı, varlılar üçün özəl köşklərə, ən yaxşı inşaat işlərinə və s. “xüsusi olaraq” sahib olmaq azadlığıdır. Proletariya diktatorluğu, xüsusi köşkləri, ən yaxşı inşaat işlərini, nəşriyyatlarını, kağız ehtiyatlarını kapitalistlərin əlindən işçilərin xeyrinə alacaqdır.
“Bu, “saf”, “universal” demokratiyanı “ bir tək sinifin diktatorluğu”ilə əvəz etmək olacaqdır”,- deyə hayqırır Scheidemannlar ve Kautskyler, Austerlitzler ve Rennerler(xarici əməkdaşları, Gomperler, Hendersonlar, Renaudeller, Vanderveldeler ve hempaları ilə birlikdə).
Biz də “Bu yalandır!”,-deyə cavab verəcəyik. Bu, Proletariya diktatorluğunu,( burjuaziya demokratik cumhuriyyət adı ilə masqalanan) feili burjuaziya diktatorluğunun yerinə gətirmək olacaqdır. Bu, varlılar üçün demokratiya yerinə, yoxsullar üçün demokratiyanı gətirmək olacaqdır. Bu, azlıq və istismarçılar üçün sərbəst toplanma və media azadlığı yerinə əhalinin əksər hissəsi üçün, əməkçilər, işçilər üçün sərbəst toplanma və media azadlığını gətimək olacaqdır. Artıq həqiqət olacaq demokratiyanı tarixi bir ölçüdə, fövqəltəbii bir biçimdə genişləndirmək olacaqdır. Bu, insanlığı hətta ən demokratik və ən cumhuriyyətçi, hər burjuaziya demokratiyasını pozan və cılızlaşdıran sərmayə zəncirlərindən qurtarmaq olacaqdır. Bu, burjuaziya dövləti yerinə, ümumi olaraq dövlətin get gedə yox olmasına gətirib çıxaran proletar dövlətin keçməsi olacaqdır.
“Bəs niyə bu məqsəd bir tək sinifin diktatorluğu olmadan əldə olunmasın? Niyə “saf” demokratiya həqiqətən tətbiq olunmasın?”,- deyə soruşanlar, burjuaziyanın ikiüzlü dostları ya da burjuaziya tərəfindən aldatılmış saf kiçik burjuaziya və tərəfdarlarıdırlar.
Cavab veririk: çünki hər kapitalist topluluqda əsas vəzifə ya burjuaziya ya da proletariyanın öhdəsinə düşər. Halbuki kiçik müdirlər “saf” yəni siniflərin üstündə ya da siniflər xaricindəki demokratiya kimi xəyalları ilə durğun və gücsüz qalırlar. Çünki bir sinifin başqa bir sinifi əzdiyi bir topluluqdan qurtulmağı yalnızca əzilən sinifin diktatorluğu təmin edə bilər. Çünki kapitalizm tərəfindən bir yerə toplanmış və “öyrədilmiş” və kiçik burjuaziyalar olaraq yaşayan qərarsız əməkçilər topluluğunu ardınca sürükləməyə ya da heç olmasa “zərərsizləşdirməyə” qadir olan tək sinif olduğuna görə yalnızca proletariya burjuaziyanı məğlub etməyə, taxtdan endirməyə qadirdir. Çünki istismarçıların mübarizəsini zəiflətmək üçün uzun və əziyətsiz sərmayə boyunduruğunu dəf etmə xəyalını, işçiləri və özlərini aldadaraq yalnızca yaxşılıq edən kiçik burjuaziya və tərəfdarları görə bilərlər. Almaniya və Avstriyada istismarçılar aşkar şəkildə mübarizə aparmırlar. Çünki mülksüzləşdirənlərin mülksüzləşdirilməsi bu ölkələrdə başladılmayıb, amma başladığı zaman güc və aqresiv bir mübarizə ilə qarşılaşacaq. Bunu işçilərdən və özlərindən gizlətməklə Scheidemannlar ve Kautskyler, Austerlitzler ve Rennerler proletariya mənfəətlərinə xəyanət edirlər, proletariyanı burjuaziya ilə uzlaşma mövqeyinə gətirmək üçün “ictimai sülh”, istismar olunanların istismarçılar ilə uzlaşması üçün qərarlaşdırılan anda, sinif savaşını və burjuaziya boyunduruğunu devirmə mövqelərini tərk edirlər.
Marks deyirdi: İnqilablar tarixin lokomotivləridir . Inqilablar tez öyrədir. Almaniya və Avstriyadakı şəhər və kənd təsərrüfatı işçiləri sosializmə qarşı Scheidemannlar ve Kautskylər, Austerlitzlər ve Rennerlərin etdiyi xəyanətləri anlamaqda gecikməyəcəklər. Proletariya, Rusiyada eyni kiçik burjuaziya və tərəfdarları, menşeviklər və sosialist inqilabçıları atmış olduğu kimi bu, sözdə sosialist, əməldə isə sosializm dönükləri “sosial-xayin”ləri özlərindən uzaqlaşdıracaqlar. Proletariya, sosializm yolunu açmağın tək çarəsinin (burjuaziya cumhuriyyətlərin ən demokratiki olsa da),burjuaziya dövləti yerinə (Marksın haqqında danışdığı Scheidemannlar ve Kautskylər, tərəfindən təhrif və xəyanət edilmiş) Paris kommunist yada sovet tipində bir dövləti bərqərar etmək olduğunu – sözü gedən “öndərlər”in suverenliyi nə qədər tam olarsa o qədər tez görəcək. İnsanlığı kapitalist boyunduruq və savaşlardan proletariya diktatorluğu qurtaracaq.

Moskva, 23 dekabr 1918
Pravda, n°2, 3 yanvar 1918
İmza: N. Lenin

 

 


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
4+23=
Hesaba giriş
Müəllif

Elməddin Səmədzadə
Haqqında
marksist-leninist
Əlaqə
E-mail:
bobmeddin@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0343 saniye